Məhkəmə qərarları › İş №3(060)-2824/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2824/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2824/2024 15.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Əmirxan oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Əmirxan oğlundan qapıları təmir etmək adı ilə 300 manat pul alaraq vədinə əməl etməyib etibardan sui-istifadə etməklə dələduzluq etmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru X2 məhkəmə iclasında bildirdi ki, vətəndaş Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə şikayəti əsasında təhqiqat araşdırması başlanılmış, təhqiqat araşdırması nəticəsində əməli törətmiş şəxs kimi qiymətləndirilmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsinə əsasən qərar qəbul edilmiş, şəxs araşdırma zamanı dəvət olunaraq izahatı alınmışdır. Şəxslə əlaqə saxlanılan zaman infarkt keçirdiyi üçün gələ bilmədiyini bildirmiş, şxəsin iş yerinə getmiş, orada bir şəxs Zaurun xəstə olduğunu, onunla şərik olduğunu, Zaurun işini görüb təhvil verəcəyini bildirmişdir. Bundan sonra Namiqlə birlikdə həmin yerə getmişlər, Namiq əlavə xərclərlə bağlı onun yanında 300 manat ödəmişdir. Zərəçəkmiş şəxsin tələbi işin görülüb təhvil verilməsidir, hal-hazırda aralarında narazılıq davam edir, qapılar təhvil verilmişdir, zərərçəkmiş şəxs ona zəng edərək qapıların təhvil verildiyini, lakin işin tam görülmədiyini, qapıların istədiyi kimi olmadığını bildirmiş, o da icraatında olan təhqiqat qərarına əsasən həmin şəxsi məhkəməyə gətirmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlamış, onun işlədiyi yerə gəlmiş, qapıların rənglənməli olduğunu bildirmiş, qiyməti soruşmuş, o da qapıya baxdıqdan sonra qiyməti deyə biləcəyini bildirmiş, ona qapıların şəkillərini göndərmiş, 500 manata razılaşmışlar, şəxs ona ilkin olaraq 300 manat beh göndərmiş, qapıya tünd şüşə və qara kilid vurulmasını bildirmişdir. Qapını uşaqlar söküb gətirmişlər, lakin ayın 20-dən sonra qapının düzəlməsi işi gecikmiş, zərərçəkmiş şəxs narazılıq etmişdir. Bundan sonra 3 oktyabrda zərərçəkmiş şəxsə qapıların şəkillərini atmış, o da sexə gəlmişdir. Gəldikdə qapıya təpiklə vurmuş, qapını bəyənməmiş, o da aralarında olan razılığa əsasən qapını təzələdiklərini bildirmiş, bundan sonra zərərçəkmiş şəxs prinsip aparmağa başlamış, DİN-nin 102 xidmətinə zəng edərək şikayətlər etmişdir. Bir neçə dəfə qapı rənglənmiş, lakin bəyənməmişdir, daha sonra bir həftə ərzində qapıya şüşə də vurulmuş, rənglənmişdir. Dünən yenə qapının birini saxlamış, ikisini qaytarmışlar ki, şüşə qara olmamışdır. O, öz cibindən əlavə 100 manat da sərf etmişdir. Qapıya dörd dəfə rəng vurulmuşdur. Bildirirlər ki, qapıya keyfiyyətsiz kilid vurulmuşdur, o da bildirir ki, verdiyi pulun həcmində kilid alınıb taxılmışdır. Hal-hazırda da zərərçəkmiş şəxs qapını bəyənmədiyini deyərək pulunu tələb edir. Həmçinin qapının çərçivələrini də dəyişmişdir, bunların hamısı əlavə xərc tələb edir. Zərərçəkmiş şəxs tərəfindən qapıların təhvil alınmasını xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs Əmirxan oğlu izahatında göstərdi ki, şüşəni düzgün vurmamışlar, qapının rəngi bir neçə istifadədən sonra tökülməyə başlayır, kilid isə ikinci dəfə cəhd etdikdə açılır. Qapıları gətirib evə təhvil vermiş, lakin o, görülən işlə razı olmamışdır. Hazırda qapının biri evdə qalmış, digər ikisini yenidən aparmışlar. Qapını sentyabr ayının 27-nə danışmışlar, qapı 3 oktyabrda təhvil verilmişdir.O, qapıların düzəldilib ona təhvil verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs qarşı tərəflə razılaşmaya əsasən üzərinə düşən vəzifələri yerinə yetirmiş, hər ikisinin izahatında qeyd olunduğu kimi qapılar təhvil verilmiş, burada qarşı tərəfin etibarından sui-istifadə edərək ona qarşı hər hansı dələduzluq əməlinin törədilməsindən söhbət gedə bilməz. Şəxsin əməlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan əməlin əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis leytenantı X3 tərəfindən qəbul edilmiş 18 oktyabr 2024-cü il tarixli qərarla toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, araşdırma aparılan xırda talama faktında, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan əməli törətmiş Şəxs barəsində inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyatı üzrə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Belə ki, Şəxs Zərərçəkmiş şəxs Əmirxan oğlu ilə əldə etdiyi razılaşmaya əsasən tərəflər podrat müqaviləsi bağlamış, şəxs üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyinə görə zərərçəkmiş şəxs polisə şikayət etmiş, bu səbəbdən şəxs barəsində əsassız olaraq inzibati xəta haqqında icraat başlamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlər mülki qaydada araşdırılmalı olduğundan, Şəxs əməli Zərərçəkmiş şəxs Əmirxan oğlunun etibarından sui-istifadə edərək aldatmaqla dələduzluq etməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar