Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2831/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 noyabr 2023-cü il tarixli, MN 17644804 saylı inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 23 noyabr 2023-cü il tarixində MN 17644804 nömrəli protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Sumqayıt şəhəri, Dəmir yolu yük hərəkəti “Mero” adlanan ərazinin arxa hissəsində yerləşən Şəxs məxsus fərdi yaşayış evinin çirkab suları təyinatsız olaraq çölə, torpağ əraziyə axıdılmasına yol verilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş AR ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirdi ki, vətəndaş X1 şifahi müraciəti əsasından Şəxs tərəfindən çirkab sularının yola axıdılması barədə şikayəti daxil olmuşdur. Şikayət əsasında ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən qeyd olunan ərazidə araşdırma aparılmış və məlum olmuşdur ki, Şəxs yola yaxın ərazidə şambo quyusu vardır və həmin quyu dolduğundan çirkab suları yola axır. Bildirir ki, həmin şambo Su Məcəlləsinin tələblərinə uyğun deyildir. Şəxs yaşadığı küçədə kanalizasiya şəbəkəsi yoxdur, digər mənzillər çirkab sularını germetik şambolara toplayaraq daha sonra xüsusi maşınlarla daşınayaraq uzaqlaşdırırlar. Bundan başqa Şəxs bundan öncə də eyni məzmunlu inzibati xəta törətmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-302/2023 saylı qərarı ilə AR İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və o, 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur, lakin ödənilib-ödənilməməsi barədə məlumatı yoxdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X4 bildirdi ki, vətəndaş X1 şikayəti habelə DİN-nin X2 İdarəsinin təşəbbüşü ilə Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinin əməkdaşları ilə birlikdə Sumqayıt şəhəri, Dəmir yolu yük hərəkəti “Mero” adlanan ərazinin arxa hissəsində yerləşən Şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Şəxs çirkab sularını birbaşa yola axıtmışdır. Bu barədə akt tərtib olunmuş, şəxs özü də akta imza etmişdir. Bildirir ki, təxminən bu ilin yanvar ayında da Şəxs tərəfindən eyni xarakterli hüquqpozma törədilmiş, protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Baş verənlərlə bağlı Şəxs izahatı alınmış, sonuncu izahatında maddi imkanı olmadığından şambonun ətrafını betonlaya bilmədiyini söyləmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 23 noyabr 2023-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən Sumqayıt şəhəri, Dəmir yolu yük hərəkəti “Mero” adlanan ərazinin arxa hissəsində yerləşən Şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, aşkar edilmiş pozuntular barəsində 83088 saylı, 23 noyabr 2023-cü il tarixli akt tərtib olunmuşdur. Bu barədə fotoşəkillər çəkilərək, materiala əlavə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-302/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və o, 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, sonuncu evinin çöl tərəfində küçəyə axıntı olan hissənin üzərini betonlamadığını, buna görə çirkab suların kortəbii şəkildə ətrafa axdığını, bu halın qarşısının alınması üçün tərəfindən tədbirlər görəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni: içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görəfiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirilən hal müəyyən olunmamışdır. İnzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. AR İXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. “AR İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Həmin Məcəllənin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir Beləliklə, məhkəmə işin hallarını, protokol tərtib etmiş şəxsin izahatını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2831/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2831/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver