Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-286/2024 24.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1949-cu ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və Abşeron rayonu, Saray qəsəbəsi, Saray MTK-da yerləşən mənzildə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X1 Şirin Rövşən qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 24 yanvar 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X9 izahatında bildirmişdir ki, vətəndaş X10 daxili işlər orqanlarına müraciət edərək yaşadığı ünvan 1 ünvanında Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin və şahidin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. X10 izahatında döyüldüyünü bildirsə də, Şəxs Aytən Namazovanı döymədiyini bildirmişdir. İş üzrə şahid ifadəsi və ekspert rəyi ilə də Şəxs Aytən Namazovanı döyməsi öz təsdiqini tapmışdır. Buna görə də iş üzrə cinayət işnin başlanması rədd edilsə də, həmin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Tərəfindən Şəxs barəsində hər iki maddə ilə ayrılıqda protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ünvan 1 ona məxsusdur. Həmin mənzili X2 vermişdir. xx.xx.2023-cü il tarixdə qonşular zəng vuraraq Aytənin evə su axıtmasını bildirmişdir. Ona görə həmin ünvana gəlmiş, ünvana gəldikdə Aytənin evi natəmiz saxlamasını, evdə it və pişik olmasını görmüş, buna görə də ona öz iradlarını bildirmişdir. Bundan sonra Aytən onun üzərinə bıçaq çəkmiş, həmçinin onu təhqir etmişdir. Evdən çıxıb gedərkən isə Aytən onun arxasınca çıxmış və baş örtüyünü götürüb yerə atmışdır. Buna görə geri çönüb Aytənin saçından tutaraq onu itələmişdir. Lakin, əlavə hər hansı zərbə vurmamışdır. Daha sonra isə oradan uzaqlaşmışdır. Aytənin onun barəsində etdiyi şikayət və verdiyi izahat həqiqəti əks etdirmir. Hadisə zamanı evdə əvvəllər adını Orxan kimi bildiyi, indi isə Kənan Abdullayev olmasını öyrəndiyi şəxs də olmuşdur. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən X10 izhatında bildirmişdir ki, ünvan 1-də kirayə qalır, həmin mənzil Şəxs məxsusdur. xx.xx.2023-cü il tarixdə evin krantında sızma olduğu üçün onu düzəltmək qərarına gəlmişdir. Həmin gün təmir üçün tanışı Kənanı çağırmışdır. Kənan orada olan vaxt Şəxs onun icazəsi olmadan evə daxil olmuş, ev ilə bağlı ona əsasssız iradlar bildirmiş, evdə saxladığı pişiklərini atmaq istəmiş, onu və qohumlarını təhqir etmişdir. Həmçinin otaqda onun çantasını yerə ataraq boğazından tutaraq sıxmış, saçını yolmuşdur. Daha sonra evdən çıxarkən isə qollarına da zərbələr endirmişdir. Hadisə zamanı onun telefonu düşüb sınmış, sepi və üzərində olan klon itmişdir. Nəticədə həm xəsarət almış, həm də maddi ziyan da çəkmişdir. Hadisə zamanı Kənan da orada olmuşdur. Həmin vaxt o Şirinə bıçaq çəkməmiş və ya onu vurmamışdır. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qimsində iştirak edən X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı X10 evin krantında olan nasazlığı aradan qaldırmaq üçün onu yaşadığı ünvan 1-ə dəvət etmişdir. Orada olan zaman Şəxs anidən evə daxil olmuş, ev ilə bağlı Aytənə iradlar bildirmiş, evdə saxladığı pişiklərini atmaq istəmiş, Aytəni və qohumlarını təhqir etmişdir. Həmçinin evən çıxarkən Aytənin saçını yolmuş, sonuncunun üz və boğaz nahiyyələrinə zərbələr endirmişdir. Həmin vaxt Aytən bıçaq çəkməmiş və ya Şəxs vurmamışdır. Ümumiyyətlə həmin vaxt Şəxs həddən artıq aqressiv olmuşdur. İş materiallarında olan cinayət işnin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2080 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X5 bədəni üzərində olan xəsarətlər: boyun nahiyyənin, sol çiyin üstü nahiyyənin, döş qəfəsinin ön səhtinin, hər iki saidin və sol əlin qançırları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi döyməsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarkteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 75 yaşı olduğu üçün onun barsində həbs növündə inzibati tənbehin tətbiq edilməsi qanunla məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-286/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-286/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver