Məhkəmə qərarları › İş №3(060)-2829/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2829/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2829/2025 30.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xənkəndi şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X1 İmdad Şahin oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tətib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus mobil nömrədən bir nəfər şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək “anamı doğrayırlar” ifadəsini işlətmiş və ünvana polis tələb emişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs qeyri-rəsmi münasibətdə olduğu Şəxs xx.xx.2025-ci il tarixdə axşam saatlarında onu qısqanclıq zəmnində döyərək və bıçaqla törətmək yolu ilə bədənin müxtəlif nahiyyələrinə xəsarət yetirmişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmətibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün xx.xx.2025-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edillmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün qərarın surəti sahə rəisi kimi ona təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Vəfa ilə 4 aydır ki, qeyri-rəsmi münasibətləri vardır. xx.xx.2025-ci il tarixdə Vəfanın yaşadığı Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 3 ünvanında yerləşən mənzilinə günorta saatlarında getmişdir. Evdə həmin zaman Vəfa, o, və Vəfanın iki azyaşlı övladı olmuşdur. Vəfa ilə birlikdə axşam saatlarınadək masa arxasında əyləşərək spirtli içki qəbul etmişlər. Həmin gün axşam saatlarında Vəfaya bir nəfər oğlan zəng etmişdir. Daha öncədən Vəfa həmin oğlanla qardaş münasibətinin olmasını bildirdiyi halda, həmin gün soruşduqda ona əvvəllər aralarında münasibətin olmasını etiraf etdikdə o, əsəbiləşərək özündən çıxmış və bundan sonra sözləri düz gəlmədiyi üçün ilk olaraq aralarında sözlə mübahisə yaranmışdı. Vəfa onun üzərinə qışqıran zaman həm uşaqlar oyanmasın deyə, həm də qonşular səsdən narahat olmasın deyə Vəfanı sakitləşdirməyə çalışmış, belə ki, əli ilə Vəfanın ağzını tutaraq sıxıb səsinin çıxmamasına nail olmaq istəmişdir. Bu zaman Vəfanın ağız hissəsindən qan gəlməyə başlamışdır. Vəfa ağzının qanamasını görərək daha da hiddətlənmiş və mətbəxə keçərək əlinə mətbəx bıçağını alıb üzərinə doğru gəlib, aralıda dayanaraq üzərinə qışqırmağa başlamışdır. Bu zaman o, əli ilə bıçaqdan tutaraq bıçağı Vəfanın əlindən almış və arxa cibinə qoymuşdur. Bundan sonra Vəfanın qızı səsə yaxınlaşan zaman Vəfa qızına israrla 102 xidmətinə zəng etməsini bildirmişdir. O, buna ehtiyac olmadığını bildirmişdir. Sonda o, evdən çıxaraq oradan uzaqlaşmış, Vəfanın əlindən aldığı mətbəx bıçağını isə çöldə harasa tullamışdır, bıçağı harada atdığını xatırlamır. Hazırda ailədə tək qazanc gətirən olmasını nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs ilə təqribən 5 aydır ki, qeyri-rəsmi münasibəti vardır. xx.xx.2025-ci il tarixdə İmdad saat 16:00- da yaşadığı ünvana gəlmiş və birlikdə vaxt keçirmişlər. Saat təqribən 23:30 radələrində evdə olan zaman onun oğlan müştərisi ona zəng etmiş və bu səbəblə İmdadın qısqanması səbəbi ilə aralarında münaqişə yaranmışdır. İmdad müştərisinə zəng edəcəyini bildirdikdə o, ayıb olması səbəbi ilə etməməsini bildirmişdir. Mübahisə-əsnasında, İmdad müştəriyə zəng etməsin deyə öz telefonunu əlindən almışdır. Davam edən münaqişə zamanı İmdad onu boğmağa başlamış və bədəninə yumruqlarıyla bir neçə dəfə zərbə endirmiş və mətbəxindən mətbəx bıçağını götürərək onun ayaq nahiyyəsinə kəsik zərbələri endirmişdir. O, İmdadın altında dəhlizdə olan zaman bıçaq olan əlinin biləyini tutmuş və bu yolla İmdadın qarşısını almağa çalışmışdır. Daha sonra o, yerdə olan zaman qızına 102 xidmətinə zəng etməsini bildirmişdir. Qızı hadisənin şoku ilə 102 xidmətinə bir neçə dəqiqə gec zəng etmişdir. Polis əməkdaşları mənzilə gəlməmişdən öncə İmdad evdən qaçaraq çıxıb getmişdir. İmdad onun həmin mətbəx bıçağını evdən çıxan zaman özü ilə aparmışdır. Hazırda Şəxs şikayətçidir, sonuncu barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin aliment ödəməsini, ailəsində tək qazanc gətirən olmasını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 30 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərərvurmayan xəsarət yetirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci il maddəsi ilə inzibati tənbeh tədbiri götürməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB aidiyyəti sahə rəisinə həvalə edilmişdir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilməsi, onun zərərçəkmiş şəxsi vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, döyməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli qismən bilməsi özünü müdafiə xarakteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və inzibati həbsin əvvəli 30 oktyabr 2025ci il tarixdən saat 17:10-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfi Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 30 oktyabr 2025-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar