Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2845/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X2, Məhkəmə iclas katibi:X3, Protokol tərtib etmiş şəxs: Sumqayıt şəhər Statistika İdarəsinin aparıcı məsləhətçisi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Sumqayıt şəhər Statistika İdarəsinin inzibati xəta haqqında 31 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Sumqayıt şəhər Statistika İdarəsi tərəfindən ünvan 1 ünvanında olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 389-cu maddəsinə əsasən 31 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, 4-əmək (rüblük) rəsmi statistik hesabatının təqdim edilmə vaxtı xx.xx.2025-ci il tarixi olduğu halda hüquqi şəxs 3-cü rüb üzrə hesabatı təqdim etməmişdir. Hüquqi şəxs Şəxs MMC-nin barəsində başlanılmış İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə materialları baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X4 protokolu müdafiə edərək hüquqi şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq olunmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin: - 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İş materiallarında olan Sumqayıt şəhər Statistika İdarəsindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, “Rəsmi statistika haqqında" Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən ölkə ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Nəzərinizə çatdırırıq ki, 4 əmək (rüblük) rəsmi statistik hesabatını təqdim olunma vaxtı 18 oktyabr 2025-ci il tarixi olduğu halda "xxxx" MMC hesabatı vaxtında təqdim etməmişdir. Xahiş olunur qeyd olunanları nəzərə alaraq, müvafiq rəsmi hesabatın vaxtında təqdim edilməməsi səbəbləri barədə təsdiqedici sənədi xx.xx.2025-ci il tarixinədək Sumqayıt Şəhər Statistika İdarəsinə təqdim edəsiniz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 389-cu maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun: - 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25 fevral 2014-cü il 15/06 №li qərarı ilə təsdiq edilmiş 4-əmək №-li formaya uyğun olaraq bütün müəssisələr – hüquqi şəxslər və (və ya) onların filial və nümayəndəlikləri hesabatı yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim etməlidir: - kiçik sahibkarlıq subyekti olmayanlar aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 15-dək; -kiçik sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 18-dək. Azərbaycan Respublikasında statistik məlumatların verilməsi qaydaları haqqında Əsasnamənin 9-cu bəndinə əsasən statistik məlumatı imzalayan rəhbər və digər vəzifəli şəxslər, habelə fiziki şəxslər statistika müşahidələrinin, habelə uçot vahidlərinin dövlət reyestrinin aparılması üçün zəruri olan məlumatları təqdim etməməyə görə, yaxud vaxtında təqdim etməməyə və ya həmin məlumatları təhrif etməyə görə qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məsuliyyət daşıyırlar. Hər hansı bir şəxsin məsuliyyətinin müəyyən edilməsindən ötrü ilk öncə onun təqsirli hərəkəti ilə ictimai münasibətləri pozması zəruri şərtdir. Şəxs MMC hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Bu isə onun bir sıra hüquqları ilə yanaşı, həmin hüquqların realizə edilməsi zamanı bir sıra vəzifələrini yaradır. Şəxs MMC tərəfindən fəaliyyəti üzrə statistik hesabat vermək vəzifəsi olmasına baxmayaraq, qeyd olunan hesabatı verməmişdir. Həmin müraciət olmadan hüquqi şəxsin hüquq pozuntusunu davam etdirməsi hərəkət (hərəkətsizlik) formasında davam edəcəkdir ki, bu da əməldə inzibati xəta tərkibinin olması qənaətini qaçılmaz edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən statistik hesabatı Dövlət Statistika Komitəsinə təqdim etməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 389-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin: - 389-cu maddəsinə əsasən Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 18.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. - 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin: - 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını birgə təhlil edərək məhkəmə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2845/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2845/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver