Məhkəmə qərarları › İş №3(060)-2844/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2844/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2844/2025 20.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71, mənzil 56 olan Şəxs (VÖEN:**********)barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi və məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi gəlməmiş və ya gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 18 noyabr 2025-ci il tarixdə məhkəmə iclasında verilmiş izahatında göstərmişdir ki, hər ayın 15-də vergi sənədlərini göndərirlər. Hüquqi şəxs Şəxs MMC 2018-ci ildən qeydiyyatdan keçsə də, hələ də müvafiq hesbtları təqdim etməmişdir. Şəxs MMC-yə 2-ci rüb üçün müvafiq kod parolu təqdim edilsə də, hesabatı təqdim etməmişdir. Bu səbəbdən də hesabatın təqdim edilmə tarixini ötürmüşlər. Bildirir ki, təqdim edilmə tarixi keçsə də, Şəxs MMC müvafiq hesabatı təqdim etməmişdir. Bundan sonra Şəxs MMC-nin rəhbəri X2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə məktub ünvanlamış, hesabatını mühasib dəyişikliyi səbəbindən verə bilmədiyini bildirmişdir. Bu səbəbdən də hesabatın qəbul edilməsini xahiş etmişdir. Şəxs MMC 2025-ci ilin iyun ayından Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində qeydiyyatdan keçmiş və müqavilə bağlamışlar. Göstərilənlərə əsasən Şəxs MMC-nin müvafiq qaydada cərimə edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs MMC 4-əmək (rüblük) rəsmi statistika hesabatının təqdim olunma vaxtı 18 oktyabr 2025-ci il ,12 xidmət (rüblük) hesabatının təqdim olunma vaxtı 20 oktyabr 2025ci il tarixi olduğu halda müəssisə 3-cü rüb üzrə hesabat təqdim etməmişdir. Bu fakt Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminin məlumatları, həmçinin şəxsən və ya poçtla təqdim edilməli olan hesabların verilməməsi ilə təsdiq edilir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 4-əmək (rüblük) rəsmi statistik hesabatının təqdim olunma vaxtı 18 oktyabr 2025-ci il, 12 xidmət(rüblük) hesabatının təqdim olunma vaxtı 20 oktyabr 2025-ci il tarixi olduğu halda müəssisə 3-cü rüb üzrə hesabat təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, müvafiq rəsmi statistika hesabatların vaxtında təqdim edilməməsi səbəbləri barədə təsdiqedici sənədi 30 oktyabr 2025-ci il tarixinədək təqdim etməsi məqsədilə Sumqayıt Şəhər Statistika İdarəsinə dəvət olunmuşdur. Sumqayıt şəhər Statistika İdarəsinə Şəxs MMC tərəfindən ünvanlanmış 30 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin rəhbəri X2 bildirmişdir ki, bu rüb hesabatını mühasib dəyişikliyi səbəbindən verə bilməmişlər. Bu səbəbdən də hesabatın qəbul edilməsini xahiş etmişdir. 17 noyabr 2025-ci il tarixli çıxarışa əsasən, Şəxs MMC 2025-ci il sentyabır ayı üzrə hesabat təqdim etməyən müəssisələrin siyahısındadır. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 17 dekabr 2013-cü il tarixli, 140/14 saylı qərarı ilə təsdiq edilmiş “Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında” 12-istehsal (sənaye) №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişinə əsasən sənaye müəssisələri - hüquqi şəxslər, onların filial və nümayəndəlikləri tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir:- iri, orta və kiçik sahibkarlıq subyektləri olan hüquqi şəxslər aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş günü saat 13.00-dək; - mikro sahibkarlıq subyektləri olan hüquqi şəxslər rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 5-ci iş günü saat 13.00-dək. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25 fevral 2014-cü il tarixli, 14/06 saylı qərarı ilə təsdiq edilmiş “Əmək üzrə” 1-əmək №-li illik rəsmi statistika hesabatı formasında göstərilmişdir ki, illik hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyrihökumət təşkilatları və digər qeyrikommersiya təşkilatları tərəfindən martın 15-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim edilir. Həmin Qərarla təsdiq edilmiş “Əmək üzrə” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı formasında göstərilmişdir ki, hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyrikommersiya təşkilatları tərəfindən yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim edilir: - kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək; - mikro sahibkarlıq subyektləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs MMC fəaliyyyətinə uyğun müvafiq statistik hesabaları normativ sənədlərlə müəyyən edilmiş müddətlərdə yerləşdiyi rayonun (şəhərin) statistika orqanına, yəni Sumqayıt Şəhər Statistika İdarəsinə və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim etməli olduğu halda statistik məlumatları təqdim etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə məsuliyyəti istisna edən və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bairbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar