Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2869/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7, Tələbkar Balakişiyeva (Rüstəmova) Təhminə Əmirağa qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs barəsində 04 noyabr 2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1814/2012 saylı, xx.xx.2012-ci il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7601/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinə üzrə borclu Şəxs 21237 (iyirmi bir min iki yüz otuz yeddi) manat aliment borcunu üzürsüz səbəbdən ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1814/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2005-ci ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X1 üçün iddiaçı X2 xeyrinə xx.xx.2012-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatana qədər hər bir uşağın saxlanması üçün 87 (səksən yeddi) manat aliment tutlmaqla, cəmi 174 (bir yüz yetmiş dörd) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 7601/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2005-ci ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Hər iki icra vərəqi üzrə borc olduğuna görə 1-ci icra vərəqinə xitam verilməmişdir. Ümumilikdə borc 21237 (iyirmi bir min iki yüz otuz yeddi) manat təşkil edir.Əvvəlki dövrdə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuş, lakin borclu tələbkara 2750 (iki min yeddi yüz əlli) manat pul ödədiyindən tələbkar şikayətini geri götürmüşdür. Bundan sonra tələbkara borcun ödənilməsi üçün şərait yaradılsa da, o borcu ödəməmişdir. İcra sənədi onun icraatına daxil olduqdan sonra borcluya borcun ödənilməsi üçün şərair yaradılmış, lakin 06 (altı) ay müddət keçməsinə baxmayaraq iki dəfə 250 (iki yüz əlli) manat, bir dəfə isə 21 (iyirmi bir) manat ödəmişdir. Tələbkarın dediyinə görə borclunun ata evi satılaraq ona da pul verilmişdir. Ona görə də, aliment borcunun tam ödənilməsini tələb edir. Borclunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1814/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2005-ci ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X1 üçün iddiaçı X2 xeyrinə xx.xx.2012-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatana qədər hər bir uşağın saxlanması üçün 87 (səksən yeddi) manat aliment tutlmaqla, cəmi 174 (bir yüz yetmiş dörd) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 7601/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2005-ci ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan iddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Bir dəfə 300 (üç yüz) manat, bir dəfə isə 250 (iki yüz əlli) manat pul ödəmişdir. Hal-hazırda imkanı olmadığını və ilin sonunadək vaxt verilsə torpağını satıb 10000 (on min) manat ödəyə biləcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Balakişiyeva (Rüstəmova) Təhminə Əmirağa qızı izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1814/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2005-ci ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X1 üçün onun xeyrinə xx.xx.2012-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatana qədər hər bir uşağın saxlanması üçün 87 (səksən yeddi) manat aliment tutlmaqla, cəmi 174 (bir yüz yetmiş dörd) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 7601/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2005-ci ildə anadan olmuş X4 və xx.xx.2009-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs onun xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Sumqayıt şəhəri 1 saylı tam orta məktəbdə musiqi müəlliməsi işləyir. 11 ildir iki uşağı ailəsinin köməyi ilə saxladığını bildirdi. Cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunduqda 2750 (iki min yeddi yüz əlli) manat ödəniş etdi və tələbkarın atası bundan sonra borcun ödəniləcəyinə söz versə də, heç bir ödəniş olunmamışdır. Borclunun ata evi satılmış və onun payına düşən pul ona verilmişdir. Aliment borcunun tam ödənilməsini tələb etdiyini nəzərə alaraq borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədi üzrə 21237 (iyirmi bir min iki yüz otuz yeddi) manat məbləğində alimentin borcunun ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 04 noyabr 2022-ci il, saat 12:35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Bürosunun vəkili Vəkilnın göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2869/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2869/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver