Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2887/2024 06.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Nəsibova Natəvan Elxan qızının katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası X4 nümayəndəsi X5, Qərardan şikayət verən hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 iştirakları ilə, "xxxx" MMC-nin nümayəndəsi X12 tərəfindən Qida X2-X13 MN ******* saylı xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında qərar”-dan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Qida X2-X17 tərəfindən № 0169 saylı, xx.xx.2024-cü il tarixli yoxlamanın nəticələri üzrə qərarın icra edilməməsinə görə "xxxx" MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında Protokol tərtib olunmuş və MMC-nin direktoru Yasin İsmayılov barəsində 4000 manat məbləğində “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” MN ******* saylı, 30 avqust 2024-cü il tarixli qərar qəbul edilmişdir. Qeyd edilən qərardan narazı qalan "xxxx" MMC-nin direktoru Yasin oğlu şikayətlə məhkəməyə müraciət edərək MN ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında qərar”-ın ləğv edilməsini və cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" MMC-nin direktoru Yasin İsmayılov şikayətini onunla əsaslandırmışdır ki, Qida X2 X17 MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarla onu İXM-nin 544.2-ci bəndinə əsasən 4000 manat şərti cərimə etmişdir, ona görə ki, MMC tərəfindən istehlakçıların hüquqlarının və ya ticarət qaydalanın pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələbləri həyata keçirilməmişdir. Belə ki, cəmiyyətin fəaliyyət növü kənd təsərüffatı mallarının satışı deyil, satış nöqtələrinin icarəsindən ibarət olduğu halda barəsində cərimə tətbiq edilmişdir. Bundan başqa şikayətində “Torpaq İcarəsi haqqında” qanuna uyğun olaraq tələblərə riayət etmək bir başa icarəçinin vəsifəsi olduğu, icarəyə verənin heç bir məsuliyyət daşımadığının göstərildiyi qeyd edilmişdir. Bu səbəbdən mübahisələndirilən qərarın ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Aqşin İsmayılov izahatında, təmsil etdiyi MMC-nin 2019-cu ilin oktyabr ayından yerli İcra Hakimiyyəti orqanının nəzarəti ilə fəaliyyətə başlayaraq Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanında kənd təsərrüfatı mallarının “Yarmarka”-nı təşkili ilə məşğul olduğunu bildirmişdir. Qeyd edir ki, Cəmiyyətin fəaliyyət növü kimi İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin portalında yalnız anbar və satış üçün ticarət nöqtələrinin icarəyə verilməsi, əlavə fəaliyyət növü kimi avtoparking fəaliyyətini həyata keçirdiyi göstərilmişdir. Belə ki, həyət quşlarının kəsim yerinin təşkil etmədiklərinə və sanitariya qaydalarına əməl etmədiklərinə görə 2022-ci ildə cərimə olunmuşlar və cərimə ödənilmişdir. Qeyd edir ki, yoxlamaya öncədən hazır olmuş, bu səbəbdən ərazilərində qida məhsullarının yuyulması üçün 4 yuma sahəsi təşkil edilmiş, bunun nəzərdə tutulan 3 bulaq yaradılmışdır ki, su sərfiyyatına görə hər ay 400-500 manat pul ödənildiyini bildirir. Belə ki, ağartı və süd məhsulları satan satıcı və fermerlər soyuducu ilə təmin olunmuşdur. Yoxlama vaxtı süd məhsulu satışı həyata keçirən 2 nəfər satıcı məhsullarını soyuducudan kənar halda piştaxtanın önünə qoyduğunu bildirmişdir. Bu halın süd məhsulları satışı ilə məşğul olan satıcı və fermerlərin soyuducu ilə təmin olmamasına əsas verən hal kimi qəbul edilməsinə narazıdır. Həmçinin izahatında onu da qeyd edir ki, baytarlıq idarəsi ilə müqavilə bağlamışlar, ətlər baytarlıq möhürü ilə satışa çıxarılır. Ət satışı piştaxtaları yuyula bilən materialldan düzəldilmişdir. Belə ki, AQTA nəzdində fəaliyyət göstərən baytarlıq xidməti əməkdaşlarının hər gün saat 9:00-dan 18:00-a kimi şənbə və bazar günü yarmarkada olduğunu, baytarların icazə arayışlarını yığdığını bildirir. Qeyd edir ki, həmin icazə arayışlarında satış nöqtəsi kimi 53-cü məhəllə ünvanında fəaliyyət göstərən yarmarka qeyd edilir. Əgər qeyd edilən ünvanda ət satışı üçün şərait yoxdursa, icazə arayışında satış nöqtəsi kimi yarmarkanın qeyd edilməsini əsassız hesab edir. Cəmiyyət yarmarkada satış edən fermer və satıcılarla icarə müqaviləsi bağlamamışdır. Xüsusi liseziyalı şirkətlər tərəfindən alınmış mədaxil qəbzlərinə əsasən həmin satış nöqtələri icarəyə verilir. Bir daha bildirir ki, “Torpaq İcarəsi haqqında” Qanunun 23-cü maddəsinə əsasən qanunun tələblərini yerinə yetirmək birbaşa icarəçinin, yəni satıcıların vəzifəsidir. Cəmiyyət icarəyə verən tərəfdir. Yuxarıda qeyd etdiklərinə əsasən qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi X8 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də yoxlama aparılmış, aşkar edilmiş pozuntular üzrə “Aparılan yoxlamanın nəticələri üzrə” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və pozuntuların aradan qaldırılması üçün qarşı tərəfə 30 gün yəni xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir. “Yoxlamanın aparılması haqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən həmin MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək planlı yoxlama aparılmışdır. xx.xx.2024-cü il tarixdə “Qida obyektinə baxış keçirilməsi haqqında”, xx.xx.2024-cü il tarixdə isə “Yoxlam Aktı” tərtib edilmişdir. Həmin akta satışda olan qida məhsulları birbaşa döşəmə üzərində yerləşdirildiyi, çörək-bulka məlumatlarının açıq halda saxlanıldığı, bağlı şkaflarda saxlanılmasının təmin edilmədiyi, qida məhsulunun satışını həyata keçirən işçilərin fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, müəssisənin müəyyən hissəsi soyuducu ilə təmin edimədiyi, müəssisədə qida məhsulunun yuyulması üçün yuma sahəsi mövcud olmadığı, satışda olan qida məhsullarının döşəmə divardan məsafəli saxlanılmadığı göstərilmişdir. Qeyd edilənlərə əsasən MMC barəsində İnzibati xəta haqqında protokol tərtib edilmiş, “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bildirir ki, cərimənin tətbiq edilməsi haqqında qərar tam qanunidir, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Atda göstərilən pozuntuları özündə əks etdirən fotoşəkilləri məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində iştirak edən Qida X2 X13 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri X11 izahatında qeyd etmişdir ki, 2024-cü ilin may ayında həmin obyektdə yoxlama aparmışlar. Aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün MMC-yə 30 gün müddət verilmişdir. Yoxlamada onunla birlikdə əməkdaşlar Mehman Cəfərov və Səbuhi Həşimov da iştirak etmişlər. xx.xx.2024-cü il tarixdə Plandankənar yoxlama zamanı müəssisədə qida məhsulunun yuyulması üçün yuma sahəsi təmin edilmədiyi, ət və süd süd məhsullarının satışı sahəsində döşəmə, divar və tavan hissəsi asan yuyula bilən materialdan təşkil edilmədiyi, qida ilə təmasda olan səthlərin dezinfeksiya edici maddələrin təsirinə davamlı materialdan qurulmadığı, çörəkbulka məmulatlarının qapalı halda, yəni bağlı şkaflarda saxlanılmadığı, ət və süd məhsullarının satışı sahəsinin soyuducu tam təmin edilmədiyi, satışda olan qida məhsulları döşəmədən məsafəli saxlanılmadığı, eyni zamanda satıcıların fərdi geyim vasitələri təmin edilmədiyi müəyyən edilmişdir. Qeyd edir ki, Qida Təhlükəsizliyi haqqında Kollegiyanının 19 saylı, xx.xx.2020-ci il tarixli qərarında ət satışı mağazalar üçün tələb olunan qaydalar müəyyən olunmuşdur. Həmin qaydalara əsasən açıq şəkildə ət satışı qadağandır. Adı çəkilən MMC-də ət satılan yer çardaq halındadır, bu isə ətlərin çarpaz çirklənməsinə səbəb olur. Bunun qarşısı MMC tərəfindən alınmalı, həmin qərarın tələblərində göstərilən qaydada ət satışı üçün şərait yaradılmalı idi. Qeyd edir ki, “Yarmarka”-da ətlərin satıldığı hissələr müəssisənin daxilində olduğuna görə ət məhsulunun təmiz şəraitdə satışı üçün məhz müəssisə yaratmalıdır. "xxxx" MMC-nin direktoru Yasin İsmayılov aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün vəd versə də, tələblərin təmin olunmadığı müəyyən edilmiş, bu səbəbdən müvafiq akt tərtib edilmişdir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Yoxlama Nəticələri üzrə” 10169 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanında yerləşən Kənd təsərüffatı mallarının satış bazarında yoxlama aparılmış, “Qida təhlükəsizliyi haqqında” qanunun 9.1-ci maddəsin tələbləri pozulmuşdur. “Sahibkarlıq sahəsində aparılna yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan” görünür ki, X9 tərəfindən “Fermerlər MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək plandankənar yoxlama aparılması üçün müraciət edilmişdir. “Yoxlamanın aparılması haqqında” YQ-0336 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən "xxxx" MMC-də 16 avqust 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixə kimi plandankənar yoxlama keçirilməsi qərara alınmışdır. “Qida Obyektinə baxışın keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli “AKT” tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “Yoxlama Aktı” tərtib edilmiş, həmin aktada aşkar edilmiş pozuntular təsvir edilmişdir. MN ******* saylı, xx.xx.2024-cü il tarixli Protokoldan görünür ki, "xxxx" MMC-nin vəzifəli şəxsi X10 xx.xx.2024-cü il tarixdə verilmiş yoxlamanın nəticələri üzrə qərarda götərilmiş nöqsanları icra etmədiyinə görə barəsində İXM-nin 544.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. “Yoxlama materiallarına baxılmasına dair” xx.xx.2024-cü il tarixli bildirişə əsasən "xxxx" MMC-nin direktoru Yasin İsmayılova yoxlama materiallarına baxılması üçün 30 avqust 2024-cü il tarixdə Abşeron-Xızı Regional bölməyə gəlməsi barədə məlumat verilmişdir. “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” MN ******* saylı, 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı qida məhsullarının yuyulması üçün sahə təmin edilmədiyinə, ət və süd məhsullarının satışı sahəsində divar və döşəmə yuyula bilən materialdan təşkil edilmədiyinə görə "xxxx" MMCnin vəzifəli şəxsi Yasin İsmayılova İXM-nin 544.2-ci maddəsi ilə şərti olaraq cərimə tətbiq edilmişdir. “Yoxlamanın nəticələri üzrə” № YMB-0336 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən "xxxx" MMC-nin vəzifəli şəxsi Yasin İsmayılov barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, xx.xx.2024-cü il tarixinədək qeyd olunan pozuntuların aradan qaldırılması üçün vaxt 30 gün vaxt verilmişdir. Təqdim edilmiş, fotoşəkillərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçrilərkən AKT-da göstərilən pozuntuların həqiqətən mövcudluğu bir daha öz təsdiqini tapmıpşdır. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” İXM-nin 544.2 maddəsinə görə istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə- dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq sanitariya normaları və qaydaları”-nın 3.2-ci bəndində bu Qaydaların ət və ət məhsullarının realizasiyası ilə məşğul olan bütün növ müəssisələrə şamil edildiyi göstərilmişdir. 4.1-ci bənddə göstərilir ki, müəssisə fərdi inşa edilmiş ayrı tikilidə, binaların ayrıca girişi olan qeyri-yaşayış sahəsində (zirzəmi və yarımzirzəmi istisna olmaqla), həmçinin ticarət obyektlərində bu Qaydaların 4.2-4.10-cu bəndlərində göstərilən tələblərə cavab verən xüsusi ayrılmış yerlərdə yerləşə bilər. 4.2. Müəssisə bir otaqdan (ticarət zalından) ibarət olduğu təqdirdə onun sahəsi şərti olaraq 3 bölməyə ayrılır: ətin doğranması və işlənməsi, ətin çeşidlənməsi və qablaşdırılması və ət satış (vitrin) bölməsi. 4.3. Müəssisə yaşayış binasının altında yerləşdiyi halda ət və ət məhsullarının qəbul edilməsi üçün əlavə giriş qapısı olmalıdır. 4.4. Müəssisənin divarları, tavanı, döşəməsi, pəncərələri, qapıları yuyulabilən və dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialdan olmalıdır. 4.5. Müəssisə daxilində örtük materiallarında qüsur (qırıqlar, çatlar və s.) aşkarlandıqda dərhal təmir olunmalıdır. 4.7. Müəssisənin işçi heyəti üçün nəzərdə tutulmuş sanitar qovşaq otağı (olduğu təqdirdə) aşağıdakılarla təchiz olunmalıdır: 4.7.1. bağlanan qapılar; 4.7.2. sanitar qovşaq; 4.7.3. əlləri yumaq və dezinfeksiya etmək üçün vasitələr, çanaq, quruducu qurğu və ya birdəfəlik dəsmallar, asılqanlar; 5.1. Müəssisə ət və ət məhsullarının saxlanılması üçün soyuducu şkaf, soyuducu vitrin və ya dondurucularla təchiz olunmalıdır. 5.7. Heyvan və quş cəmdəyinin doğranması prosesində ağac lövhə (kötük) və ya qida məhsulları üçün istifadəyə yararlı polietilen materiallardan hazırlanmış plastik lövhələrdən istifadə edilməlidir. 5.8. Ət doğramaq üçün nəzərdə tutulan ağac löhvələr (kötüklər) sərt ağacdan hazırlanmaqla çatsız və hamar olmalı, yanları yağlı boya ilə rənglənməlidir. Onlar yerdən aralı məsafədə altlıq üzərində bərkidilməklə, hər iş gününün sonunda üstü bıçaqla təmizlənməli və duz səpilməlidir. 5.9. Plastik ət kəsim lövhələri asan yuyulan və sanitar tələblərə cavab verən olmalı və hər iş gününün sonunda yuyularaq dezinfeksiyaedici məhlullarla təmizlənməlidir. 6.9. Ət və ət məhsullarının satışı zamanı soyuducu vitrinin temperaturu +2 ÷ +6°C, ətin soyudulması və uzun müddətli saxlanması üçün dondurucuların temperaturu isə -2 ÷ 0°C olmalıdır. Təzə ət 0 ÷ +2°C -də 1 sutka; -2 ÷ 0°C -də 16 sutka; -3 ÷ -2°C -də 20 sutkaya qədər saxlanıla bilər. 7.12. Ət və ət məhsulları fiziki (şüşə, metal, taxta qırıntıları və s.), kimyəvi (yuyucu və dezinfeksiyaedici maddələr, zərərvericilərlə mübarizədə istifadə edilən vasitələr və s.) və bioloji (mikroorqanizmlər, parazitlər və s.) çirkləndiricilərlə təmasda olmamalıdır. 8.1. Müəssisədə çalışan işçilərin sanitar geyimi (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) olmalı və bu geyimdən yalnız müəssisə daxilində istifadə olunmalıdır. Yuxarıda adı çəkilən kollegiya qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”-ın 2.0.17-ci bəndində çarpaz çirklənmənin mikroorqanizmlərin çirklənməyə məruz qalmış səthlərdən (qida məhsulları, avadanlıqlar və s.) digər səthlərə ötürülməsi mənasına gəldiyi göstərilmişdir. Həmin qaydaların 2.0-cı bəndində göstərilir ki, qida obyektlərinin quruluşu və yerləşmə vəziyyəti qabaqcıl gigiyena təcrübəsinin tətbiqini və istehsal prosesinin ardıcıllığını təmin etməklə yanaşı, əməliyyatlar zamanı çarpaz çirklənmənin baş verməsinin qarşısını almalıdır, o cümlədən döşəmə və divar səthləri hamar və təmirli olmalı, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin etməlidir. Azərbaycan Respublikası Qida X1 17 oktyabr 2024-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Süd toplama məntəqələrinə dair baytarlıq sanitariya norma və qaydaları”nın 3.1. Bu Qaydalar məntəqələr tərəfindən südün daşınması, qəbulu, saxlanması və topdan satışı ilə bağlı fəaliyyətə şamil edilir.
4. Məntəqənin quruluşuna və yerləşməsinə dair tələblər 4.1. Məntəqə xüsusi ayrılmış yerlərdə fərdi inşa edilmiş ayrı tikilidə, heyvandarlıq təsərrüfatlarında süd sağım binasının yanında və ya sağım binasında sağım yerindən divar arakəsmə ilə ayrılmış bölmədə yerləşməlidir. 5.1. Məntəqədə südün toplandığı sisternlər və çənlər məntəqənin divarlarından ən azı 60 sm aralıda, döşəmədən ən azı 20 sm hündürlükdə və tavandan isə ən azı 100 sm aşağıda yerləşməlidir. 5.4. Məntəqədə toplanan südün təmasda olduğu material və məmulatlar südün tərkibini dəyişməməli və təhlükəsizlik göstəricilərinə təsir etməməlidir. 5.6. Qaydanın 7-ci hissəsində qeyd olunmuş temperaturda südün saxlanılması üçün soyuducu avadanlıqlar quraşdırılmalıdır. 6.11. Bu Qaydada qeyd olunan normadan yüksək olan temperaturda, günəşin birbaşa şüalarına, güclü işığa, yağışa, toza, küləyə və hər hansı xarici fiziki, kimyəvi və bioloji təsirə məruz qalma ehtimalı olan südün məntəqədə toplanmış digər südlə qarışdırılmasına yol verilməməlidir. 6.13. Bu Qaydada qeyd olunan tələblərə uyğun avadanlıqlar yuyulub dezinfeksiya edilməlidir. 6.14. Məntəqə ərazisi təmiz saxlanılmalıdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Qida X2-X17 tərəfindən "xxxx" MMC-nin direktoru Yasin İsmayılov barəsində “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” MN ******* saylı, 30 avqust 2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında “Femerlər”-nin hüquqşünası və nümayəndəsi Aqşin İsmayılov tərəfindən ət və süd məhsullarının satışı zamanı müəssisə tərəfindən heç bir pozuntu edilmədiyi qeyd edilsə də, bu öz təsdiqini tapmamışdır. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, həqiqətən də pozuntu edilməklə ət və süd məhsullarının satışının həyata keçirildiyi yer Yasin İsmayılovun direktoru olduğu "xxxx" MMC-yə məxsus olan Sumqayıt şəhəri 53-cü məhəllədə yerləşən Kənd təsərüffatı məhsullarının satışı bazarıdır. Məhkəmə iclasında təqdim edilmiş fotəşəkillərə baxış keçirərkən müəssisə tərəfindən Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq sanitariya normaları və qaydaları”, “Süd toplama məntəqələrinə dair baytarlıq sanitariya norma və qaydaları”-nın tələblərinin pozulduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, fotoşəkillərdən həqiqətən də satışda olan ətlərin aşkar surətdə çarpaz çirklənməyə birbaşa məruz qaldığı, ət və süd məhsullarının satışı bölməsinin soyuducularla təmin edilmədiyi, ətlərin soyuducuda deyil, üzəri çirkli karton materialdan olan piştaxtaların üzərində saxlanıldığı, ətlərin satış yerinin qapalı deyil, hər tərəfi açıq olan ərazi olduğu müəyyən edilmişdir. Bundan başqa təqdim edilmiş fotoşəkillərlə çörək bulka məmulatlarının açıq halda saxlanıldığı, işçilərin fərdi qoruyucu vasitələrdən istifadə etmədikəri, qida məhsullarının döşəmədən məsafəli saxlanılmadığı öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Yasin İsmayılov adı çəkilən kollegiya qərarlarının tələblərini pozmuşdur. Belə ki, Yasin İsmayılov pozuntuların aradan qaldırılması üçün ona müxtəlif vaxtlarda yaradılan imkanlardan verilən müddətlərdən istifadə etməmiş, pozuntuları aradan qaldırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X2 X13 "xxxx" MMC-nin direktoru X10 barəsində “İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında” MN ******* saylı, 30 avqust 2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ramiz Quliyev