Məhkəmə qərarları › İş №3(060)-2855/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2855/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2855/2022 17.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 YPX inspektoru, polis baş serjantı Abdullayev Xəyal tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli, AP seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:10 radələrində Sülh küçəsində təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı narkotik sərxoşluğu olduğu aşkarlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Sülh küçəsində təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, YPX əməkdaşları ondan şübhələndikləri üçün Sumqayıt şəhər RND-nə aparılmış, müayinə zamanı sidiyində marixuana istifadə etdiyi aşkarlanmışdır. Aylar öncə marixuana çəkdiyini, özünü idarə etdiyini və polis əməkdaşlarına tabesizlik göstərmədiyini bildirdi. Müayinə aktı ilə razı deyildir, yenidən analiz götürülməsini bildirərək barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 nümayəndəsi müvafiq olaraq gəlmədiyindən və nümayəndənin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə oların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 5367 №-li, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Akta görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il, saat 10:20-də) marixuana qəbul faktı aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 5367 №-li, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməsi daha məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar