Məhkəmə qərarları › İş №3(060)-2861/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2861/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2861/2025 26.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X2 iştirakları ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 30 oktyabr 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib edilmiş 30 oktyabr 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda Şəxs MMC-nin Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələblərinə zidd olaraq 2024-cü ilin fevral ayından xx.xx.2025-ci il tarixədək X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd olunmuşdur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq qərarı qəbul etmiş şəxs, həmçinin həmin orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə tərəfin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-in direktoru X4 bildirmişdir ki, Arif Bağırov hal-hazırda Xankəndidə işlədiyi üçün məhkəmə iclasında iştirak edə bilmir. Arif Bağırovla arasında razılıq əldə olunmuş və o, şikayətini geri çəkmişdir. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna telefonoqram ünvanlayıb. Onlar öz aralarında həmin məsələni həll edib. Arif Bağırov Azərbaycan Respublikası Baş Prokurorluğuna telefonoqram vurandan sonra iş məhkəməyə göndərilib. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Arif Bağırov MMC-də iş icraçısı vəzifəsində işləyib və ona 1000 manat əməkhaqqı verirdi. Arif Bağırovu çoxdan tanıdığından və yaxın olduqlarından onunla əmək müqaviləsi bağlamayıb. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: 30 oktyabr 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Şəxs MMC-nin Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələblərinə zidd olaraq 2024-cü ilin fevral ayından xx.xx.2025-ci il tarixədək X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan X5 Azərbaycan Respublikası Baş X7 ünvanladığı ərizəsindən görünür ki, 1 il 6 aydır ki, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" özəl MTK şirkətində əvvəlcə elektrik, son 8 ayda isə iş icraçısı vəzifəsində çalışıb. Lakin bu müddət ərzində onu işə götürən, həmin şirkətin rəhbəri Fariz İmanov adlı şəxs onunla əmək müqaviləsi bağlamayıb. Müxtəlif vaxtlarda müqavilə bağlanması üçün müraciət etsə də, şirkətin rəhbəri Fariz İmanov bunu rədd etmiş və əmək haqqını da tam şəkildə ödəməmişdir. Hazırda onun şirkətdən 1300 (on üç min) manat məbləğində əmək haqqı alacağı mövcuddur. 2600 azn-elektrik kimi işlədiyi dövrdə, 10400 azn-iş icraçısı kimi işlədiyi dövrdə. Son 8 ayda isə ümumiyyətlə əməkhaqqı verilməmişdir. Dəfələrlə müraciət etsə də, rəhbərlik müxtəlif bəhanələrlə ödənişi gecikdirir və konkret tarix göstərmir.Yuxarıda qeyd olunanları nəzərə alaraq Fariz İmanovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsini, əmək hüquqlarının qorunmasını, əmək haqqının ödənilməsinin təmin edilməsin və işəgötürənin məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarında olan X5 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 2024-cü ilin xatırladığı qədər yanvar-fevral aylarından etibarən xx.xx.2025-ci il tarixədək təmir, tikinti, dizayn xidməti göstərən "xxxx" MMC-də elektrik və iş içraçısı kimi işləmişdir. "xxxx" MMC ünvan 2 ünvanında yerləşir, MMC-nin rəhbəri X3r. "xxxx" MMC sifariş əsasında yaşayış və qeyri-yaşayış sahələrində təmir, tikinti, dizayn işləri həyata keçirdir. Həmin MMC-nin tikinti, təmir işləri apardığı yaşayış və qeyri-yaşayış sahələrində elektrik və iş icraçısı kimi işləyib, işlədiyi dövrdə onunla əmək müqaviləsi bağlanmamışdır. MMC-nin rəhbəri Fariz İmanovla olan razılığa əsasən aylıq əəmək haqqım1300 manat müəyyən olunsa da əmək haqqı heç vaxt vaxtında və tam olaraq ödənilməmişdir. Əmək haqqı hisə-hissə olaraq nəğd və ya kartdan karta köçürülmə üsulu ilə həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən elektrik kimi gördüyü işlərə görə 2600 manat, iş icraçısı kimi işlədiyi dövrə aid isə 10400 manat, ümumilikdə ödənilməmiş 13000 manat məbləğ vardır. Əmək haqqının ödənilməsi ilə əlaqədar dəfələrlə "xxxx" MMC-nin rəhbəri Fariz İmanova müraciət etsə də, müsbət nəticə olmamışdır. İş materiallarında olan X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, əvvəllər tikinti sahəsində suvaqçı, bənna, iş icraçısı kimi işləyib. Sifariş əsasında yaşayış və qeyriyaşayış sahələrində təmir, tikinti, dizayn xidmətlərini həyata keçirdən "xxxx" MMC 2023-cü ildə tərəfindən təsis edilmişdir, hazırda həmin MMC-nin direktoru kimi fəaliyyət göstərir. MMC-nin hüquqi ünvanı ünvan 3 ünvanıdır. Ofis kimi ünvan 4dir. Hazırda "xxxx" MMC-də özündən başqa işçi yoxdur. Təmir və tikinti işləri zamanı tələb olunan usta və fəhlə heyətini işə cəlb edir, təmir-tikinti sahəsindən və görülən işdən asılı olaraq fəhlə və ustalarla ödənişlə bağlı şifahi razılıq əldə edirik. İşə cəlb edilən usta və fəhlələrlə əmək müqaviləsi bağlamır, şifahi razılığa uyğun olaraq gördüklərin işin qarşılığında ödənişləri nəğd formada həyata keçirdirəm. X6 2024-cü ilin əvvələrindən tanıyır, o, "xxxx" MMC-də əvvəllər elektrik, daha sonra isə 8 ay müddətində iş icraçısı kimi fəaliyyət göstərmişdir. Şifahi razılığa uyğun olaraq elektrik kimi hər kv metr üçün 6 manat ödəyib, iş icraçısı kimi isə 8 ay ona hər ay 1000 manat olmaqla əmək haqqı verib. Ödəniş nəğd formada və ya kartdan karta ödənilməklə həyata keçirilmişdir. X8 2024-cü ilin əvvəllərindən 2025-ci ilin iyul ayına qədər "xxxx" MMC tərəfindən həyata keçirilən təmir-tikinti işlərində elektrik və yaxud iş icraçısı kimi işləmişdir. X8 ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmamışdır, əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında yerləşdirilməmişdir. Arif Bağırov 2024-cü ilin əvvəllərindən 2025-ci ilin iyul ayına qədər "xxxx" MMC tərəfindən həyata keçirilən təmir-tikinti işlərində elektrik və iş icraçısı kimi işləmişdir. Şifahi razılığa uyğun olaraq gördüyü iş müqabilində müəyyən olunmuş əmək haqqı hər ay və tam olaraq Arif Bağırova nəğd və kart vasitəsilə ödənilmişdir, MMC tərəfindən 13000 manat ödənilməyən məbləğin olması həqiqəti əks etdirmir. Arif Bağırovla "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Belə ki, rəsmi əmək müqaviləsi bağlandığı təqdirdə tərəfimdən əlavə olaraq vergi və sosial ödənişlər həyata keçirilməlidir. Bundan başqa, daimi iş olmadığından və görülən işlər gündəlik olduğundan rəsmi əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan 08 sentyabr 2025-ci il tarixli baxış keçirilmə haqqında protokoldan görünür ki, X5 əmək müqaviləsi məlumatları X1 Sistemi vasitəsilə yoxlanıldıqda həmin şəxslə "xxxx" MMC arasında əmək müqaviləsi olmadığı müəyyən edildi. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru izahatında Arif Bağırovun əmək müqaviləsi olmadan Cəmiyyətdə icraçı direktor vəzifəsində işlədiyini qeyd edərək inzibati xəta hadisəsini törətdiyini etiraf etmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Arif Bağırovun hər hansı şikayətinin olmaması, Cəmiyyətin rəhbəri ilə yaxın münasibətdə olması Cəmiyyətin inzibati məsuliyyətdən azad olunması üçün əsas deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu maddənin 2-ci və 3cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli və MMC barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar