Məhkəmə qərarları › İş №3(060)-289/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-289/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-289/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi ilə , Tərəflərin iştirakı olmadan, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qanunsuz olaraq tərtib olunmuş və xx.xx.2024-cü il tarixində barəsində inzibati qaydada 80 (səksən manat) AZN və 3 cərimə balı barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:17 dəqiqədə idarə etdiyi və ona məxsus olan Opel Astra markalı **-BF-*** nömrə nişanlı avtomaşını avtomobili onun tərəfindən Bakı-Quba avtomobil yolunun 26.km-də avtomagistral yolunun sağında yerləşən “Ovqat” kafesinin qarşısında park etmişdir və özü də həmin vaxt kafenin qarşısında olmuşdur, həmin yerdə heç bir dayanma-durma qaydaları qadağan olunması barədə yol nişanı olmayıb və onun tərəfindən olmayan nişanın tələbi pozulmamışdır. BDYPİ-nin əməkdaşları yaxınlıqda yerləşən təhlükəsizlik şəhər kamerasından qanunsuz olaraq onun avtomaşınının görüntüsünü əldə etmiş (kameranın nömrəsi: C308D1522FA38049) qanunsuz olaraq Az.Res İXM-nin 346.4-cü maddəsi ilə elektron qaydada EQ.24897346 saylı xx.xx.2024-cü il tarixli İnzibati Protokol tərtib edərək BDYPİnin əməkdaşı polis polkovnik-leytenantı Elvin Abdullazadənin imzası ilə qanunsuz qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qanunsuz olaraq tərtib olunmuş və xx.xx.2024-cü il tarixində barəsində inzibati qaydada 80 (səksən manat) AZN və 3 cərimə balı barədə qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. - 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. X5 tərəfindən məhkəməyə təqdim edilmiş şikayətə X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24897346 saylı inzibati tənbeh vermə haqqında qərar əlavə edilmişdir. Bu qeyri müəyyənliklə bağlı məhkəmə qeyd edir ki, X5 öz adına qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı fərdi qaydada məhkəmədə mübahisələndirə bilər. X4 X3 adına olan xx.xx.2024-cü il tarixli, EQ 24897346 saylı qərarı mübahisələndirmək hüququ yoxdur. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24897346 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar