Məhkəmə qərarları › İş №3(060)-2837/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2837/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2837/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, X2 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional şöbəsinin 28 oktyabr 2024-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-in 192.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Qərardan narazıdır. Aşağıda sadalananlara əsasən qərarı əsassız və qanunsuz hesab edir. Həmin şəxs onun dostudur. Ona kömək etmək məqsədilə iş yerlərinə gəlib-gedirmiş. Lakin, aralarında işçi və işəgötörən münasibəti olmamışdır. Bu inzibati xəta ilə bağlı X7 Əmək Müfəttişliyi Xidməti Abşeron Xızı regional şöbəsinə çağırılmamış və ondan heç bir izahat alınmamışdır. Eyni zamanda da o heç bir sənədə imza atmamışdır. Həmin qərarı ədalətsiz hesab edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 şikayətinin məzmununa uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, o qapı satışı ilə məşğuldur. Sumqayıt şəhərində özünə aid obyekti var və orada fəaliyyət göstərir. Onun Sədərək Ticarət Mərkəzində hər hansı bir obyekti yoxdur və orada heç vaxt fəaliyyət göstərməmişdir. X20 isə onun dostudur. Sonuncu qapı işini öyrənmək üçün onun obyektinə bir neçə gün gəlib getmişdir, bəzən ona müəyyən işlərdə kömək də etmişdir. Daha sonra o X16 bildirmişdir ki, bu işi Sədərəkdə daha yaxşı öyrənə bilər və onu Sədərəkdə bu işlə bağlı fəaliyyət göstərən mağazaya yönəltmişdir. X12 Sədərəkdə iş öyrəndiyi mağazanın isə ona heç bir aidiyyəti olmamışdır. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək X14 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 09 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X13 şikayətlə razılaşmayaraq bildirmişdir ki, hazırki iş üzrə araşdırma Qaradağ rayon prokururluğunda başlamış, araşdırmanın nəticələrinə əsasən X8 barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və iş baxılması üçün X14 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinə göndərilmişdir. Prokurorluqda aparılan araşdırma zamanı X20 öz xətti ilə izahat yazaraq X8 tərəfindən satıcı kimi işə götürüldüyünü, Sədərək Ticarət Mərkəzinin tikinti matterialları bölməsinin 5ci sıra 49-cu mağazasında taxta qapıların müştərilərə satışını həyata keçirdiyini, həmin mağazada mağaza müdürü X8 tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildildiyini bildirmişdir. Lakin, X20 öz əlyaması ilə yazdığı izhatını tamamlamamış və imzlamaqdan da imtina etmişdir. Onun əlavə bir izahatı da var ki, orada da izhatının bir hissəsini əlyazma ilə yazdığını, lakin sonradan imtina etdiyini qeyd etmişdir. Qeyd edilən sonuncu izahatı isə imzlamışdır. X8 özü isə müvafiq dəvət olmasına baxmayaraq nə prokurorluqda, nə də müfəttişlikdə aparılan araşdırmada iştirak etməmişdir. Prokurorluqda aparılan araşdırmanın nəticələrinə əsasən X14 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X8 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə edilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında bildirmişdir ki, onun Sumqayıt şəhərində özünə məxsus obyekti var, həmin yeri icarəyə vermişdir. X8 isə onun dostudur və qapı satışı ilə məşğul olur. O, bu işi öyrənmək üçün bir neçə gün Sumqayıt şəhərində X3 obyektində olmuşdur. X3 məqsədi onu işə götürmək olmamış, iş öyrətmək olmuşdur. Orada olduğu müddətdə o X4 işlərində kömək də etmişdir. Daha sonra Sədərək Ticarət X1 onu yönləndidiyi mağazada bir neçə gün iş öyrənmişdir. X10 məhkəmə iclasında ona verilmiş suallara ziddiyylətli cavablar verərək gah Sədərək Ticarət Mərkəzində olan mağazanın da X4 məxsus olduğunu, Fəxrəddinə Sumqayıtda da Sədərək Ticarət mərkəzində də kömək etdiyini bildirmiş, gah da Sədərək Ticarət mərkəzində olan mağazanın başqa şəxslərə məxsus olduğunu bildirmiş, lakin orada konkret olaraq kimin tərəfindən işə cəlb edildiyini göstərməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmnuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə X8 (VÖEN: **********) Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 3000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Qaradağ rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs X8 barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan X12 Bakı şəhəri Qaradağ rayon prokurorluğunda əl yazısı ilə yazılmış, lakin imzalanmamış və tamamlanmamış izahatında görünür ki, o, X8 tərəfindən satıcı kimi işə götürülmüş, Sədərək Ticarət Mərkəzinin tikinti matterialları bölməsinin 5-ci sıra 49-cu mağazasında taxta qapıların müştərilərə satışını həyata keçirmiş, həmin mağazada mağaza müdürü X8 tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan X12 Bakı şəhəri Qaradağ rayon prokurorluğunda verdiyi və imzası ilə təsdiq etdiyi izahatından görünür ki, o daha öncə izhatının bir hissəsini əlyazma ilə yazdığını, lakin sonradan imtina etdiyini qeyd etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Sədərək Ticarət Mərkəzinin tikinti matterialları bölməsinin 5-ci sıra 49-cu mağazasında taxta qapıların satışı həyata keçirilən “Lion Doors” adlı mağazaya baxış keçirilərkən X12 orada müştərilərə məhsullar barədə məlumat verdiyi, soyadı və ata adı barədə məlumat verməyən Şəbnəm adlı qadının isə təmizlik işləri gördüyü müəyyən edilmişdir. İş materiallarında olan Qaradağ rayon prokurorunun böyük köməkçisi Nurlan Rahmanov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o X3 adına olan mobil nömrələlə dəfələrlə əlaqə yaratmağa cəhd etsə də, bu mümkün olmamışdır. Belə ki, bir nömrəni istifadə edən şəxs X5 tanımadığını qeyd etmiş, digər nömrə sahibi isə adı və soyadını bildirməyərək X3 əmisi olduğunu və Fəxrəddinin telefon işlətmədiyini bildirmişdir. İş materiallarında olan xəbərnamələrin surətlərindən görünür ki, X14 Xidmətinin Abşeron-Xızı regional Şöbəsin tərəfindən X3 ünvanına bildirişlər göndərilmiş və bildirişləri müvafiq olaraq “Salahov” soyadlı şəxs, digərində isə “Salahova Firuzə” adlı şəxs qəbul etmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X8 fərdi sahibkar kimi qeydiyyatdan keçərək fəaliyyət göstərir (VÖEN: **********). Beləliklə də, məhkəmə araşdırması zamanı fərdi sahibkar X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X17 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi öz təsdiqini tapmışdır. Belə ki, X6 rayon prokurorluğunda verdiyi izahatlarda X8 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini öz izahatlarında bildirmişdir. Məhkəmə iclasında isə ziddiyətli izahatlar verərək gah Sərək Ticarət Mərkəzində başqa şəxslərin yanında iş öyrəndiyini, onu həmin yerə X3 yönləndirdiyini, gah da həmin mağazanın X4 məxsus olduğunu bildirmişdir. X8 isə birbaşa etiraf etməsə də dolayısı ilə X17 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini öz izahatı ilə təsdiq etmişdir. Belə ki, izahatında X17 işə cəlb etmədiyini, sonuncunun yalnız iş öyrənmək üçün onun yanına gəldiyini, bunun isə Sumqayıt şəhəri ərazisində olmasını, Sərək Ticarət Mərkəzində olan mağazanın ona aidiyyətinin olmamasını, yalnız X17 həmin yerə iş öyrənmək üçün yönləndirdiyini qeyd etmişdir. Göründüyü kimi işin halları kompleks şəkildə təhlil edildikdə, X3 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar