Məhkəmə qərarları › İş №3(060)-289/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-289/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-289/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Zərərçəkmiş "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 25.01.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 17.01.2022-ci il tarixdə 04:50 radələrində ünvan 2 ünvanına məxsus 88,50 manat dəyərində, 16.01.2022-ci il tarixdə saat 05:30 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, bina 20, mənzil 10 ünvanına məxsus 80 manat dəyərində, 17.01.2022-ci il saat 05:15 radələrində ünvan 3 ünvanına məxsus 88,58 manat dəyərində, 17.01.2022-ci il saat 05:00 radələrində ünvan 4 ünvanına məxsus 88,58 manat dəyərində, 17.01.2022-ci il saat 05:00 radələrində ünvan 5 ünvanına məxsus 88,58 manat dəyərində, 18.01.2022-ci il saat 06:00 radələrində ünvan 6 ünvanına məxsus 88,58 manat dəyərində, 16.01.2022-ci il tarixdə ünvan 7 ünvanına məxsus 80 manat dəyərində, 16.01.2022-ci il tarixdə ünvan 8 ünvanına məxsus 80 manat dəyərində, 17.01.2022-ci il tarixdə ünvan 9 ünvanına məxsus 80 manat dəyərində, 15.01.2022-ci il tarixdə ünvan 10 ünvanına məxsus 88,58 manat dəyərində, 21.01.2022-ci il tarixdə ünvan 11 ünvanına məxsus 88,58 manat dəyərində, 15.01.2022-ci il tarixdə ünvan 12 ünvanına məxsus 88,58 manat dəyərində, 16.01.2022-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, bina 20, mənzil 10 ünvanına məxsus 88,58 manat dəyərində, 21.01.2022-ci il tarixdə ünvan 13 ünvanına məxsus 88,58 manat dəyərində, 18.01.2022-ci il tarixdə ünvan 14 ünvanına məxsus 88,58 manat dəyərində, 16.01.2022-ci il tarixdə ünvan 15 ünvanına məxsus 80 manat dəyərində, 21.01.2022-ci il tarixdə ünvan 16 ünvanına məxsus 88,58 manat dəyərində, 18.01.2022-ci il tarixdə ünvan 17 ünvanına məxsus 80 manat dəyərində, 16.01.2022-ci il tarixdə ünvan 18 ünvanına məxsus 80 manat dəyərində, 17.01.2022-ci il tarixdə ünvan 19 ünvanına məxsus 88,58 manat dəyərində, 21.01.2022-ci il tarixdə ünvan 20 ünvanına məxsus 88,58 manat dəyərində, 15.01.2022-ci il tarixdə ünvan 21 ünvanına məxsus 88,58 manat dəyərində, 17.01.2022-ci il tarixdə ünvan 22 ünvanına məxsus 88,58 manat dəyərində su sayağaclarını oğurlayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ziyan vurmuşdur. İş üzrə zərərçəkmiş "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, Şəxs Sumqayıt şəhərində yerləşən 24 ayrı ünvandan su sayağaclarını oğurlayaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ziyan vurmuşdur. Şəxs barəsində qanunvericiliyə uyğun cəzanın tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək bildirdi ki, həqiqətən də Sumqayıt şəhəri ərazisində yerləşən 24 ayrı ünvandan su sayağaclarını oğurlamışdır. Himayəsində 2 azyaşlı uşağı var. O, hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır və bir daha oğurluq edib belə hallara yol verməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 23.01.2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 23.01.2022-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş, 25.01.2022-ci il tarixdə saat 11:00-da azad edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyərək hesab edir ki, inzibati xətanın törədilməsi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş 25.01.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs tərəfindən əməlin təkrar törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. Cəzanın əvvəli 23.01.2022-ci il saat 19:00 tarixindən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs Zərərçəkmiş "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 vurulmuş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 12 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar