Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2833/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1999-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:50-də ünvan 2 ünvanında yaxınlığında idarə etdiyi “Hyundai” markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün BMCMİ-ə gətirilmiş, üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı X2 tərtib etdiyi protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, yaşadığı ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Hyundai” markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyi xahiş etmiş, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu DİN BMCMİ-nə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-nə gəlmişdir. İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Ona üzərində qanunla qadan olunmuş narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmet olmadığını bildirib, əynində olan boz rəngli gödəkçəsimin sağ yan cibindən 01 ədəd avtomobil açarını, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu və özünə məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda üzərindən aşkar edilmiş avtomobil açarı özünə geri qaytarılmışdır. Üzərindən hər hansı dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməsə də, xx.xx.2023-cü il tarixdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, istifadə etdiyi kütləni üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün İcarə müqaviləsi əsasında idarə etdiyi “Hyundai” markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobildə saxladığını, həmin kütlədən heç kimə vermədiyini, heç kimə satmadığını və heç kimin məlumatının olmadığını bildirmişdir. Həmçinin hazırda idarə etdiyi avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxladığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra idarə etdiyi “Hyundai” markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Ona idarə etdiyi “Hyundai” markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobildə qanunsuz əşya və ya digər predmet varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, idarə etdiyi avtomobildə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı idarə etdiyi avtomobilin ön hissəsində, sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerindən 04 ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixunanı çıxardıb təqdim etmişdir. Həmin bükümlər polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İdarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, xx.xx.2023-cü il tarixdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata aldığını, bir qismini istifadə etdiyini, qalan hissəni isə idarə etdiyi avtomobilə qoyaraq gələcəkdə istifadə etmək üçün avtomobildə saxladığını bildirmişdir. Bildirir ki, narkotik vasitəni bükümlərə özü ayırmışdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir Məhkəmə iclasında şahid DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4 ifadəsində bildirdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, şəxsi istehlak məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Daxil olmuş məlumat əsasında 28 noyabr 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı saat 10:50-də ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Hyundai” markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ondan özünü təqdim etməyi xahiş etmiş, o da özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğumu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Bundan sonra saxlanılarkən yerində üstünə şəxsi axtarış aparılmasına, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə şərait olmadığına görə onu polis idarəsinə dəvət etmiş, o, buna etiraz etməyib onlarla birlikdə BMCMİ-nə gəlmişdir. İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, təhqiqatçı tərəfindən ona üzərində narkotik vasitə, psixotrop maddə varsa, təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Turan üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmet olmadığını bildirib, əynində olan boz rəngli gödəkçəsimin sağ yan cibindən 01 ədəd avtomobil açarını, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu və özünə məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüş, eyni zamanda üzərindən aşkar edilmiş avtomobil açarı özünə geri qaytarılmışdır. Üzərindən hər hansı dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməsə də, xx.xx.2023-cü il tarixdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, istifadə etdiyi kütləni üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün idarə etdiyi “Hyundai” markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobildə saxladığını, həmin kütlədən heç kimə vermədiyini, heç kimə satmadığını və heç kimin məlumatının olmadığını bildirmişdir. Həmçinin hazırda idarə etdiyi avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxladığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən ona idarə etdiyi “Hyundai” markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobildə qanunsuz əşya və ya digər predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şəxs özü könüllü idarə etdiyi avtomobildə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı idarə etdiyi avtomobilin ön hissədə, sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerindən 04 ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə qurudulmuş marixunanı çıxardıb təqdim etmişdir. Aşkar olunmuş 04 ədəd ağ rəngli sellofan bükümdə olan kütlə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İdarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin kütlələri xx.xx.2023-cü il tarixdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata aldığını, bir qismini istifadə etdiyini, qalan hissəni isə idarə etdiyi avtomobilə qoyaraq gələcəkdə istifadə etmək üçün avtomobildə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı X6 digər şahid X3 izahatına oxşar izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 28 noyabr 2023-cü il tarixdə, saat 10:50 dəqiqədə Şəxs şübhəli şəxs qismində tutulmuşdur. 28 noyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürülmə aparılması” haqqında protokoldan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Şəxs tutulduqdan dərhal sonra Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinə əsasən tutulmanın səbəbləri, şübhənin mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona tərcüməçinin iştirakı ilə Azərbaycan dilində bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməməsi barədə hüquqları izah edilmişdir. Şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl Şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xmiü baş əməliyyat müvəkkili, polis baş leytenantı X4 tərəfindən aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şəxs üzərində dövriyyəsi qadağan olununmuş hər hansı əşya və predmet olmadığı bildirib, əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd avtomobil açarını, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon cihazını və Şəxs adına verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxs üstündən aşkar edilmiş “Samsung” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi tərəfimdən götürüldü. Eyni zamanda Şəxs üstündən aşkar edilmiş avtomobil açarı onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Şəxs üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməsə də, 27.11,2023-cü il tarixdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, istifadə etdiyi kütləni üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata alaraq idarə etdiyi avtomobildə saxladığını, həmin kütlədən heç kimə vermədiyini, hec kimə satmadığını və heç kimin məlumatının olmadığını bildirmişdir.Həmçinin Şifahi sorğu zamanı Şəxs hazırda idarə etdiyi “Hyundai” markalı, **- EN-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitə qurudulmuş marixuana saxladığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. 28 noyabr 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şəxs idarə etdiyi “Hyundai” markalı, **-EN-*** qeydiyyat nişanlı avtomobilə “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi şübhəli şəxs Şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Baxış zamanı Şəxs idarə etdiyi avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Şəxs idarə etdiyi avtomobildə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış davam etdirilərkən Şəxs idarə etdiyi avtomobilin ön hissədə, sərnişin oturacağının qarşısında yerləşən saxlanc yerindən 04 ədəd ağ rəngli sellofan bükümdə yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş 04 ədəd ağ rəngli sellofan bükümdə olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ona məxsus olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata alaraq bir qismini Nərimanov rayonu ərazisində istifadə etdiyini, qalan hissəni isə şəxsi istifadəsi üçün idarə etdiyi avtomobilə qoyaraq saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1628 nömrəli 28 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Şəxs... bükülülər” yazı və imza olan zərfdə 1 ədəd şəffaf polietilen torbada 4 ədəd ağ rəngli sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0.298 qr, 0.304 qr, 0.258 qr və 0.293 qram olmaqla, ümumi çəkisi 1.153 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 7797 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. 28 noyabr 2023-cü il tarixli “şübhəli şəxs qismində statusa xitam verilməsi haqqında” qərardan görünür ki, material üzrə Şəxs şübhəli şəxs qismində iştirakına xitam verilmişdir. xx.xx.2023-cü il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən 01 ədəd diskə baxış zamanı Şəxs narkotik vasitə daşıyaraq nəqliyyat vasitəsində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən narkotik vasitə qurudulmuş marixuananın 5 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İnzibati həbsin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 7797 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. İşdə olan şübhəli şəxs qismində tutulma haqqında protokolundan görünür ki, Şəxs 28 noyabr 2023-cü il tarixdə, saat 10:50 dəqiqədə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlanılma müddətinin əvvəli 28 noyabr 2023-cü il tarixdən, saat 10:50 dəqiqədən hesablansın. Qərarın icrası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2833/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2833/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver