Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-287/2024 09.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, xx.xx.2023cü il tarixdə Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 2, mənzil 5-də Şəxs X1 məxsus əşyalara zərər vermişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Şəxs tərəfindən X1 1300 manat məbləğində maddi ziyan vurulması qeyd edilsə də, bunu təsdiq edən ekspert rəyi və digər mötəbər sübut protokola əlavə edilməmişdir. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə uyğun tərtib olunmamışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə X1 vurulan maddi ziyanın məbləği müəyyən edilmir. İXM-nin 232- 1 ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məbləği isə vurulan ziyanın məbləği ilə müəyyən edilir. İXM-in 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol həmin protokolun tərtib edilməsinə dair İXM-in 100-cü maddəsinin tələblərinə uyğun olmadığından həmin protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-287/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-287/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver