Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2856/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP6674667 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. 05 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin inspektoru X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində “Mersedes Bens S 55 markalı **-LA-*** dövlət qeydiyyat nişanlı və Daevo Gentra markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilləri iştirakı ilə baş vermiş yol-nqəliyyat hadisəsi üzrə ilkin olaraq təhqiqat araşdırması aparılmış, araşdırmanın yekununda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və həmin qərar hər iki sürücünün barəsin inzibati qaydada tədbir görülməsi üçün DYPŞ-nə göndərilmişdir. Qeyd edilən materiallar üzrə tərəfindən hər iki sürücü barədə İXM-in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, “Mercedes” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil texniki şəhadətnamə əsasında ona məxsusdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində idarə etdiyi avtomobil ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə saatda 60 km sürətlə hərəkətdə olan zaman qarşıda “Daevoo” markalı avtomobilin hərəkətini görmüşdür. O sükanı sola meyilləndirib ötmə əməliyyatına başlayan zaman “Daevoo” markalı avtomobil geriyə dönmə əməliyyatına başlamaq istəyərkən onun manevrini 2-3 metr məsafədən gördükdə aralarında məsafə az olduğundan həmin avtomobilin arxa sol hissəsinə avtomobilinin qabaq sol hissəsi ilə çırpılmışdır. Nəticədə Daevoo markalı avtomobil zərbənin təsirindən yolun sağ kənarına ağaclıq olan hissəyə çırpılmış və avtomobili isə toqquşma yerindən yolun sol kənarına təxminən 8-10 metr irəlidə ağaclıq hissəyə çırpılıb dayanmışdır. O “Daevoo” markalı avtomobili ötməyə başladığı anda arxa sol hissəsindən vurmuşdur. O ötmədə olarkən sola dönmə işıq siqnalını yandırmışdır. “Daevoo” markalı avtomobil isə geriyə dönmək üçün işıq siqnalını vurmamışdır. Hadisədən sonra ora polis əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə aparılmışdır. Daevoo markalı avtomobildə xəsarət alanlar olduğundan Sumqayıt şəhər TTYX-na aparılmışlar. Hadisə zamanı spirtli içki təsiri altında olmamışdır. O ötməyə başlamaq istəsədə ötmədə avtomobilinin hərəkəti başladığı andan sonra irəliləməmişdir. Göstərilənləri, heç baş vermiş yol-nəqliyyat hadisəsində heç bir təqsirinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, “Daevoo” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobil ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə üzü Sumqayıt şəhəri istiqamətində saatda 40 km sürətlə hərəkətdə olan zaman geriyə dönmək istəmiş, qarşıdan gələn avtomobilləri gözləməklə geri dönmək üçün qarşı hərəkət zolağına çıxmış, bu zaman arxadan hərəkətdə olan Mercedes markalı avtomobil yüksək sürətlə onun avtomobilinin arxa sol hissəsəni çırpılmışdır. Zərbənin təsirindən avtomobili yolun sol kənarında ağaclıq olan hissədə dayanmış onun avtomobilidə yolun sol kənarına meyillənib dayanmışdır. Həmin avtomobilin arxadan gəldiyini görmüş, lakin o anidən onun geri döndüyü istiqamətdən ötməyə sürətlə başladığından onun avtomobilinin sol arxa hissəsindən vurmuşdur. Hadisədən sonra ora polis əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə aparılmışdır. Hadisə zamanı o və avtomobilində sərnişin qismində əyləşmiş tanışı Natavan hər ikisi xəsarət aldıqlarından Sumqayıt şəhər TTYX-na müraciət etmişlər. Hadisə zamanı spirtli içki təsiri altında olmamışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 təhqiqat zamanı verdiyi izahatı ilə məhkəmə iclasında verdiyi izahatı arasında qismən ziddiyyət yarandığı üçün izahatların ziddiyyətli hissələri elan edilməklə tədqiq edildi. Müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 təhqiqat zamanı izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində idarə etdiyi avtomobil ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə üzü Sumqayıt şəhəri istiqamətində saatda 40 km sürətlə hərəkətdə olan zaman arxadan hərəkətdə olan Mercedes markalı avtomobil yüksək sürətlə onun avtomobilinin arxa sol hissəsəni çırpılmışdır. Zərbənin təsirindən avtomobili yolun sol kənarında ağaclıq olan hissədə dayanmış onun avtomobilidə yolun sol kənarına meyillənib dayanmışdır. Həmin avtomobilin arxadan gəldiyini görmüş, lakin o anidən onunla eyni istiqamətdən ötməyə sürətlə başladığından ötməni başa çatdırmayıb avtomobilinin sol arxa hissəsindən vurmuşdur. O hərəkətdə olduğu vaxt geriyə dönmə əməliyyatı həyata keçirməmişdir. O, S.Vurğun küçəsi ilə üzü Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisinə hərəkətdə olmuşdur. 05 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qonşusudur. Onun “Daevoo” markalı avtomobili var. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Rövşəndən xahiş edərək onu Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisinə aparmasını istəmişdir. Rövşən isə onu yaşadığı ünvandan götürmüş və onlar avtomobildə olarkən Rövşən saatda 40 km sürətlə S.Vurğun küçəsindən üzü 26-cı məhəllə istiqamətində hərəkətdə olarkən arxadan hərəkətdə olan “Mercedes” markalı avtomobil anidən onların avtomobilin arxa sol qanadından vurmuşdur və Rövşən idarəetməni itirib yolun sol kənarında ağaclıq hissəyə çırpılmışdır. Hadisədən sonra o xəsarət aldığından Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP6674667 nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Mersedes Bens S 55” markalı **-LA- *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 20:00-da idarə edərkən yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs1 və X1 yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücülər Şəxs və Zərərçəkmiş şəxs1 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, eyni zamanda onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin X11 Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 29 iyun 2024-cü il taixli 1066 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-bel nahiyyəsinin geniş ölçülü qançırı, sol gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törətnmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 29 iyun 2024-cü il taixli 1065 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər-sol gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası, qarın nahiyyəsinin sol yarısının geniş ölçülü qançırı, bel-oma nahiyyəsinin və sağ bazunun qançırları qeyd olunan xəsarətlər küt əşya təsirindən törətnmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 11 oktyabr 2024-cü il tarixli 8/1996-4/1616 saylı ekspert rəyindən görünür ki, İ variant: “Daevo Gentra” markalı avtomobilin sola doğru dönmə əməliyyatı apararkən aradan onunla eyni istiqamətdə ötmədə olan “Mersedes Bens S 55” markalı avtomobillə toqquşma şəraitində “Daevo Gentra” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mersedes Bens S 55” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olaraq hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzüm yoxdur. İİ variant: “Daevo Gentra” markalı avtomobil düzünə hərəkətdə olarkən arxadan gələn “Mersedes Bens S 55” markalı avtomobil onunla toqquşma şəraitində “Daevo Gentra” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hadisənin qarşısının alınması ilə əlaqədar olaraq hərəkətlərini texniki bilik tələb etmir. “Mersedes Bens S 55” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqinda” Azərbaycan Respublikasının qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında baxış keçirilmiş video görüntülərdən görünür ki, görüntülər uzaqdan çəkilmiş, görüntülərdə yol nəqliyyat hadisəsinin baş verdiyi görünsə də, yol nəqliyyat hadisəsinin necə və konkert hansı şəraitdə olması görünmür. Göründüyü kimi yol-nəqliyyat hadisələri ekspertizasının rəyində hadisənin birinci variant üzrə qeyd edilən şəraitdə, yəni “Daevo Gentra” markalı avtomobilin sola doğru dönmə əməliyyatı apararkən aradan onunla eyni istiqamətdə ötmədə olan “Mersedes Bens S 55” markalı avtomobillə toqquşması şəraitində “Daevo Gentra” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı da yol-nqəliyyat hadisəsinin “Daevo Gentra” markalı avtomobilin sola doğru dönmə əməliyyatı apararkən aradan onunla eyni istiqamətdə ötmədə olan “Mersedes Bens S 55” markalı avtomobillə toqquşması şəraitində baş verməsi öz təsdiqini tapmışdır. Beləliklə müəyyən edilmişdir ki, 24 iyun 2024-cü il tarixdə saat 20 radələrində Şəxs idarə etdiyi “Mercedes” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə S.Vurğun küçəsi ilə üzü Sumqayıt şəhəri istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olmuş, “Sərin Göl” restoranının qarşısında qeyd edilən sürətlə qarşı-qarşıya nəqliyyat axınını ayıran qırıq-qırıq xətdən qeyd edilən sürətlə hərəkətini davam etdirən zaman qarşısında “Daevoo” markalı avtomobilin hərəkətini görürmüş o, ötməyə başlamaq istəyərkən sola işıq siqnalını yandırıb sükanı sola meyilləndirdikdə qarşısında hərəkətdə olan “Daevoo” markalı avtomobilin geriyə dönmə əməliyyatını təxminən 2-3 metr məsafədən görmüş və aralarında məsafə az olduğundan hadisədən yayına bilməyib avtomobilinin qabaq sol hissəsi ilə “Daevoo” markalı avtomobilin arxa sol qanadına çırpılmışdır. O, ötməyə başlamaq istəsədə ötmədə avtomobilinin hərəkətə başladığı andan sonra irəliləməmişdir. Toqquşma qarşı hərəkət zolağında yolun sağ kənarından mərkəzə doğru 4,90 metr məsafədə baş vermişdir. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2856/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2856/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver