Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2857/2021 29.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5, İcra sənədi üzrə tələbkar X1, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 iştirakları ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiyası, Kızıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən 24.08.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN 0464171, MN ******* və MN ******* saylı protokollar tərtib olunmuşdur. Protokollardan görünür ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2670 saylı, 07.11.2019-cu il tarixli icra sənədinə əsasən 1960,80 manat borcu, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269 saylı, 13.12.2019-cu il tarixli icra sənədinə əsasən 2295 manat borcu və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-123 saylı, 19.01.2017-ci il tarixli icra sənədinə əsasən 708 manat borcu üzrsüz səbəbdən ödəmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 məhkəməyə bildirdi ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2670 saylı, 07.11.2019-cu il tarixli icra sənədinə əsasən 1960,80 manat borcu, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269 saylı, 13.12.2019-cu il tarixli icra sənədinə əsasən 2295 manat borcu və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-123 saylı, 19.01.2017-ci il tarixli icra sənədinə əsasən 708 manat borcu üzrsüz səbəbdən ödəmir. Ona görə də, qanunauyğun qərar qəbul edilməsini xahiş edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2670 saylı, 07.11.2019-cu il tarixli icra sənədinə əsasən 1960,80 manat borcun, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269 saylı, 13.12.2019-cu il tarixli icra sənədinə əsasən 2295 manat borcun və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-123 saylı, 19.01.2017-ci il tarixli icra sənədinə əsasən 708 manat borcun ondan tutularaq tələbkarlara ödənilməsi qət edilmişdir. İİ Qarabağ müharibəsində Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etməsi, “COVİD-19” virusuna yoluxması və uzun müddət işləməməsi səbəbindən ödəniş edə bilməmişdir. Amma sentyabr ayında 500 manat ödəniş etmişdir. Qeyri-rəsmi olaraq yeni işə girmiş və hər ay 300-400 manat ödəniş etməyə çalışacaqdır. Hal-hazırda ailəlidir, 2 azyaşlı uşağı var və yaxın vaxtlarda da yeni övladı dünyaya gələcəkdir. Bunların nəzərə alınmasını və inzibati xəta haqqında icraata xitam evrilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 bildirdi ki, Şəxs borcun ödənilməsinə çalışır, onun hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. İcra sənədi üzrə tələbkar X11 qızı məhkəmə iclasında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2670 saylı, 07.11.2019-cu il tarixli icra sənədinə əsasən 1960,80 manat borcun, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269 saylı, 13.12.2019-cu il tarixli icra sənədinə əsasən 2295 manat borcun və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-123 saylı, 19.01.2017-ci il tarixli icra sənədinə əsasən 708 manat borcun Şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Maddi vəziyyəti çox ağırdır, uşağa baxmaqda çətinlik yaşayır, uşaq həmçinin xəstə olduğu üçün onun müalicə xərclərini də ödəyə bilmir. Şəxs bir ata kimi uşağı ilə maraqlanmayaraq ona qayğı göstərmir. Borcun tam ödənilməsini və əks halda ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2670 saylı, 07.11.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1960,80 manat dəyəri olan qızıl-zinət əşyaları alınaraq iddiaçı X3 verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269 saylı, 13.12.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 25.01.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçü hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-123 saylı, 19.01.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 25.01.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçü hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ağayeva (Babayeva) Xəyalə Hacıbala qızına ödənilməlidir. İş materiallarında olan axtarış qərarına əsasən borclu Şəxs barəsində müxtəli vaxtlarda axtarış tədbirləri həyata keçirilmişdir. İş materiallarında olan 06.10.2020-ci il tarixli arayışa əsasən Şəxs qismən səfərbərliyə cəlb olunmuş və döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarından görünür ki, Şəxs öhdəliklərini yerinə yetirmək üçün ayrı-ayrı vaxtlarda icra məmuru tərəfindən yazılı xəbərdar olunaraq möhlət verilsə də, nəticə olmamışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən öhdəliklərin icra olunmaması üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədlərindən məlumatı olsa da, ödəniş etməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Beləliklə, məhkəmə iclasında Şəxs inzibati xəta haqqında 24.08.2021-ci il tarixli MN 0464171, MN ******* və MN ******* saylı protokollarda göstərilən inzibati xətaları törətməsi tam sübuta yetirildi və həmin protokollarda göstərilən inzibati xətaları törətməkdə təqsirli bilinərək tənbeh edilməlidir. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs döyüş əməliyyatlarında iştirak etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs inzibati xəta haqqında 24.08.2021-ci il tarixli, MN 0464171, MN ******* və MN ******* saylı protokollarda göstərilən inzibati xətaları törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2857/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2857/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver