Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2892/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər X24 şöbəsinin inspektoru, polis mayoru X3, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Samid oğlunun və onun qanuni nümayəndəsi X8, Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.2008-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 22 noyabr 2024-cü il tarixli, İXP6699856 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X23 Şöbəsinin inspektoru, polis mayoru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Sumqayıt şəhəri, Z.Hacıbəyli küçəsi ərazisində “Hyundai Elantra” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 15 noyabr 2024-cü il tarixdə saat 03:45-də idarə edən zaman yol hərəkət qaydalarını pozaraq həmin küçədə yerləşən X10 məxsus köşkə məxsus soyuduculara maddi ziyan vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs yetkinlik yaşına çatmayan şəxsdir və sürücülük hüququ yoxdur. Bununla əlaqədar olaraq atası X17 qanuni nümayəndə qismində dəvət edilmişdir. Hadisə ilə bağlı tərəfindən araşdırma aparılmış, yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş, inzibati xətanı törətmiş şəxsin və qanuni nümayəndəsi, zərərçəkmiş şəxsin izahatları alınmışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun sürücülük hüququ yoxdur. xx.xx.2024cü il tarixdə saat 03:45 radələrində Sumqayıt şəhəri, Z.Hacıbəyli küçəsində dostunun atasına məxsus olan “Hyundai Elantra” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən hava yağmurlu olduğundan idarəetməni itirmiş və nəticədə idarəetmə itirərək yolun sağında olan köşkün soyuducularına dəymişdir. Zərərçəkmiş şəxslə razılıq əldə edilməsini, ona dəymiş maddi ziyanı ödəyəcəyini, əməlindən peşman olduğunu qeyd etmişdir. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi X17 izahatında bildirmişdir ki, oğlu Şəxs sürücülük hüququ olmadan xx.xx.2024-cü il tarixdə saat 03:45 radələrində Sumqayıt şəhəri, Z.Hacıbəyli küçəsində dostunun atasına məxsus olan “Hyundai Elantra” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən idarəetməni itirmiş və nəticədə avtomobil yoldan çıxaraq yolun kənarında olan köşkün qarşısındakı soyuduculara dəymişdir. Hal-hazırda zərərçəkmiş şəxslə razılıq əldə edildiyini, ona dəymiş maddi ziyanı ödəyəcəyini və oğlu ilə profilaktik söhbətlər aparacağını qeyd etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X13 izahatında bildirmişdir ki, Şəxs 15.11. 2024-cü il tarixdə saat 03:45 radələrində Sumqayıt şəhəri, Z.Hacıbəyli küçəsində “Hyundai Elantra” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən idarəetməni itirərək ona məxsus köşkün qarşısında olan 5 (beş) ədəd soyuducuya dəymişdir. Zərbənin təsirindən soyuducular və işərisində olan içki məmulatları yararsız vəziyyətə düşmüşdür. Hadisə nəticəsində heç kim xəsarət almamış və ona ümumilikdə 8020 manat məbləğində ziyan dəymişdir. Hazırda barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə ona dəymiş ziyanın ödənilməsinə dair razılığa gəlmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X1 Fəxri Samir oğlunun yetkinlik yaşına çatmayan şəxs olmasının, zərərçəkmiş şəxslə razılıq əldə edilməsinin nəzərə alınaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici izahatı, yol-nəqliyyat hadisəsinin sxemi, həmçinin inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 noyabr 2024-cü il tarixli, İXP6699856 saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Z.Hacıbəyli küçəsi ərazisində “Hyundai Elantra” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 15 noyabr 2024-cü il tarixdə saat 03:45-də idarə edən zaman yol hərəkət qaydalarını pozaraq həmin küçədə yerləşən X10 məxsus köşkə və orada olan soyuduculara maddi ziyan vurmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da, köşkün qarşısında olan soyuduculara maddi zərər dəymişdir. Şəxs Sumqayıt ŞPİ-də verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, Sumqayıt şəhəri, Z.Hacıbəyli küçəsində dostunun atasına məxsus olan “Hyundai Elantra” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən idarəetməni itirmiş və nəticədə avtomobil yoldan çıxaraq yolun sağında olan köşkün soyuducularına dəymişdir. xx.xx.2024-cü il tarixdə X14, X12 və X5 tərəfindən tərtib edilmiş ziyan aktında vurulmuş ziyanın məbləği 8020 (səkkiz min iyirmi) manat məbləğində qiymətləndirilmişdir. Şəxs məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.2008-ci il tarixli AZİİ seriyalı 101189 nömrəli, doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, o xx.xx.2024-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2.-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), inzibati xətanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini (İXM 32.1.2) nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əsədov X11 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yradım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2892/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2892/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver