Məhkəmə qərarları › İş №3(060)-2890/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2890/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2890/2023 07.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şəxs, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1972-ci ildə Lerik rayonu, Siyov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da Sumqayıt şəhəri, 30-cu məhəllədə “Madonna Butik” geyim mağazasına gələrək Zərərçəkmiş şəxs2 və satıcı Zərərçəkmiş şəxs1 döyərək söyüb təhqir etmiş, xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da Sumqayıt şəhəri, 30-cu məhəllədə “Madonna Butik” geyim mağazasına gələrək Zərərçəkmiş şəxs2 və satıcı Zərərçəkmiş şəxs1 döyərək söyüb təhqir etmiş, xırda xuliqanlıq etmişdir. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, zərərçəkmiş şəxslərlə heç bir qərəzi yoxdur. Oğlu cüdo idman müəllimidir. Pərvanə xanımın oğlu onun oğlunun yanına məşqə gedir. Pərvanə xanımın onun oğluna 40 manat borcu qalmışdır. Pərvanə xanım pulu ona vermək üçün onu çağırmış, lakin pulu verməmiş, onu çöldə söyüb təhqir etmişdir. O da ona cavab qaytarmışdır. Daha sonra içəri girərək onu danışdırıb səsini yazmışlar. Pərvanəni həmin gün, Samirəni isə növbəti gün söymüşdür. Əməlindən peşmandır. Hər iki zərərçəkmiş şəxsdən üzr istəyir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Müdafiəçi Vəkil inzibati xətanı törətmiş şəxs barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, Sumqayıt şəhərində geyim mağazası işlədir. Pərvanə xanım da orada işləyir. Pərvanə xanımın oğlu Kəmalə xanımın oğlunun yanına idman məşqinə gedir. Pərvanənin ona 20 manat borcu qalmış, o da Pərvanəyə bildirmişdir ki, Kəmalənin onlara 35 manat borcu qalmış, oradan 20 manat silsin, qalan 15 manatı versin və çıxıb getmişdir. Daha sonra Pərvanə ona zəng vurmuşdur ki, Kəmalə onu söyüb təhqir edir. O da gələrək kameraya baxmış və DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Bir gün sonra Kəmalə yenidən gələrək söyüb təhqir etmişdir. Onlar da yenidən DİN-nin 102 xidmətinə zəng vurmuşlar. Birinci hadisə 27 noyabr tarixdə olmuş, o, hadisədən sonra gəlmişdir. İkinci hadisə 28 noybar tarixdə olmuşdur. Şikayətçidir. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, hadisə qeyd edildiyi kimi olmuşdur. Kəmalə onu söyüb təhqir etmiş, bir gün sonra yenidən gələrək Samirəni və onu təhqir etmişdir. Onlar da DİN-nin 102 xidmətinə məlumat vermişlər. Şikayətçidir. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması özünün, zərərçəkmiş şəxslərin ifadəsi və işdə olan digər sənədlərlə təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxsnun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar