Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2836/2025 03.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamış, inzibati xəta haqqında materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Belə ki, iş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarından görünür ki, X2 “Chevrolet Cobalt” markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri Çerkassi küçəsi ilə svetoforun yaşıl işığında idarə edərkən qarşıdan düzünə hərəkətdə olan **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil sola manevr etmiş, X2 həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobili sağa istiqamətləndirmiş və kəsişmədə svetoforun qırmızı işığında dayanmış vəziyyətdə olan “Mercedes Sprinter” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Lakin, Sumqayıt ŞPİ-nin X4 Şöbəsində aparılan araşdırma zamanı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilərək izahatı alınmamış və inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat zamanı qiymətləndirilməmişdir. Müəyyən edilmişdir ki, hazırki inzibati xəta haqqında protokol Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Səadət Qənbərov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar əsasında qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq cinayət işinin rədd edilməsi barədə qərarın mövcud olması inzibati xəta haqqında icraat başlamış səlahiyyətli vəzifəli şəxsi zərurət olduqda əlavə araşdırma aparma vəzifəsindən azad etmir. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin (şəxslərin) səhhətinə yetirilmiş xəsarətin dərəcəsindən aslı olaraq cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilir. Zərərçəkmiş şəxsin (şəxslərin) səhhətinə yetirilmiş xəsarətin dərəcəsi təyin edilmədikdə və ya yüngül dərəcəli bədən xəsarəti yetirildikdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilir, bundan sonra aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs yalnız rədd materialları ilə kifayətlənməməli, zərurət olduqda iş üzrə əlavə araşdırma apararaq işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və yalnız bundan sonra inzibati xəta haqqında protokol tərtib etməlidir. Belə ki, “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar və həmin qərarla müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə icraat zamanı preyudisial hüquqi əhəmiyyət kəsb etmir. İndiki halda yuxarıda qeyd edildiyi kimi **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün şəxsiyyətinin müəyyən edilərək izahatının alınmaması və inzibati xəta haqqında iş üzrə məhkəməyədək icraat zamanı qiymətləndirilməməsi, həmçinin həmçinin yol-nəqliyyat hadisəsinin sxeminin məhkəməyə göndərilmiş materiallara əlavə edilməməsi təqdim edilmiş materialların natamamlığı kimi qiymətləndirilməlidir və qeyd edilməlidir ki, həmin natamamlıqları işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyil. Məhkəmə **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün şəxsiyyətinin müəyyən edilərək izahatının alınmasını və qiymətləndirilməsini ona görə zəruri hesab edir ki, digər şəxslər kimi məhz onun da izahatı alındıqdan və qiymətləndirildikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 hərəkətlərinə qiymət verilərək onun inzibati xətaya yol verib-verməməsini müəyyən etmək, o cümlədən İXM-in 19cu maddəsinə müvafiq olaraq onun son zərurət vəziyyətində hərəkət edib-etməməsi məsələsinə qiymət verilməsi mümkündür. Azərbaycan Respublikası İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2836/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2836/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver