Məhkəmə qərarları › İş №3(060)-2891/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2891/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2891/2023 22.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ YPX inspektoru, polis baş serjantı X2, Qərardan şikayət vermiş şəxs Məmmədov Nəsimi Səfiyar oğlunun iştirakı ilə, Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərarından X3 Səfiyar oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Səfiyar oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2.2-ci maddəsi ilə Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməklə icraata xitam verilməsi və cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məmmədov Nəsimi Səfiyar oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Pİ-nin DYPİ-nin İXP5792071 saylı xx.xx.2023-cü il tarixli protokoluna əsasən AR İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Hadisə ilə bağlı bildirmək istəyir ki, o, istifadəsində olan 50CC009 dövlət qeydiyyat nişanlı BMV-F10 markalı avtomaşını Sumqayıt şəhər «Dörd Qardaş» şadlıq sarayına yaxın olan ərazidə idarə edərkən Sumqayıt şəhər DYP əməkdaşları tərəfindən saxlanılmış və 99YP091 DQN-lı YPX maşınında olan əməkdaşlar Samir Nəbiyev və kapitan Ramazanzadə Fariz ona bildirmişlər ki, maşında 4 ədəd səsboğucu (qluşitel) olduğu üçün maşın cərimə meydançasına aparılacaqdır. O, həmin vasitələrdən istifadə etmədiyini və hər hansı bir qanun pozuntusu törətmədiyini bildirdikdə isə bu əməkdaşlar maşında əyləşmiş dostunu və onun həyat yoldaşını maşından düşürmüş və maşını onun razılığı olmadan cərimə meydançasına aparmışlar. O, bundan sonra bu qanunsuzluq və özbaşınalıqlar barədə yuxarı orqanlara şikayət etmiş və hadisədən 41 gün sonra köhnə tarixlə- xx.xx.2023-cü il tarixlə bu fakt üzrə protokol yazılaraq elektron sistemə qoyulmuş və bu barədə xx.xx.2023-cü ildə onun mobil telefonuna SMS məlumat göndərilmişdir. O, maşınının qanunsuz olaraq cərimə meydançasına aparılması barədə şikayət etdikdən sonra YPX əməkdaşları xx.xx.2023-cü il tarixdə həmin maşını evakuatora qoymaqla apardıqları yerdə ona təhvil vermişlər. Qeyd olunan qanunsuz protokol əsasında qərar xx.xx.2023-cü il tarixdə sistemə vurulmuş və bu qərarda da tarix xx.xx.2023-cü il göstərilmişdir. Onun barəsində AR İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmaqla ona 150 manat cərimə yazılmışdır. O, qərarı tamamilə qanunsuz hesab edir və bir daha bildirir ki, onun tərəfindən hər hansı bir inzibati xətaya yol verilməmiş və bu ona qarşı edilmiş haqsızlıqdır, bundan başqa onun haqqında protokol və qərar proosessual pozuntulara yol verilməklə tərtib olunmuş və ləğv olunmalı, cərimə silinməlidir. Qeyd olunanlara əsasən Sumqayıt şəhər Pİ-nin DYPİ-nin İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərarı ləğv etməklə barəsində olan inzibati icraata xitam verilməsi və cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Məmmədov Nəsimi Səfiyar oğlu şikayət ərizəsini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhər «Dörd Qardaş» şadlıq sarayına yaxın olan ərazidə avtomobilini idarə edərkən Sumqayıt şəhər DYP əməkdaşları tərəfindən saxlanılmış, yol polis əməkdaşları onun ailəsini avtomobildən düşürmüş, avtomobili cərimə meydançasına aparmışlar. 41 gündən sonra ona cərimə yazılmış, 56 gündən sonra avtomobili eyni vəziyyətdə evakuatorun üzərində gətirib ona təhvil vermişlər. Avtomobili ölkəyə bu vəziyyətdə gətirmiş, sənədləşdirmiş və avtomobil texniki baxışdan keçirilmişdir. Heç bir qayda pozuntusuna yol verməmişdir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X4 bildirdi ki, şəxsi Səməd Vurğun küçəsində saxlamışlar. Avtomobildə bir kişi və bir qadın olmuş, onlar düşüb getmişlər. Avtomobilə ikinci səs boğucu avadanlıq quraşdırıldığı üçün cərimə meydançasına təmin edilmiş və protokol tərtib edilmişdir. Avtomobilin cərimə meydançasından buraxılması onun səlahiyyətinə aid olmadığından avtomobilin necə buraxılması barədə məlumatı yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından görünür ki, Məmmədov Nəsimi Səfiyar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasinin Qanununun 1 saylı Əlavəsinin Vİ hissəsinin 4-cü bəndinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə mühərrikin istismarı qadağan edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan səs boğucu kustar üsulla deyil, zavod üsulu ilə avtomobilə quraşdırılmış, vətəndaş tərəfindən normativ tələblər pozulmaqla hər hansı avadanlıq quraşdırılması və ya dəyişdirilməsi sübuta yetirilmir. Bundan başqa avtomobil texniki baxışdan keçirilmişdir. Qanunun tələbinə əsasən avadanlıq mühərrikin səs gücünün artırılması məqsədi ilə quraşdırıldıqda qadağan edilir. Lakin məhkəmə araşdırması zamanı qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda avtomobil cərimə meydançasına aparıldığı vəziyyətdə də vətəndaşa yenidən təhvil verilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. Həmin Qanunun 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndində əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Məmmədov Nəsimi Səfiyar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məmmədov Nəsimi Səfiyar oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar