Məhkəmə qərarları › İş №3(060)-2848/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2848/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2848/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.2005-ci ildə ünvan 2qayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2qayıt şəhəri, H.Zeynalabdin qəs, C.Cabbarlı küç, ev 9a, mənzil 14-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində ünvan 2qayıt ŞPİ DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, 13 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində sürücü Şəxs idarə etdiyi “Toyota Land-Cruiser-Prado Minik” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 70-80 km saat sürətlə Bakı- Quba yolunun 32-ci km-də ünvan 2qayıt şəhəri istiqmətində hərəkətdə olan zaman mobil telefonuna zəng gəldiyindən başı qarışmış, idarəetməni itirib yolun sağ kənarına avtomaşını aşırtmışdır. Hadisə zamanı özü də daxil olmaqla, sərnişinlər X2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. ünvan 2qayıt ŞPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün ünvan 2qayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq protokolu tərtib etmiş orqanın nümayəndəsi Niyaməddin Həsənov məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatından görünür ki, o tələbədir, qiyabi təhsil alır. Belə ki, hadisə xx.xx.2024-cü il tarixdə axşam saatlarında ünvan 2qayıt şəhəri Nasosnu deyilən ərazidə, PB-nin yaxınlığında baş vermişdir. Həmin vaxt onun mobil telefonuna zəng gəlmiş o, idarəetməni itirmişdir. Avtomobili sağa-sola çəkmiş hərəkətini düzəltməyə çalışmış, lakin mümkün olmamışdır. Qeyd edir ki, avtomobil heç bir maneəyə çırpılmamış, yolun kənarına aşmışdır. Ümumilikdə hadisə vaxtı avtomobildə 5 nəfər olmuşlar. Zərəçəkmiş şəxslər onun dostları olmuşlar. Avtomobil atasına məxsus olmuş, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Özü xəsarət almamış, avtomobildə sərnişin kimi əyləşən zərərçəkmişlər yüngül dərəcəli bədən xəsarətləri almışlar. Əməlindən peşmandır, iş üzrə özünü təqsirli bilir. Məhkəmədən cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahatından görünür ki, Şəxs mobil telefonuna zəng gəlmiş, sonuncu bundan sonra idarəetməni itirmiş və sözügedən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində alnından və ayağından yüngül bədən xəsarətləri almışdır. Onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs dostudur, ondan şikayətçi deyil, barışmışlar. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatından görünür ki, Şəxs dostudur, hadisədən əvvəl Rinata zəng gəlmiş və həmin zəngdən sonra sonuncu idarəetməni itirərək avtomobil aşırmışdır. Bel nahiyəsindən dərisi soyulmaqla yüngül dərəcəli bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs şikayətçi deyil, barışmışlar. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 izahatlarına oxşar izahat vermişdir. Qeyd edir ki, yol-nəqliyyat hadisəsi baş verərkən avtəmobilin arxa hissəsində əyləşmişdir. Hadisə nəticəsində çanağın əzilməsinə səbəb olan yüngül bədən xəsarəti almışdır. Şəxs şikayətçi deyil, barışmışlar. İş materiallarında olan və məhkəmə icasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən material üzrə cinayətin tərkibinin əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti ünvan 2qayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərarda zərərçəkmiş şəxs qismində izahatı alınmış X1 bildirmişdir ki, Rinat dostudur. O, X6 Prado markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18:00 radələrində o, və dostları Rinatın idarə etdiyi avtomobillə Bakı-Quba yolunun 32-ci km-də üzü ünvan 2qayıt şəhəri istiqamətində hərəkətdə olarkən Rinat idarətetməni itirmiş və avtomobili yolun sağ kənarına aşırtmışdır. Hadisədə özü də daxil olmaqla dostları xəsarət almışlar. “MTE və PA Birliyi” X5 ünvan 2qayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1639 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs3 bədəni sağ aşıq baldır oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların əziyi, sağ təpə nahiyyəsinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin sıyrıqları xəsarəti vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törətnmişdir, törənmə müddəti zərəçəkmisin ünvan 2qayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-sı zamanı əmələ gələ bilər və dərəcəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. “MTE və PA Birliyi” X5 ünvan 2qayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1640 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində diz oynağının şişkinlik və ağrl hesabına hərəkət məhduluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, yarası, sağ çanağın yumşaq toxumalarının şişkinlik fonunda əziyi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərəçəkmisin ünvan 2qayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. “MTE və PA Birliyi” X5 ünvan 2qayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1649 saylı ekspert rəyinə əsasən Teymur Allahverdiyevin bədəni üzərində ənsə nahiyy əsinin əzilmiş yarası, döş qəfəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törətnmişdir. törənmə müddəti zərəçək misin ünvan 2qayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. “MTE və PA Birliyi” X5 ünvan 2qayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 1828 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində nahiyyəsinin sol hissəsinin geniş ölçülü sıyrığı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törətnmişdir, törənmə müddəti zərəçəkmisin ünvan 2qayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 4069 nömrəli aktdan görünür ki, müayinə zamanı sürücü Şəxs spirtli içki qəbul etməsi faktı aşkar edilməmişdir. Məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi barəsində protokol tərtib edilmiş şəxsin, zərəçəkmiş şəxslərin və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərin heç bir şikayət və tələblərinin olmamasını, tələbə olmasını, əməlindən səmimi peşman olmasını Şəxs məsuliyyətini yüngüləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş ünvan 2qayıt ŞPİ DYPŞ-nin polis kapitanı Niyaməddin Həsənovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hər hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində ünvan 2qayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa ünvan 2qayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar