Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2832/2025 17.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 böyük məsləhətçi müfəttişi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sahibkar, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 1d, mənzil 14 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 müfəttişi, Mahir İmanov bildirmişdir ki, 2 saylı X2 tərəfindən aparılmış monitorinqlər nəticəsində Şəxs məxsus qeyri-yaşayış müəssisəsində formalaşan tullantı sularının təyinatsız olaraq çirkab su quyusuna, həmin quyudan isə 150 mm-lik boru ilə təxminən 150 metr kənara axıdılması faktı aşkar edilmişdir. Həmin əraziyə mühəndislər göndərilmiş, müəssisədən axıdılan çirkab sularının ətraf ərazilərə axıdılması faktı təsdiq olunmuşdur. Monitorinqdə müəssisənin icraçısı kimi özünü təqdim edən Müşviq adlı şəxs iştirak etmişdir. Nazirlər Kabinetinin 2023-cü ilin 30 avqust qərarına əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə olan qeyri-yaşayış binalarından axıdılan çirkab suları üçün nəzərdə tutulmuş çirkab quyuları su keçirməyən olmalıdır. Həmçinin, kanalizasiya şəbəkələri ilə bağlı normativ tələblərə cavab verməli və həmin tələblər əsasında çirkab suları çirkab quyularına axıdılmalıdır. Qeyd olunan tələblər müəssisə tərəfindən gözlənilməmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, aktın tərtib olunmasında iştirak edən mühəndis Bəxtiyar Xıdırov tərəfindən müəssisənin kimə məxsus olması müəyyənləşmiş, zəruri sənədlər, şəxsiyyət vəsiqələri və çıxarış tələb edilmişdir. Bundan başqa, şambo olduğu təqdirdə izolyasiya olunmalı idi. Yağış sularının qarşısını almağa ehtiyac olmadığını, həmin suların quruduğunu bildirmişdir. Məhkəmədən inzibati xəta haqqında protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, monitorinqdə və aktın tərtib olunmasında iştirak etməyib. Müəssisənin icraçı direktoru ona çirkab suların ətraf ərazilərə axıdılmasının qarşısını almaq üçün şambo tikilməsinin zəruri olduğunu bildirmiş, o etiraz etməmiş və bundan sonra şambo tikilmişdir. Həmin istehsalat müəssisəsi kağız stəkan istehsal edir. Tullantı sularının ətraf-mühitə axıdılmasının qarşısını almaq üçün şambo tikilmişdir və hal-hazırda ətraf-mühitə çirkab sular axıdılmır. Əgər hələ də axıdılsaydı, magistral yol olduğu üçün böyük fəsadlarla nəticələnə bilərdi. Bildirir ki, onun bu işlərlə bağlı təcrübəsi azdır, yalnız icraçı direktor müəssisənin fəaliyyəti və baş vermiş hadisə ilə bağlı ətraflı məlumat verə bilər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, müəssisənin ərazisi 1 hektardır. Şambo tikilməsinə baxmayaraq ətraf-mühitə çirkab sularının hələ də axıdılmasının səbəbi çirkab suların çox olduğuna görə şambodan daşması ola bilər. Qeyd edir ki, müəssisə ətraf-mühitə tullantı sularının axıdılmasının qarşısını alır, həmin suları ətraf-mühitə axıtmaq müəssisənin məqsədi olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirmişdir ki, müəssisənin icraçı direktorudur. Həmin istehsalat müəssisəsi stəkan və kağız istehsal edir. O, müəssisənin fəaliyyətini həyata keçirir, lakin müəssisənin rəhbəri və işəgötürəni Şəxsdur. 2 saylı X2 tərəfindən monitorinqin keçirilməsində iştirak edib. Qeyd edir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin səhlənkarlığı səbəbindən yeraltı borularda partlamış, sızma baş vermiş və müəssisəyə maddi ziyan dəymişdir. O, Su Təchizatı İdarəsinə mövcud vəziyyəti bildirməklə özü dəymiş ziyanın qarşısını almış və bunun üçün müəyyən vəsait xərcləmişdir. Bunu etməyinin səbəbi isə müəssisə ətrafında Bakı-Quba yolundan dövlət rəhbərlərinin və digər qonaqların keçməsi, yağış sularının yığılması nəticəsində göl yaranmasının qarşısını almaq olub. İlk növbədə tullantı sularının və yağış sularının qarşısını almaq üçün şambolar tikilib, həmçinin müəssisənin daxilində 2 şambo var. Bundan başqa həmin ərazidə 200-ə yaxın ağac əkilib. Əlavə olaraq o, çirkab suların ətraf ərazilərə axıdılmasını danmadığı bildirmiş və qarşısını almaq üçün şamboların tikildiyini şambonun tutumu təxmini 7-8 ton olduğunu qeyd etmişdir. Həmin ərazidə yağış sularının çox olması səbəbindən də ətraf ərazilərə tullantı sular axıdılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, verdiyi izahat və iş materialları onun təqsirliliyini sübut edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında vəzifəli şəxs Şəxs məxsus “istehsalat müəssisəsinin fəaliyyəti zamanı formalaşan tullantı sularının ətarf-mühitə (çölə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli 000476 nömrəli akt, fotoşəkillər ilə bu fakt təsdiq edilir. İş materiallarında olan "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 000476 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, ünvan 2 ünvanında fəaliyyət göstərən Şəxs məxsus istehsalat müəssisəsinin fəaliyyəti zamanı formalaşan tullantı sularının xüsusi çəkilmiş boru vasitəsi ilə inşa edilmiş çirkab su quyusuna, həmin quyudan isə nasos aqreqatı vasitəsi ilə 150 mm-lik boru ilə təxminən 150 metr kənara ətraf-mühitə (çölə) təyinatsız axıdılması faktı aşkar edilmişdir. İş materiallarında olan ********** nömrəli şəhadətnamədən görünür ki, Şəxs fiziki şəxs olaraq vergi uçotuna alınmışdır. İş materiallarına əlavə edilmiş CD diskdən görünür ki, ətraf ərazidə yer səthi qurudur, müəssisə istiqamətindən gələn boru vasitəsi ilə təyinatsız olaraq ətrafa axıdılır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə ərazidə şambo quraşdırılması müəyyən olunur. Məhkəmə hesab edir ki, həmin ərazidə kanalizasiya xəttinin çəkilməməsi, ərazidə şambonun quraşdırılması hazırkı fakt üzrə inzibati xəta tərkibini istisna edən hallar deyil. Belə ki, iş materiallarına əlavə edilmiş, barəsində protokol tərtib edilən şəxs tərəfindən də mübahisələndirilməyən videoçəkilişdən müəyyən olunur ki, müəssisə istiqamətindən çəkilmiş boru vasitəsi ilə su təyinatsız olaraq axıdılır. Bundan başqa, videogörüntüdə yer səthinin quru olması səbəbindən inzibati xəta hadisəsi qeydə alınarkən yağış sularının borudan axması istisna olunur. Həmçinin quruntu sularının qeydə alınan formada axması ağlabatan görünmür. Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən məhkəmə Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2832/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2832/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver