Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-287/2021 28.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X7 oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 oğlunun Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 oğlu Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayətini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1ci maddəsi ilə təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin l(001)-448/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Binəqədi Rayon İcra və probasiya şöbəsi tərəfindən ona xx.xx.2021-ci il tarixli, 17/68/02/5 saylı bildiriş göndərilmişdir. Bildirişdə qeydiyyatdan keçmək üçün xx.xx.2021-ci il tarixdə icra şöbəsinə getməli olduğu qeyd olunmuşdur. Buna görə də icra şöbəsinə getmək üçün 8103 qısa nömrəsinə icazə üçün SMS göndərmişdir. İcazə üçün SMS saat 11:03-də gəlmişdir. Lakin buna baxmayaraq saat 11:09-də Sumqayıt şəhəri ərazisində cərimə olunmuşdur. Polis əməkdaşına icazəsinin olduğunu söyləsə də və dediklərini SMS-lə təsdiq etsə də polis əməkdaşı buna məhəl qoymamışdır. inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda cərimənin yazıldığı saat 10:57 qeyd olunmuşdur. Lakin bu tamamilə yalnışdır. Belə ki, o, saat 11:09da cərimə olunmuşdur. Bu elektron hökümət portalındada öz əksini tapmışdır. Lakin polis əməkdaşları qanunsuz olaraq yazdıqları cərimənin ödənməsi üçün protokolda cərimənin yazılma saatını geriyə çəkərək özlərinə haqq qazandırmağa çalışmışdırlar. Bunları nəzərə alaraq barəsində tərtib olunmuş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 rayonu, Zilanlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət –şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon(şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanının(vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə sənədləri araşdıraraq hesab edir ki, X7 oğlunun qeydiyyat ünvanı Yardımlı rayonu olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X7 oğlu tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokoldan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 qeydiyyat ünvanı Qubadlı rayonu olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X7 oğlu tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-287/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-287/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver