Məhkəmə qərarları › İş №3(060)-2875/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2875/2025

24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2875/2025 24.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X7, Barəsində protokol tərtib olunmuş Şəxsn qanuni təmsilçisi X5 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının ƏƏSMN yanında X11 Xidmətinin X6nin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X9 bildirmişdir ki, vətəndaş X10 Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə elektron ərizə ilə müraciət daxil olmuşdur. Müraciət əsasında MMC-dən sənədlər tələb olunmuş, MMC tərəfindən tək bir məktub göndərilərək həmin şəxsi tanımadıqlarını qeyd edirlər. Halbuki, Həzi Həziyevlə MMC arasında əmək müqaviləsi bağlanmış, lakin həmin sənədlər təqdim olunmamışdır. Əmək müqaviləsi onlara təqdim olunmasa da, elektron məlumatlar sistemində həmin şəxslə əmək müqaviləsi bağlandığını və sonradan həmin müqaviləyə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq, MMC barəsində müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Barəsində protokol tərtib olunmuş Şəxsn qanuni təmsilçisi X8 bildirdi ki, qanuni təmsilçisi olduğu MMC ilə fərdi sahibkar X1 arasında podrat müqaviləsi bağlanmışdır. May ayı daxil olmaqla 4 ay ərzində fərdi sahibkarla əmək münasibətləri şəraitində lahiyyədə işləyəcəklər. Həmin müddət ərzində vətəndaş Həzi Həziyevə ödənilən əmək haqqısında kəsirlər olduğu üçün vətəndaş şikayət etmişdir. Fərdi sahibkarla aralarında olan razılaşmaya əsasən Y.Əmiraslanov sahibkar kimi öz şəxsi heyəti ilə özündə rəsmi qeydiyyatda olmalıdır. Sadəcə işə başlamamızdan əvvəl Həzi Həziyev və digər şəxslər əvvəl MMC-də işçi kimi qeydiyyata alınmış, o dərhal buna etiraz edərək həmin şəxsləri MMC-də işçi kimi qeydiyyatdan çıxarmışdır. Əmək Müfəttişliyindən daxil olan məktuba cavab olaraq adı çəkilən vətəndaşın onlarda əmək münasibətlərinə cəlb olunmadığını rəsmi olaraq bildirmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 539.3-cümaddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş işdə olan: xx.xx.2025-ci il tarixli, 3-17-5/2-96930/2025 nömrəli məktubun surətindən görünür ki, X11 Xidmətinin X6 tərəfindən Şəxsnə müraciət olunaraq X10 müraciətinə münasibət bildirilməsi və şəxsə aid sənədlərin 7 iş günü ərzində təqdim edilməsi xahiş edilmişdir. Həmin məktubda tələb edilən sənədlərin siyahısı göstərilmişdir. xx.xx.2024-cü il tarixli № MRN-ƏY-11/24 saylı, xx.xx.2024-cü il tarixli “Podrat müqaviləsi”nin surətindən görünür ki, Şəxs MMC-nin direktoru X8 ilə fərdi sahibka X2 arasında podrat müqaviləsi bağlanmışdır. Şəxs MMC-nin Azərbaycan Respublikasının ƏƏSMN yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X13 "Merano Construction” MMC-də əmək fəaliyyətinə cəlb edilməmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X10 "xxxx" MMC əmək hüquqlarının pozulması ilə bağlı etdiyi müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2ci hissəsinə əsasən Şəxs MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 94349/2025 nömrəli məktubda qeyd edilən sənədlər X11 Xidmətinin X6nə təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X11 Xidmətinin X6 tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-96930/2025 nömrəli məktubla Şəxsnə müraciət olunaraq X10 müraciətinə münasibət bildirilməsi və şəxsə aid sənədlərin 7 iş günü ərzində təqdim edilməsi xahiş edilmiş, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə həmin məktuba cavab verilərək, X13 "Merano Construction” MMC-də əmək fəaliyyətinə cəlb edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X6 tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan Şəxs barəsində əsassız halda İXM-in 539.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmə Şəxs İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cümaddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar