Məhkəmə qərarları › İş №3(060)-2837/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2837/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2837/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Protokol tərtib etmiş şəxsin nümayəndəsi – Sumqayıt Baş Gömrük İdarəsinin Metodoloji bölməsinin hüquqşünası X3 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında 13 noyabr 2023-cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən 27 noyabr 2023-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli 3-33-/3-1-004338/2023 saylı raportda, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən Sumqayıt Gömrük İdarəsinə daxil olan xx.xx.2023-cü il tarixli 3- 33/2-015718/2023 saylı məktubda 34/151/026202 nömrəli material üzrə “AzGlobal-2020”, “Fialet- 2020”, “Mak.Go Global”, “Atlantis-2018 Global" və Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətlərinin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkib əlamətlərinin olması nəzərə alınaraq müvafiq qaydada baxılması, **********0394 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Şəxs MMC tərəfindən 1064 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı geyd olunmuşdur. Aparılan araşdırma zamanı, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 34/160/026962 geydiyyat nömrəli məktubuna əsasən, xx.xx.2023-cü il tarixdə Mazımgara gömrük postundan keçməklə Türkiyə Respublikasından ölkə ərazisinə 77JH246/99ZG464 dövlət qeydiyyat nişanlı nəgliyyat vasitəsilə daşınan **********0394 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük idarəsinə bəyan olunan yüklərə dair xx.xx.2023-cü il tarixdə aparılan fiziki yoxlamanın nəticələri Baş İdarə tərəfindən təhlil edilmiş və yuxarıda geyd olunan gömrük bəyannaməsi üzrə gömrük orqanına dəyərin yanlış bəyan olunması nəticəsində 1 mal mögveyi üzrə cəmi 1064 manat məbləğində əlavə vəsaitin büdcə ödənişinə cəlb edilmədiyi müəyyən edilmişdir. 21 sentyabr 2023-cü il tarixdə Şəxs MMCnin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 və təhqiqat şöbəsində verdiyi izahatında, gömrük ödənişlərini ödəmək niyyəti olduğunu, lakin mallar artıq satıldığına görə və Dövlət Vergi Xidmətinə satışla bağlı hesabatlar verildiyi üçün sonradan ödəyəcəkləri gömrük ödənişləri üçün problemlər yaşana biləcəyini, həmçinin MMC-lər ziyana düşəcəyi üçün bu məsələnin həlli istiqamətində müəyyən tədbirlər görülməsini xahiş etmişdir. 05 oktyabr 2023-cü il tarixdə “Hazar-İnşaat-Tikinti" MMC-nin ünvanına gömrük borcunun məbləği barədə bildiriş göndərilmiş, həmçinin əlavə yaranmış gömrük ödənişləri ödəniləcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilmək hüququ izah edilmişdir. 13 noyabr 2023cü il tarixdə Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X9 tərəfindən Şəxs barəsində inzibati araşdırma başa çatdığından Azərbaycan Respublikası İXM-nın 505-ci -addəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 13 noyabr 2023cü il tarixdə Sumqayıt Gömrük İdarəsinin rəis müavini, gömrük xidmə: polkovniki X6 tərəfindən iş materiallarına baxılaraq Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 00700-00226/23 saylı inzibati xəta haqqında işə « 20 » noyabr 2023ci il tarixdə saat 16:30-da ünvan 2 ünvanında Sumqayıt Gömrük İdarəsinin rəis müavinin kabinetində “Hazar-lnşaat-Tikinti' MMC-nin nümayəndəsinin və SGİ-nin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenant X4 iştirakı ilə baxılma təyin olunmuşdur. İşə baxılmanının vaxtı və yeri barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmışdır. Bununla da ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs MMC 09 iyun 2023-cü il tarixdə **********0394 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan etdiyi və Türkiyə Respublikasında yerləşən “X15.Teks.Gıda Turz.San.ve Tic.LTD.ŞTİ.” şirkətindən idxal etdiyi 1 mal möqveyi üzrə paltar asqı qarmaqları yükünün gömrük dəyərini düzgün bəyan etməyərək cəmi 1064 manat (bir min altmış dörd) az miqdarda ödənilməli olan gömrük ödənişlərinin ödənilməsindən yayındığı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən tərtib edilmiş 27 noyabr 2023-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt Baş Gömrük İdarəsinin Metodoloji bölməsinin hüquqşünası X5 protokolda qeyd olunanları müdafiə edərək inzibati xətanı törətmiş hüquqi şəxs barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bu günədək hüquqi şəxs tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, Şəxs MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2018ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən üzrsüz səbəbdən gömrük ödənişlərinin ödənilməməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri dedikdə Gömrük Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfındən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC şirkətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, 3536 qərara aldı: AZ 5004, Sumqayıt şəhəri, məhəllə 14, ev 112C, mənzil 109 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin – 1064 (bir min altmış dörd) manat pul vəsaitinin 70 (yetmiş) faizi məbləğində, yəni 744,80 (yeddi yüz qırx dörd manat səksən qəpik) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar