Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-286/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə X2 Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi polis leytenantı X3 xx.xx.2021-ci il tarixli, MN0839088 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə xx xxxxxx 2021-ci ildə X2 Sumqayıt şəhər Pİ-nin 3cü Polis Bölməsinin sahə rəisi polis leytenantı X6 xx.xx.2021-ci il tarixli, MN0839088 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X1 şəhər Pİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi polis leytenantı X3 xx.xx.2021-ci il tarixli, MN0839088 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi polis leytenantı Bəxtiyar Əliyev onun barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərara görə o, 200 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi polis leytenantı Bəxtiyar Əliyev ona bildirmişdir ki, guya o İXM-nin 211.1-ci maddəsinin tələbini pozmuşdur. Qeyd etmişdir ki, o ona istinad olunan inzibati xətanı törətməmişdir. İXM-nin 211-ci maddəsinin tələbini pozmamışdır. Belə ki, onun icazəsi olmuşdur. Bunu təsdiq edən sübutu da vardır. Ona görə də qərarla razı deyildir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında X5 şikayətin təmin edilməsini və barəsində olan inzibati xəta haqqında qərarın ləğv edilməsini, sübut olan portaldan çıxarışı gətirmək üçün iclasın təxirə salınmasını xahiş etdi. xx.xx.2021-ci il tarixdə isə X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinin nümayəndəsi də gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə baxılması ilə bağlı X2 “icazə.e-gov.az” portalında icazəsinin olubolmaması ilə bağlı Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nə müraciət olunmuş və məhkəməyə “icazə.e-gov.az” portalından çıxarış təqdim edilmişdir. Təqdim edilmiş çıxarışdan görünür ki, X2 həmin portalda xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icazəsi olmuşdur. Ancaq onun icazəsi “icazə.e-gov.az” portalına saat 16:24-də daxil edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxt onun icazəsi olmamışdır. Sumqayıt ŞPİ 3-cü PB-nin sahə rəisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə, saat 16:15-də Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində hərəkətdə olan zaman sms icazəsi olmadığına görə barəsində protokol tərtib edilmişdir. Məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, X2 “icazə.e-gov.az” portalında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icazəsi olmuşdur. Ancaq onun icazəsi “icazə.e-gov.az” portalına saat 16:24-də (inzibati xəta haqqında protokol tərtib edildikdən sonra) daxil edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxt, yəni xx.xx.2021ci ildə, saat 16:15-də onun icazəsi olmamış, karantin rejimini pozduğu müəyyən edilmiş və düzgün olaraq barəsində protokol tərtib edilərək inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxxx 2020-ci il tarixli Qərarının 1-ci hissəsindən görünür ki, xx xxxxxx 2020-ci il saat 00:00-dan xx xxxxxx 2021-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. Həmin Qərarda hərəkət məhdudiyyətinin tətbiqi qaydaları müəyyən edilmiş ve icazə verilməsi hallari göstərilmişdir. Həmin Qərarın 1.12-ci bəndində göstərilmişdir ki, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Beləliklə, X2 şitkayəti əsassız olduğundan rədd edilməlidir. Onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt şəhər Pİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi polis leytenantı X3 xx.xx.2021-ci il tarixli, MN0839088 saylı qərarı dəyişdirilmədən saxlanılsın.. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-286/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-286/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver