Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2829/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin təsisçisi X8 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7nin tibbi nəzarət şöbəsi tərəfindən hüquqi ünvanı ünvan 1sı” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 29 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin təsisçisi X11 tərtib edilmiş protokolla razılaşmayaraq bildirmişdir ki, protokol qanunsuz tərtib edilmişdir. Belə ki, klinikanın fəaliyyət göstərməsi üçün lisenziya xx.xx.2021-ci il tarixində alınmış və həmin şəhadətnamə komissiya sədri nazir müavini tərəfindən imzalanmışdır. Səhiyyə Nazirliyi X7 tərəfindən xx.xx.2024-cü il tarixdə klinikada planlı yoxlama keçirilmiş, bütün işçilərin, tibb personalının sənədləri təftiş edilmiş, stomotoloq X4 işləyə bilməyəcəyini, onun 2014-cü ildə təhsil müəssisəsini bitirdiyini və sertifikasiyadan keçmədiyini bildirmişlər. Bununla əlaqədar qeyd etmişdir ki, Fərid Mütəllimovun 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali təhsil haqqında sənədi təsdiq edfilmiş, lakin Səhiyyə Nazirliyi tərəfindən müraciəti qəbul edilməmişdir. O, yenidən Rusiya Federasiyasına qayıtmış və orada ordinaturanı oxumuş, 2018-ci ildə ordinaturanı bitirib, həmin ildə də Səhiyyə Nazirliyinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Səhiyyə Nazirliyi tərəfindən 2020-ci ilin may ayında ali təhsil haqqında sənədin tanınması üçün imtahan verməsi ilə əlaqədar çağırılmışdır. Fərid Mütəllimov imtahanı müvəffəqiyyətlə verdikdən sonra ona xx.xx.2020-ci il tarixdə Səhiyyə Nazirliyi tərəfindən tibbi fəaliyyətlə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilmişdir. Daha sonra isə Səhiyyə Nazirliyi tərəfindən ona tibbi fəaliyyətlə məşğul olmaq üçün reqistr kodu verilmişdir. Həmin kod olmadan həkim fəaliyyəti ilə məşğul olması mümkün deyildir. Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəhadətnamə xx.xx.2025-ci ilədək qüvvədədir. Eyni zamanda bildirmişdir ki, 2021-ci ildə klinikanın fəaliyyəti ilə bağlı lisenziya alarkən həmin şəhadətnamə də təqdim edilmişdir. Səhiyyə Nazirliyi X7ndən klinikada terapiya, urologiya, mama-ginekologiya, stomotologiya, laboratoriya şöbələrinin açılması ilə əlaqədar 5 mütəxəssis gəlmiş, stomotoloq Fərid Mütəllimovun sənədlərini yoxlamışlar və daha sonra Fəridə verilmiş reqistr kodu ilə onun əmri xx.xx.2021-ci il tarixdə Səhiyyə Nazirliyinin portalında qeydiyyat keçirilmişdir. Əgər onun tibbi fəaliyyətlə məşğul olmaq üçün sənədi olmasa idi, Səhiyyə Nazirliyi tərəfindən onun sənədi portalda qeydiyyatdan keçirilməz, geri qaytarılardı. Qeyd edilənlərə əsasən protokolun əsassız hesab edilərək xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X9 izahatında bildirmişdir ki, o, Rusiya Federasiyasında təhsil aldıqdan sonra Azərbaycan Respublikasına gəlmiş, 2015-ci ildə ona Təhsil Nazirliyi tərəfindən Rusiya Federasiyasının X14 Universiteti tərəfindən verilmiş ali təhsil haqqında sənədin təsdiq edilməsinə dair şəhadətnamə təqdim edilmişdir. Daha sonra o, yenidən Rusiya Federasiyasına gedərək, X14 Universitetində üz-çənə cərrahiyyəsi üzrə ordinaturada təhsil almış, ordinaturanı bitirib Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ali təhsil haqqında sənədinin təsdiq edilməsi üçün X10 Sisteminin internet portalı vasitəsilə müraciət etmiş və xx.xx.2018-ci il tarixdə onun müraciətinə müsbət rəy verilmişdir. Bundan sonra ona Komissiyanın sədrinin vəfat etməsi ilə əlaqədar imtahanın başqa tarixə təxirə salınmasını bildirmişlər. O, yenidən təhsilini davam etdirmək üçün Rusiya Federasiyasına qayıtmalı olmuşdur. 2020-ci ilin mart ayında uşağının sağlamlığı ilə bağlı Azərbaycana qayıtmış və həmin ilin may ayında Səhiyyə Nazirliyinin əməkdaşı zəng edərək ona təhsil haqqında sənədin təsdiq edilməsi ilə bağlı imtahanın keçiriləcəyini bildirmişdir. 2020-ci ilin may ayında imtahan vermiş və 2020-ci ilin iyun ayında Səhiyyə Nazirliyi tərəfindən ona tibbi fəaliyyətlə məşğul olmağa buraxılması barədə şəhadətnamə təqdim edilmiş və sənədi təqdim edərkən 5 ildən sonra sertifikasiyadan keçməli olduğunu bildirmişlər. Həmin sənəd əsasında da 2021-ci ildə "xxxx" MMC-də stomoloq kabinetinin açılması ilə əlaqədar lisenziya verilməsi üçün müraciət edilmiş və 2021-ci ilin sentyabr ayından da rəsmi olaraq "xxxx" MMC-də fəaliyyət göstərir. Məhkəmə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Səhiyyə Nazirliti Analitik-ekspertiza Mərkəzinin Tibbi-Nəzarət şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1743559 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 29 oktyabr 2024-cü il tarixdə saat 15:45-də ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı X2 tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. Səhiyyə Nazirliyinin “X7” Özəl tibb müəssisələrində 646 nömrəli planlı yoxlama aktından görünür ki, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında 14 oktyabr 2024-cü il tarixdə saat 13:10-da planlı yoxlama keçirilərkən həkim stomatoloq X1 keçmədən praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X7nin xx.xx.2024-cü il tarixli, 646 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X3 aparılan yoxlama zamanı X4 xx.xx.2020-ci il tarixli Səhiyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnaməsinin olmasını və seritifikasiya müddətinin bitməsinə 1 il müddət qaldığını bildirmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2024-cü il tarixli KY********** nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Sumqayıt şəhəri, Gənclik küçəsi, 79 ünvanında yerləşən "xxxx" MMC-də plan üzrə yoxlama aparılması reyestrdə qeydə alınmışdır. Səhiyyə Nazirliyi “X7” Publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-28-1/3- 2-1141/2024 nömrəli qərarına əsasən "xxxx" MMC-də planlı yoxlamanın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2581 nömrəli tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamədən görünür ki, X9 baza ali tibb təhsili “Stomotologiya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. xx.xx.2021-ci il tarixli İN/L-359/2021 nömrəli lisenziyanın surətindən görünür ki, "xxxx" Məhdud Məsluliyyətli Cəmiyyətinə ünvan 3 ünvanında özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. Məhkəmə iclasında təqdim edilmiş X10 Sisteminin eservice.e-health.gov.az internet portalından çıxarışdan görünür ki, X6 tibbi fəaliyyətlə məşğul olmaq üçün ******* nömrəli registr kodu verilmişdir. Məhkəmə proses iştirakçısının və şahidin izahatına, iş materiallarına əsasən hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.4-cü bəndinə əsasən Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49- 1-ci maddəsinə əsasən ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Məhkəməyə təqdim olumuş sənədlər və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Səhiyyə Nazirliyi X7 tərəfindən protokol tərtib edilərkən Səhiyyə Nazirliyi tərəfindən X6 16 iyun 2020-ci il tarixdən etibarən tibbi fəaliyyətlə məşğul olmaq barədə icazə verilməsi və onun həkim stomatoloq ixtisası üzrə işləmək hüququna malik olması, ixtisası təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçirilməməsinə dair normalar nəzərə alınmamış, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, məhkəmə qeyd edir ki, Səhiyyə Nazirliyi X7 tərəfindən protokol tərtib edilərkən “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1361 nömrəli Fərmanının tələbləri də nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2829/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2829/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver