Məhkəmə qərarları › İş №3(060)-2859/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2859/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2859/2025 12.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Məmmədov Asif Ağalar oğlunun iştirakı ilə Baş X10 Polis X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7565148 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Məmmədov Asif Ağalar oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 Ağalar oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Baş X10 Polis X1nun xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Yol X3 tələblərini pozaraq barəmdə AR. İXM-nin 327.1 -ci maddəsinə əsasən İXP ******* nömrədə qanunsuz olaraq tərtib etdiyi protokol əsasında 40 (qırx) manat miqdarında cərimə olunmağı barədə, TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarın və protokolun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Ağdam rayonunun Çəmənli kəndindən yas mərasimindən ailəsi ilə birlikdə Bakı şəhəri istiqamətində ** MM *** dövlət nömrə nişanlı şəxsi avtomobili ilə hərəkətdə olan zaman Yevlax, Ağdam, Laçın yolunun 17-ci km Bərdə şəhərinin girişində yerləşən X10 postunda polisin saxla işarəsinə əsasən avtomobili dayandırmışdır. Ona yaxınlaşan polis kapitanı avtomobilindən düşməyini tələb etmiş o, polisin dediklərinə əməl etmişdir. Onu polis postuna aparıb orada 2-nəfərdə polis serjantı vardı, nə səbəbə saxlandığını soruşduqda bildirdilər ki, kəndin ərazisində yol nişanının tələbini pozaraq qayda pozuntusu törətdiyini bildirərək protokol tərtib edəcəyini demiş və hələlik protokol tərtib olunmuyub, o yol vermiş inzibati xətanı necə müəyyən etdiyini bildirmiş, postda olan adını bilmədiyi yaxası başı açıq olan polis serjantı “yəqin belə yalanlar çox danışmışam” demişdir. O, polis əməkdaşlarından Yol X3 eləcədə Polis haqqında qanunun və DİO-larının əməkdaşlarının Etik Davranış kodeksinin tələblərinə riayət etmələrini xahiş etmişdir. Baş X10 Polis X1 barəsində AR. İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrədə qanunsuz olaraq protokol tərtib etmişdir. Tərtib etdiyi protokol əsasında xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli qərar qəbul edərək onu 40 (qırx) manat miqdarında cərimə etmişdir. Polis kapitanı Elnar Quliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərini pozaraq qəbul etdiyi qərarı 20 gün keçməsinə baxmayaraq ona göndərməmişdir. Bu səbəbdən Məhkəməyə müraciət etmək imkanı olmamışdır. Elnar Quliyevin qanunsuz hərəkətlərindən və (hərəkətsizliyindən) dəfələrlə DİNnin “102” zəng xidmətinə və Baş Dövlət Yol Polis İdarəsinin rəisinə ərizə ilə müraciət etsədə müraciətlərinə rəsmi cavab almadığı üçün Məhkəməyə vaxtında müraciət edə bilməmişdir. Belə olan halda Baş X10 Polis X1 Azərbaycan Respublikasının Yol X3 37.1 -ci maddəsinin 3cü hissəsində nəzərdə tutulmuş 83-cü maddənin 2-ci bəndində 85.2-ci maddənin tələblərini pozaraq barəsində AR. İXM-nin 327.1-ci maddəsinə əsasən İXP ******* nömrədə qanunsuz olara tərtib etdiyi protokol əsasında xx.xx.2025-ci il tarixli TP ******* nömrədə 40 (qırx) manat miqdarında cərimə edilməyi barədə qəbul etdiyi qərar və protokol ləğv olunmalıdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Məmmədov Asif Ağalar oğlu şikayət ərizəsini müdafiə edərək eyni məzmunlu izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası Baş X12 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası Baş X12 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Məmmədov Asif Ağalar oğlu barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan (yol nişanlarının tələblərinə riayət edilməməsi) inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti” haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Azərbaycan Respublikası Baş X12 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasına çağrılsa da, Respublikası Baş X12 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Məmmədov Asif Ağalar oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7565148 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş X12 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məmmədov Asif Ağalar oğlunun şikayəti qismən təmin edilsin. Baş X10 Polis X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7565148 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Baş X10 Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar