Məhkəmə qərarları › İş №3(060)-2835/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2835/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2835/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, 00700-00223/23 saylı protokol tərtib edilmişdir ona görə ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC xx.xx.2023cü il tarixli 3-33-/3-1-004338/2023 saylı raportda, Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsindən Sumqayıt Gömrük İdarəsinə daxil olan xx.xx.2023-cü il tarixli 3- 33/2-015718/2023 saylı məktubda 34/151/026202 nömrəli material üzrə “AzGlobal- 2020”, Şəxs, “Mak.Go Global”, “Atlantis-2018 Global” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsinin tərkib əlamətlərinin olması nəzərə alınaraq müvafiq qaydada baxılması, **********0386 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Şəxs MMC tərəfindən 1944 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı geyd olunmuşdur. Aparılan araşdırma zamanı, Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/160/026962 geydiyyat nömrəli məktubuna əsasən, xx.xx.2023-cü il tarixdə Mazımgara gömrük postundan keçməklə Türkiyə Respublikasından ölkə ərazisinə 77JH246/99ZG464 dövlət geydiyyat nişanlı nəgliyyat vasitəsilə daşınan **********0386 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük İdarəsinə bəyan olunan yüklərə dair xx.xx.2023-cü il tarixdə aparılan fiziki yoxlamanın nəticələri Baş İdarə tərəfindən təhlil edilmiş və yuxarıda qeyd olunan gömrük bəyannaməsi üzrə gömrük orqanına dəyərin yanlış bəyan olunması nəticəsində 3 mal möqveyi üzrə cəmi 1944 manat məbləğində əlavə vəsaitin büdcə ödənişinə cəlb edilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X4 bildirdi ki, xx.xx.2023-cü il tarixli 34/160/026962 geydiyyat nömrəli məktubuna əsasən, xx.xx.2023-cü il tarixdə Mazımgara gömrük postundan keçməklə Türkiyə Respublikasından ölkə ərazisinə 77JH246/99ZG464 dövlət geydiyyat nişanlı nəgliyyat vasitəsilə daşınan **********0386 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük İdarəsinə bəyan olunan yüklərə dair xx.xx.2023-cü il tarixdə aparılan fiziki yoxlamanın nəticələri Baş İdarə tərəfindən təhlil edilmiş və yuxarıda qeyd olunan gömrük bəyannaməsi üzrə gömrük orqanına dəyərin yanlış bəyan olunması nəticəsində Şəxs MMC tərəfindən 3 mal möqveyi üzrə cəmi 1944 manat məbləğində əlavə vəsaitin büdcə ödənişinə cəlb edilmədiyi müəyyən edilmişdir. Protokolu müdafiə etdiyini və Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır. Şəxs MMC-nin əməli protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsinin izahatı və işdə olan sübutlarla təsdiq edilir, əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə tövsif edilmişdir, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128-130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, ona ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yüz faizinədək məbləğdə, yəni 1944 (bir mindoqquz yüz qırx dörd) manat məbləğində cərimə tənbeh növü tətbiq olunsun və cərimə tutularaq X3 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar