Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2836/2023 11.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin Metodoloji bölməsinin hüquqşünası, X3 iştirakı ilə “X14” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən "X14" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00700-00224/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Protokola əsasən, xx.xx.2023-cü il tarixli 3-33-/3-1-004338/2023 saylı raportda, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən Sumqayıt Gömrük İdarəsinə daxil olan xx.xx.2023-cü il tarixli 3- 33/2-015718/2023 saylı məktubda 34/151/026202 nömrəli material üzrə “AzGlobal-2020”, “Fialet- 2020”, Şəxs, “Atlantis-2018 Global” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkib əlamətlərinin olması nəzərə alınaraq müvafiq qaydada baxılması, Şəxs MMC tərəfindən **********0387 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 509 AZN, **********0393 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 123 AZN, **********0402 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 876 AZN məbləğində, cəmi 1508 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayındığı qeyd olunmuşdur. Aparılan araşdırma zamanı, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/160/026962 qeydiyyat nömrəli məktubuna əsasən, xx.xx.2023-cü il tarixdə Mazımqara gömrük postundan keçməklə Türkiyə Respublikasından ölkə ərazisinə 77JH246/99ZG464 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə daşınan **********0387 sorğu nömrəli, **********0393 sorğu nömrəli və **********0402 sorğu nömrəli gömrük bəyannamələri üzrə Sumqayıt Gömrük İdarəsinə bəyan olunan yüklərə dair xx.xx.2023-cü il tarixdə aparılan fiziki yoxlamanın nəticələri Baş İdarə tərəfindən təhlil edilmiş və yuxarıda qeyd olunan gömrük bəyannaməsi üzrə gömrük orqanına dəyərinin yanlış bəyan olunması nəticəsində 3 gömrük bəyannaməsində cəmi 3 mal möqveyi üzrə ümumilikdə 1508 manat məbləğində əlavə vəsaitin büdcə ödənişinə cəlb edilmədiyi müəyyən edilmişdir. 21 sentyabr 2023-cü il tarixdə Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 və təhqiqat şöbəsində verdiyi izahatında, gömrük ödənişlərini ödəmək niyyəti olduğunu, lakin mallar artıq satıldığına görə və Dövlət Vergi Xidmətinə satışla bağlı hesabatlar verildiyi üçün sonradan ödəyəcəkləri gömrük ödənişləri üçün problemlər yaşana biləcəyini, həmçinin MMC-lər ziyana düşəcəyi üçün bu məsələnin həlli istiqamətində müəyyən tədbirlər görülməsini xahiş etmişdir. 05 oktyabr 2023-cü il tarixdə Şəxs MMC-nin ünvanına gömrük borcunun məbləği barədə bildiriş göndərilmiş, həmçinin əlavə yaranmış gömrük ödənişləri ödəniləcəyi təqdirdə AR İXM-nin 505-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilmək hüquqları izah edilmişdir. Bununla da, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC 09 iyun 2023-cü il tarixdə **********0387 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan etdiyi və Türkiyə Respublikasında yerləşən “X8 Nakliye San.ve Tic. LTD.STİ.” şirkətindən idxal etdiyi çapsız divar kağızı yükünün gömrük dəyərini düzgün bəyan etməyərək 509 AZN məbləğində, 09 iyun 2023-cü il tarixdə **********0393 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan etdiyi və Türkiyə Respublikasında yerləşən “X13.ve Tic. LTD.STİ.” şirkətindən idxal etdiyi süni dəri yükünün gömrük dəyərini düzgün bəyan etməyərək 123 AZN məbləğində, 09 iyun 2023-cü il tarixdə **********0402 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan etdiyi və Türkiyə Respublikasında yerləşən “Key Banyo ve X11 Tic. A.S.” şirkətindən idxal etdiyi rezin ara qat yükünün gömrük dəyərini düzgün bəyan etməyərək 876 AZN məbləğində, cəmi 1508 manat (bir min beş yüz səkkiz manat) az miqdarda ödənilməli olan gömrük ödənişlərinin ödənilməsindən yayındığı müəyyən edilmişdir. AR GM-nin 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri dedikdə həmin Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq başa düşülür. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Vahid X1 informasiya resursundan hüquqpozma faktlarının qeydiyyatında dair çıxarışa əsasən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-də nəzərdə tutulan xətanı ilk dəfə törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında Protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin Metodoloji bölməsinin hüquqşünası, X4 tərtib edilmiş protokolu müdafiə edərək məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq da bildirdi ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar 29 avqust 2023-cü il tarixdə qəbul edilməsinə, o cümlədən protokol baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmasına baxmayaraq, tərəflərindən inzibati xəta haqqında protokol 13 noyabr 2023-cü il tarixdə tərtib edildiyi üçün hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, araşdırma zamanı 34/151/026202 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan başqa adları sadalanan hüquqi şəxslər barəsində AR İXM-nin 505-ci maddəsi inzibati icraat aparılması üçün toplanmış materialdan müvafiq sənədlərin surəti Sumqayıt Baş Gömrük İdarəsinə göndərilməsi qərara alınmşdır. İş materiallarından görünür ki, Şəxs MMC barəsində aparılmış inzibati araşdırma üzrə material 29 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xətalar qanunvericiliyin tələblərinə (60.3 və 111.1-ci maddələr) əməl olunması məqsədi ilə məhkəmə tərəfindən protokol və ona əlavə edilmiş sənədlərə baxılması 11 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb etmə üçün müəyyən edilmiş müddətin sonuncu günü material məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda -ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. X12 hissəsinə görə Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda-ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. AR İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, bununla da həmin müddətdən 3 ay vaxt keçmişdir. AR İXM-nin 38.3-cü maddəsinə əsasən inzibati tənbeh bu kateqoriyada olan inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər, göründüyü kimi bu iş üzrə həmin müddət keçmişdir. BU səbəbdən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X6 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1- 1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2023-cü il tarixli qərar) Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, baxılan iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2836/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2836/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver