Məhkəmə qərarları › İş №3(060)-2863/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2863/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2863/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli protokol daxil olmuşdur. Protokol və ona əlavə olunmuş sənədlər 05 dekabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin aparaıcı məsləhətçisi Feyruz Tağıyev məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək həmin protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin aparaıcı məsləhətçisi Feyruz Tağıyevin ərizəsini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar