Məhkəmə qərarları › İş №3(060)-2884/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2884/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2884/2024 02.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Nəsibova Natəvan Elxan qızının katibliyi, Qərarından şikayət verilən X6 Xidmətinin X1nin etibarnamə üzrə səhiyyətli nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1nin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1nin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 233.1 və 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Samir Əmənov şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, X6 Xidməti X1 tərəfindən barəsində MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol əsasında barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və İXM-nin 192.1-ci maddəsilə ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, həmin cərimə qanunsuz və əsassızdır və qərar məhkəmə tərəfindən ləğv edilməli, cərimə silinməlidir. Həmin qərara əsasən guya o, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən şəxsi hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Ərizəsində bildirmişdir ki, o, tullantı metal yığımı ilə məşğul olmuşdur. Barəsində protokol tərtib olunduğu vaxt o, işləməmiş, həmin ərazidə təmizlik işləri aparaq obyekti təhvil verməsi üçün son gün olmuşdur. X6 Xidmətinin əməkdaşları həmin ərazidə təmizlik işləri apararkən həmin ərazidə qəfil ölüm hadisəsi baş vermiş, ölmüş şəxsi onun işçisi kimi təqdim edərək və onu əsassız olaraq cərimə etmişlər. Odur ki, qərar ləğv edilməsini, cərimə məbləğninin silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq şikayət verən şəxs Samir Əmənov məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Samir Əmənovun ərizəsində qeyd etdiyi mobil nömrəyə zəng edilmiş, sonuncu özünü təqdim etmiş, Samir Əmənov olduğunu, xx.xx.1990-cı il tarixdə Yardımlı rayonunda anadan olduğu, həqiqətən qeyd edilən qərardan şikayət verdiyini bildirmişdir. Samir Əmənov məhkəmə iclasına gələ bilməməsini Sumqayıt şəhər ərazisində olmaması, rayonda olması ilə izah etmişdir. O, eyni zamanda bildirmişdir ki, Vüqar adlı şəxs təxminən 2-3 olmaqla onun yanında işləmişdir. O, Vüqara işlədiyi hər ay üçün 350 manat məbləğində maaş vermişdir. İşləri yaxşı getmədiyi üçün Vüqarla əmək müqaviləsi bağlamamış, xx.xx.2024-cü il tarixdə növbəni Vüqardan təhfil aldığı vaxt sonuncunun halı pisləşmiş, təcili yardıma zəng etmiş, lakin Vüqarın həyatını xilas etmək mümkün olmamışdır. “Vətən müharibəsi” iştirakçısıdır. Məhkəmə iclasında qərarından şikayət verilən X6 Xidmətinin X1nin etibarnamə üzrə səhiyyətli nümayəndəsi Elçin Əliyev bildirdi ki, TTTYS-da həkim vəzifəsində işləyən X5 DƏMX-nə zəng edərək xx.xx.2024-cü il tarixdə saat 11:15 radələrində istehsalatda bədbəxt hadisə baş verdiyini bildirmişdir. Güllü Piriyeva müraciətində qeyd etmişdir ki, Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən “Plasmas qəbulu” sexində çalışan həmin sexin əməkdaşı Vüqar adlı şəxs əmək funksiyalarının icrası zamanı halı pisləşmiş, çağırışdan 8-9 dəqiqə sonra həmin şəxs artıq vəfat etmişdir. Elçin Əliyev eyni zamanda bildirmişdir ki, Samir Əmənovun izahatı “Dost Xidməti” əmkaşı tərəfindən alınmışdır. Samir Əmənov izahatında Abşeron rayonu Atyalı qəsəbəsi ərazisində ərazisi təxminən 2 sot olan ərazini Əhməd adlı şəxsdən icarəyə götürdüyünü bildirmişdir. Samir Əmənov həmin izahatında vəfat etmiş Vüqar adlı şəxslə əmək müqaviləsini bağlamadığını bildirmişdir. Samir Əmənov “Vətən müharibəsi” iştirakçısı olduğu üçün onu fiziki şəxs qismində minimum həddə törəmiş olduğu əmələ görə inzibati qaydada cərimə etmişlər. Hesab edir ki, qanunidir, dəyişdirolmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: Təqdim edilmiş müraciət vərəqindən görünür ki, TTTYS-da həkim vəzifəsində işləyən X5 DƏMX-nə zəng edərək xx.xx.2024-cü il tarixdə saat 11:15 radələrində istehsalatda bədbəxt hadisə baş verdiyini bildirmişdir. Güllü Piriyeva müraciətində qeyd etmişdir ki, Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən “Plasmas qəbulu” sexində çalışan həmin sexin əməkdaşı Vüqar adlı şəxs əmək funksiyalarının icrası zamanı halı pisləşmiş, çağırışdan 8-9 dəqiqə sonra həmin şəxs artıq vəfat etmişdir. Samir Əmənovun inzibati araşdırma vaxtı yəni xx.xx.2024-cü il tarixli izahatında 44 günlük Vətən müharibəsi iştirakçısı olmaqla, Laçın şəhərinin işğaldan azad olunması medalı ilə təltif edildiyini bildirmişdir. Qeyd etmişdir ki, Abşeron rayonu Atyalı qəsəbəsi ərazisndə 2 sot torpaq səhəsini icrayə götürmüşdür. Vüqar adlı şəxsdən gecə növbəsini təhfil aldığı vaxt, yəni xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində sonuncunun halı pisləşmiş, dərhal təcili yardım çağırmışdır. Buna baxmayaraq həkimlərin müdaxiləsinə baxmayaraq Vüqarın həyatını xilas etmək mümkün olmamışdır. İzahatında eyni zamanda bildirmişdir ki Vüqarla əmək müqaviləsi bağlamamışdır. Obyektin sahibi Əhməd adlı şəxslə hər hansı icarə müqvilsi olmamışdır. xx.xx.2020-ci il tarixli vəsiqənin sürətindən görünür ki, Samir Əmənov “Laçının azad olunması medalı” ilə təltif edilmişdir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X6 Xidmətinin X1nin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 192.1-ci maddəsində əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qərardan şikayət verən şəxs Samir Mustafa oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmiş Vüqar adlı şəxsi Əmənov Əhməd adlı şəxsdən icarəyə götürdüyü Abşeron rayonu Atyalı qəsəbəsi ərazisində yerləşən “Plasmas qəbulu” sexində əmək müqaviləsi olmadan 2-3 ay ərzində işlərin yerinə yetirilməsinə cəlb etmiş, mərhum Vüqar adlı şəxsə aylıq 350 manat maaaş vermişdir. Ən son xx.xx.2024-ce il tarixdə növbəni Vüqardan təhfil aldıqdan sonra sonuncunun halı pisləşmiş, həkimlərin tibbi yardımına baxmayaraq Vüqar vəfat etmişdir. Göründüyü kimi, Samir Əmənovun mərhumu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etməsi özünün həm məhkəmə araşdırması zamanı verdiyi izahat, həm də ilkin izahatı, inzibati orqanıın səlihiyyətli nümayəndəsinin izahatı ilə və iş materialına əlavə edilmiş sənədlərlə tam sübut olunur. Göründüyü kimi qərarı qəbul etmiş orqan X11 müharibəsi iştirakçısı olmasını nəzərə alaraq sonuncunu fiziki şəxs qismində minimum həddə 1000 manat məbləğində cərimə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Samir Əmənov barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati işin icraata xitam verilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib cərimə edilməsi barədə X6 Xidmətinin X1nin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar