Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2892/2023 08.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X3, Tələbkar – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an Şəxsnun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(0600-728/2021 saylı və 2(060)-2979/2023 saylı icra sənədlərinə əsasən Zərərçəkmiş şəxs 2798 manat və X1 cəmi 3160 manat ödənilməlidir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-728/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 3168 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2979/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 3554 manat məbləğində pul və 56 manat ödənilmiş dövlət rüsumu alınaraq X1 ödənilməlidir. xx.xx.2023-cü il tarixdə icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu birinci icra sənədi üzrə cəmi 400 manat ödəniş etmişdir. Borclu oktyabr ayında icra idarəsində olarkən ikinci icra sənədi barədə ona şifahi məlumat verilmiş, sms bildirişlər göndərilmiş, bildiriş və qərar isə bu gün ona təqdim edilmişdir. Bu günə qədər şəxslə əlaqə saxlaya bilməmiş, barəsində axtarış elan olunmaqla bu gün, yəni xx.xx.2023-cü il tarixdə icra idarəsinə gətirilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, o, qeyd olunan məbləği faizlə borca almışdır. Əvvəl işi başqa icra məmurunda olmuş, həmin vaxt barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmiş, məhkəmədə iş üzrə icraata xitam verilmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar onun ziyanına ləğv edilmişdir. O, birinci icra sənədi üzrə hər ay 50 manat ödəniş etmək istəyir, lakin tələbkar razılaşmır. İkinci icra sənədi barədə onun məlumaı yoxdur. İşsizdir, kirayədə yaşayır, oğlu xəstədir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, borclu birinci icra sənədi üzrə 50 manat hissə-hissə ödəniş etmək istəyir, ikinci icra sənədi üzrə isə icra tədbirləri tam görülməmişdir. Borclunun maddi imkanı yoxdur. Məhkəmədən borclu barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclu yalan danışır, illərdir onu aldadır. 2021-ci ildə cəmi 400 manat ödəniş etmişdir, hazırda da 50 manat olmaqla hissə-hissə ödəniş etmək istədiyini bildirir. Hissə-hissə ödənilməsinə razı deyil, pulunu tam şəkildə tələb edir. Əks təqdirdə həbs olunmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar X2 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu, barəsində protokol tərtib edilmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o, inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-728/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 3168 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 577/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmine dilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-728/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2979/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 3554 manat məbləğində pul və 56 manat ödənilmiş dövlət rüsumu alınaraq X1 ödənilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-457/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Şəxs məcburi qaydada Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3334/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-805/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2979/2023 saylı, xx.xx.2023-cü il tarixli, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-728/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən məhkəmə qərarının lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-2892/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2892/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver