Məhkəmə qərarları › İş №3(060)-288/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-288/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-288/2024 25.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Yardımlı rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 kəndi ünvanında qeydiyyatdaolmaqla ünvan 2an Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 25 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində Sumqayıt şəhəri, 47-ci məhəllə, 12 saylı binanın blokunda X3 nalayiq küçə söyüşləri ilə söyərək xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X7 bildirdi ki, ünvan 3 ünvanında yaşayan X1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə vermiş olduğu məlumatla əlaqədar yaşadığı ünvanda olan zaman sonuncunun mənzilində olan Aqşin adlı şəxsin ona nəlayiq küçə söyüşləri ilə söyüb təhqir etməsini bildirdi və həmin şəxs tərəflərindən Sumqayıt ŞPİnin 1-ci PB-nə gətirilmişdir. Həmin şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, X2 Əlizadə ilə əvvəllər aralarında sevgi münasibətləri olmuş, sonradan Aliyənin valideyinləri onların münasibətlərini bildikdən sonra yaranmış mübahisə və münaqişələr nəticəsində münasibətləri pozulmuş və onlar ayrılmışlar. Aliyə Əlizadə bir müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə ona zəng vuraraq onunla görüşmək istədiyini bildirdmiş və o, həmin tarixdə saat 16:20 radələrində Aliyənin çağırdığı Sumqayıt şəhəri, 47-ci məhəllə, 12 saylı binanın blokuna gəlmişdir. O, blokun qapısına çatdıqda Aliyənin anası Nəsibə qarşısına çıxmış, onu görərək “burda nə gəzirsən” ifadəsini işlədərək mübahisə edib səs-küy salmağa başlamış və qolundan tutub onu yaşadığı 58-ci mənzilə aparmışdır. Onlar mənzildə onunla münaqişə etməyə başlamış və münaqişə əsnasında Nəsibə və qızı Lamiyə onun üz nahiyəsinə sillə ilə vurmuşlar. O, Nəsibə və onun qızı Aliyəni nalayiq küçə söyüşləri ilə söyməmişdir. Barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, Şəxs ilə qızı Aliyə Əlizadənin əvvəllər dostluq münasibəti olmuşdur. Sonradan Aliyə ailə həyatı quran zaman Şəxs onun ailəsini dağıtmaq istəmiş, lakin istəyinə nail ola bilməmişdir. O, xx.xx.2024-cü il tarixdə qohumugildən evə gələn zaman Aqşinin qapılarının astanasında duraraq qapılarını pusduğunu görüb onun qolundan yapışaraq nə etdiyini soruşduqda, o ona nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Onlar birlikdə qonşuların narahat olmaması üçün mənzilə girmişlər və Aqşin yenidən onun mənzilində münaqişə etməyə və ona nalayiq ifadələr işlətməyə başlamışdır. O, polisə zəng vuraraq məlumat vermiş və polis əməkdaşları onun mənzilinə gələrək Aqşini aparmışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə evdə olarkən blokdan səs-küy gəldiyini görüb bloka çıxmış və anası Nəsibə ilə Aqşinin mübahisə etdiyini görmüşdür. Səs-küyə qonşular çıxmış, ona görə də, onlar mənzilə keçmişlər. Onların mənzilində Aqşin onları nalayiq ifadələrlə təhqir etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il saat 20:00 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 16:20 radələrində Sumqayıt şəhəri, 47-ci məhəllə, 12 saylı binanın blokunda X3 nalayiq küçə söyüşləri ilə söyərək xırda xuliqanlıq əməlini törətmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir və onun 01 (bir) gün inzibati qaydada tutulmağı nəzərə alınmalı, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 50 (əlli) manat məbləğində inzibati cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar