Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2869/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. İşinin baxılmağa hazırlıq mərhələsində müəyyən edilmişdir ki, iş üzrə icraatı rədd edən hallar mövcuddur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) hal-hazırda mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Dövlət Vergi Xidmətinin rəsmi saytında (taxes.gov.az) kommersiya hüquqi şəxslərin reyestr məlumatları bölməsində müvafiq axtarışlar verilsə də qeyd edilən Şəxs MMC-nin (VÖEN: **********) barəsində heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs MMC-nin (VÖEN: **********) halhazırda mövcud olub-olmaması, ləğv edilib-edilməməsi, həmçinin hüquqi varisi vardırsa bu barədə məlumatlar dəqiqləşdirildikdən sonra müvafiq şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlana və protokol tərtib edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılmaldır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılsın. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2869/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2869/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver