Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2874/2022 29.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokolu tərtib edilmiş şəxs Şəxs və onun vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaflanov X1 hərəkət edən zaman dönmə əməliyyatı apararkən yol ayırıcının keçmə qaydasını pozaraq qarşıdan gələn “Opel” markalı avtomobil ilə toqquşmuş və sonuncu maşındakı vətəndaş M.Abışov bədən xəsarəti almışdır. X3 bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən xx.xx.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Pİ DYPŞ məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta barədə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə Koroğlu küçəsi ilə Sülh küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olan zaman Sülh küçəsinə doğru aşağı sürətlə sola dönmə əməliyyatı edərkən qarşıdan Koroğlu küçəsindən düzünə sürətlə hərəkətdə olan “Opel-Astra” markalı avtomobil işıqforun sarı işığı yanan vaxtı hərəkətini davam etdirib hər iki küçənin kəsişməsində qabaq hissəsi ilə avtomobilin sağ yan hissəsi toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmədən barəsində inzibati xəta barədə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta barədə icraat aparılan şəxsin vəkili Vəkil bildirdi ki, bir ildən çoxdur ki, bu işin istintaqı aparılıb. Sonda hər iki şəxsin əməli inzibati xəta kimi qiymətləndirilmişdir. Hadisə vaxtı Elmanın idarə etdiyi avtomobildə videoqeydiyyat olmuşdur. Həmin görüntünü məhkəməyə təqdim edərək qeyd etdi ki, Elman yolda bütün maşınları buraxır və işıqforun sarı işığında yol ayırıcını keçir. Digər avtomobil də işıqforun sarı işığında keçərkən Elmanın idarə etdiyi avtomobili vurur. Videodan da görünür ki, digər şəxs işıqforun sarı işığında hərəkət edərək qəzanı törədib. Hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitamç verilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 18:20 radələrində Sumqayıt şəhəri TTYX-dan məlumat daxil olmuşdur ki, Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Dədə Qorqud” restoranının yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 1995-ci il təvəllüdlü X3 xəsarət alaraq tibb müəssisəsinə müraciət etmişdir. Daxil olmuş raport əsasında Sumqayıt ŞPİ-nin “Törədilmiş və ya Hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 1 NK/968 saylı qeydiyyata alınaraq icraata qəbul edilmiş və araşdırma aparılmışdır. Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qəbul edilmiş qərarın surətinin “Kia Carens” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs və “Opel-Astra” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları məsələsinin həlli üçün Sumqayıt DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarından görünür ki, hadisə ilə əlaqədar bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qəbul edilmiş qərarlar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq ləğv edilmiş və ətraflı araşdırmaya qaytarılmışdır. Araşdırma zamanı hadisənin göüntülərini əks etdirən videogörüntülər tədqiq edilmiş, ekspertiza təyin edilmiş, iş üzrə ətraflı araşdırma aparılmış və hadisə zamanı hər iki şəxsin əməlində inzibati xəta tərkibi olması qənaətinə gəlinmişdir. İş materiallarına əsasən ekspertiza zamanı müəyyən edilmişdir ki, aparılmış tədqiqata uyğun olaraq Kia Carens markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs svtetoforla nizamlanan yolayrıcında qarşıdan ək istiqamətdə düzünə hərəkətdə olan sürücü T.Soltanovun idarə etdiyi Opel-Astra markalı avtomobilə yol vermədən avtomobili sola döndərməsi, sürücü T.Soltanov üçün təhlükə yaratması və nəqliyyat vasitələrinin yolayrıcında toqquşması onu izah edir ki, mövcud vəziyyətdə Kia Craens markalı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, göstərilən vəziyyətdə sürücü Şəxs idarə etdiyi Kia Carens markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili svetoforun yaşıl işığında yolayrıcına daxil edib qarşıdan gələn avtomobilləri gözləyib svetoforun sarı işığı yanan anda 7-10 km/saat sürətlə sola doğru dönmə əməliyyatı edərkən qarşıdan əks istiqamətdə hərəkətdə olan svetoforun sarı işığında yolayrıcına daxil olan sürücü T.Soltanovun 50 km/saat sürətlə idarə etdiyi Opel-Astra markalı avtomobili lə toqquşmuşdur. Qeyd olunan vəziyyətdə Kia Carens markalı avtomobilin sürücüsü Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddəsinin tələbini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən relsiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Göstərilən vəziyyətdə sürücü Şəxs idarə etdiyi Kia Carens markalı avtomobili svetoforun yaşıl işığında yolayrıcına daxil edib və sarı işıqda sola döndərməzdən əvvəl qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı və qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə dönmə əməliyyatı aparmadan həmin nəqliyyat vasitəsinə yol verməli idi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Konstitusiya Məhkəməsinin “Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin və İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Plenum Qərarına əsasən Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1-ci və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2874/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2874/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver