Məhkəmə qərarları › İş №3(060)-2872/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2872/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2872/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabəddin oğlunun iştirakı ilə xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri,9-cu mikr,ev 77, mən 32 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Şabəddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhəkmə müəyyən etdi: Şəxs Şabəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, sürücü Şəxs Şabəddin oğlu xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində Ü.Hacıbəyov-Koroğlu küçələrinin kəsişməsində hərəkətdə olan zaman Chevrolet Lacetti markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq bədən xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə sürücü və sərnişin yüngül dərəcəli bədən xəsarətləri almışdır. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs Şabəddin oğlunun barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Şabəddin oğlu bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi avtomobillə təxminən 50-60 km sürətlə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi ilə üzü Koroğlu küçəsi istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan qarşıda işıqforun qırmızı işığında dayanmış Chevrolet markalı avtomobili ara məsafəsini düzgün seçmədiyindən arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində Chevrolet markalı avtomobildə olan 2 nəfər şəxs xəsarət aldıqlarından Sumqayıt şəhər TTYX-na aparılmışdır. O, hadisə zamanı spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamışdır. Hadisə onun ani diqqətsizlik və ara məsafəsini düzgün seçməməsi səbəbindən baş vermişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs və X4 xəsarət almışdır. O, hadisə nəticəsində xəsarət alan şəxslərin xərclərini qarşılamışdır. Ona görə də ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi və zərərçəkmiş şəxslər xəbərdar edilsələr də, onlar məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs Şabəddin oğlu tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərovun 11 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı və həmin materialda olan sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs Şabəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci bəndinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusuiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Lakin Məhərrəmov X3 qeyd olunan tələblərini pozmuş və nəticədə Zərərçəkmiş şəxs və X1 yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Şabəddin oğlunun barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Şabəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar