Məhkəmə qərarları › İş №3(060)-2843/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2843/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2843/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, X2 barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: X5 barəsində olan Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 17966400 saylı, 10 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərarından şikayət xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 17966400 saylı, 11 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayət tərib edilən zaman yalnışlığa yol verilmişdir. Belə ki, iş materiallarına Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 17966400 saylı, 10 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərarı əlavə edilsə də, X4 öz şikayətində başqa qərarın- 11 oktyabr 2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə hesab edir ki, X2 şikayəti zamanı qeyd olunan anlaşılmazlıq aradan qaldırılmadan işə baxılması mümkün deyildir. Bu inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, X2 şikayəti icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, yenidən şikayətlə məhkəməyə müraciət edərsə, şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Odur ki, qanunun qeyd olunan tələbini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən yanlışlığın aradan qaldırılması məqsədilə Əliabbas Hüseynovun xx.xx.2023-cü il tarixli şikayət ərizəsi geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: X2 barəsində olan Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 17966400 saylı, 10 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti icraata qəbul edilməsin, şikayət və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. X3 şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar