Məhkəmə qərarları › İş №3(060)-2840/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2840/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2840/2023 30.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X1 Sumqayıt Bələdiyyəsinin 17 aprel 2023-cü il tarixli Qərarından verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayətlə Sumqayıt Bələdiyyəsinin 17 aprel 2023-cü il tarixli Qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, X3 hazırki şikayəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qaydada inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət kimi vermişdir. Barəsində şikayət verilmiş Sumqayıt Bələdiyyəsinin 17 aprel 2023-cü il tarixli Qərarına diqqət yetirdikdə müəyyən edilir ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qaydada qəbul edilmiş hər hansı inzibati tənbeh tətbiq etmə barədə qərar deyil, həmin qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul edilmiş inzibati aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul edilmiş inzibati aktın isə məhkəmə qaydasında mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İnzibati məhkəmələrdə mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş hər hansı inzibati xətanı törətməyə görə, həmin Məcəlləyə uyğun olaraq barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmiş şəxs həmin qərardan rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. İndiki halda qəbul edilmiş qərar isə inzibati tənbeh tətbiq etmə barədə qərar deyil, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən qəbul edilmiş əlverişsiz inzibati aktdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə Sumqayıt Bələdiyyəsinin 17 aprel 2023-cü il tarixli Qərarının əlverişsiz inzibati akt olmasını, bu növ aktların isə məhkəmə qaydasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İnzibati Məhkəmələrdə mübahisələndirlə biləcəyini nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və şikayətçiyə qeyd edilən qərar ilə bağlı İnzibati Məhkəməyə müraciət etmə hüququnun olması izah edilməldir. İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Sumqayıt Bələdiyyəsinin 17 aprel 2023-cü il tarixli Qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sumqayıt Bələdiyyəsinin 17 aprel 2023-cü il tarixli Qərarı ilə bağlı aidiyyəti İnzibati Məhkəməyə müraciət etmə hüququnun olması X2 izah edilsin. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar