Məhkəmə qərarları › İş №3(060)-2836/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2836/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2836/2022 02.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin iş rejimini pozaraq, nalayiq ifadələr işlədərək polis əməkdaşlarını təhqir etmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Mehman adlı şəxslə qeyri rəsmi birlikdə yaşamış, Mehmanın qardaşı Elşən onun mobil telefonuna zəng vuraraq ona Mehmandan uzaq olmasını və onunla kobud danışaraq söyüb təhqir etmişdir. O, da DİNnin 102 xidmətinə zəng vuraraq Elşəndən şikayət etmişdir. Hadisə baş verən gün, yəni xx.xx.2022 ci il tarixdə yenidən DİN-nin 102 xidmətinə zəng vurub Elşənin onu narahat eləməyi barədə məlumat vermişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı sahə rəisi Ramil adlı şəxs onun mobil telefonuna zəng vurarq PB-nə gəlməyini, ərizə və izahat verməyini bildirmişdir. O, təxminən 19:30 radələrində PB-nə gəlmiş, PB-də ərizəni və izahatını yazan zaman Elşən sahə rəsinin mobil telefonuna zəng vuraraq onun başına oyun acacağını ona bildirərəkən o Elşənin səsini mobil telefonda eşitmiş və həmin zaman Ramin telefonun səsini azaltmış, o da bu səbəbdən ərizə və izahat verməkdən imtina edərək PB-dən uzaqlaşmışdır. Təxminən 5 dəqiqədən sonra yenidən PB-nə daxil olarkən növbətçi hissənin qarşısından keçərək sahə rəisləri oturan otaqa keçərkən adını bilmədiyi polis serjantı onu geri çağıraraq geriyə qayıtmağını və mobil telefonlarını növbətçi hissəyə təhvil verməyini bildirmişdir. O ona yaxınlaşarkən onunla kobud rəftar eləməyə başlamış, əl çantasından mobil telefonlarını çıxardarkən həmin polis işçisi sol əlindən bərkdən tutan zaman şaədət (ikinci) barmağını əzərək dırnağını qopartmış və bağmağı qanamışdır. Bundan sonra o DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş, Bölmənin rəisinin qəbuluna gəlmiş, rəis ona və polis əməkdaşlarına qulaq asmış və heçnə deməmişdir. Bu zaman o da əsəbləşmiş və rəisin otağında polis əməkdaşlarının onun üzərinə gəldikləri üçün “şərəfsiz” ifadəsi işlətmişdir. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Şahid1 bildirdi ki, Şəxs əvvəllər qeyri rəsmi yaşadığı Mehman adlı şəxsin qardaşı Elşən Mirzəyevdən şikayəti barədə ərizə onun icraatına daxil olmuş və Elşən Mirzəyev Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət olunaraq izahatı alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Şəxs həmin şikayətlə bağlı izahatının alınması üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət olunmuş, o özbaşına PB-nə daxil olmuş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Sonra səs-küy salaraq Bölmənin iş rejimini pozmuşdur. İş materiallarında olan video görüntüdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin iş rejimini pozmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlin ifadəsini dinləyib və təqdim olunmuş video görüntüyə baxaraq, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilirərək təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə iş materialları araşdırılaraq, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı, şahidin ifadəsi dinlənilərək və təqdim olunmuş video görüntüyə baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə olunsun. 01 (bir) ədəd CD disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar