Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-285/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X1 iştirakı ilə, Sumqayıt şəhər polis idrarəsi X6 şöbəsinin yol patrul xidmətinin inzibati xəta haqqında 14.01.2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X3 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər polis idrarəsi X6 şöbəsinin yol patrul xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfinfən qəbul edilmiş 14.01.2021-ci il tarixli TP ******* №li qərarının ləğv olunmasını xahiş etmişdir. X3 ərisəsində göstərmişdir ki, 14.01.2021-ci il tarixində saat 14:50-də Sumqayıt, şəhər Mikrorayon 6, 5a, 6a, 7, 8, GPS: 40.58203,49.6877763 belə ki, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Törədilmiş xətaya görə barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Belə ki, 14.01.2021-ci tarixində o, Binədə yerləşən 17 saylı təcridxanada oğlu ilə görüşə getmişdir. Həmin vaxtda o, icazə almışdır. Qayıdan vaxta ikincili icazənin alınmasından xəbərsiz idi. Sıxlıq olduğuna görə cəmi 5 dəqiqə gecikmişdir. Buna görə də ona protokol tərtib olundu. Onu da məhkəmənin nəzərinə çatdırımaq istəmişdir ki, mübahisə olunan qərarı 15.01.2021-ci il tarixdə rəsmi surətdə almış, yəni qərardan şikayət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. İnzibati xəta haqqında qərardan ərizə (şikayət) Sumqayıt şəhər Məhkəməsinə 19.01.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 04 fevral 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər polis idarəsi X6 şöbəsi məhkəməyə gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən X3 ərizəsini müdafiə edərək, ərizəyə uyğun izahat verib məhkəmədən ərizəsinin (şikayətinin) təmin olunmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X3 barəsində 14.01.2021-ci il tarixdə saat 14:50-də TP ******* saylı qərar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 törətdiyi inzbati xəta saat 14:50-də aşkar edilmiş, onun sms icazəsi isə 05 dəqiqədən sonra təsdiq olunmuşdur. Göründüyü kimi , X3 barəsində inzibati xəta haqqında protokol (qərar) qəbul ediləndən 05 dəqiqə sonra müvafiq icazə almışdır. Halbuki müafiq qanunvericiliyin tələblərinə əsasən o icazəni aldıqdan sonra yaşayış yerini tərk edə bilərdi. Məhkəmənin gəldiyi nəticə iş materiallarındakı sənədlərlə təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər polis idarəsi X6 şöbəsinin inzibati xəta haqqında 14.01.2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər polis idrarəsi X6 şöbəsinin inzibati xəta haqqında 14.01.2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idrarəsi X6 şöbəsinin inzibati xəta haqqında 14.01.2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin olunmasın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-285/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-285/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver