Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2894/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Zərərçəkmiş (tələbkar) Zərərçəkmiş şəxs Əlibala oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şamaxı rayonu, Dzerjinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Kənan Məhərrəmov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şamaxı Rayon Məhkəməsinin 2(074)- 474/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2861 manat Zərərçəkmiş şəxs verilməli olsa da, borclu üzürsüz səbəbdən icra sənədini icra etməmiş, qismən ödəniş etmiş, buna baxmayaraq 2460 manat borcu qalmış, nəticədə o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Kənan Məhərrəmov izahatında bildirdi ki, borclu Şəxs Şamaxı Rayon Məhkəməsinin adı çəkilən icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün ümumilikdə 2461 manat qalıq borcu yaranmışdır. İş icraata daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə borclu Şəxs bildirişlə tanış olmuşdur. Borclu icra sənədinin icrası barədə dəfələrlə xəbərdar olunsa da, bu günə kimi cəmi 400 manat ödəniş etmişdir. Qeyd edir ki, Şəxs qeydiyyatda olduğu ünvanda yaşadığı üçün barəsində xx.xx.2024-cü il tarixdə “Borclunu axtarılması barədə qərar” qəbul edilmişdir. Bu günə kimi məhkəmə qərarı icra edilmədiyi üçün borclu barəsində protokol tərtib olunub baxılması üçün məhkəməyə təqdim edilmişdir. Hazırda borclu borcundan daha 200 manat ödəmiş, qalıq borcun hissə-hissə ödənilməsi barədə bir-birilə razılığa gəlmişlər. Tələbkar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun məhkəmə qərarı üzrə 2861 manat tələbkara borcu olmuş, həmin puldan qismən ödəsə də hazırda 2460 manat borcu qalmışdır. Belə ki, bu günədək sözügedən icra sənədi üzrə borcdan tələbkara 400 manat ödəniş etmişdir. Hal-hazırda həmin borcdan daha 200 manat ödəniş etmiş və qalan borc məbləğini hər ayın 30-na kimi 100 manat olmaqla ödənilməsi barədə tələbkarla razılığa gəlmişdir. Qeyd edir ki, bu günə kimi borcunu imkansızlıqdan ödəyə bilməmişdir. Məhkəmədən dörd azyaşlı uşağının olması faktını nəzərə almağı, eyni zamanda yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmədə inzibati xəta haqqında iş üzrə Zərərçəkmiş şəxs bildirdi ki, borclu Şəxs ona 2410 manat pul və dövlət rüsumunun əvəzi kimi 51 manat ödəniş etməlidir. Bu günə kimi borclu ona ümumi borc məbləğindən 400 manat ödəniş etmişdir. Hal-hazırda, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona daha 200 manat ödəniş etmişdir. Şəxs ona 2260 manat borcu qalmışdır. Qeyd edir ki, borclu ilə qalan borc məbləğinin hissə-hissə ödənilməsi barədə razılığa gəlmiş, odur ki, məhkəmənin icraataında olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Şamaxı Rayon Məhkəməsinin 2(074)-474/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2810 manat və dövlət rüsumunun əvəzi kimi 51 manat alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Qərarın könüllü icrası barədə bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Elektron İcra İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, borclu Şəxs tərəfindən qətnamə üzrə 2861 manat borcdan 600 manat ona ödənilmiş, qalan 2261 manat borcun hər növbəti ayın 30-na kimi 100 manat olmaqla ödənilməsinə razılaşmışlar. Bu səbəbdən borclu barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, zərərçəkmiş (tələbkar) şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tələbkarın ərizəsini, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs qətnamə üzrə 2861 borcdan müxtəlif vaxtlarda 600 manat ödənmiş, qalıq borcun hissə-hissə ödənilməsi barədə aralarında razılıq əldə etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, icra məmuru “İcra Haqqında” qanunda nəzərdə tutulmuş bütün mümkün icra tədbirləri həyata keçirmədən və borcun ödənilməməsinin nəticələri barədə borclu ilə profilaktik söhbətlər aparmadan daha sərt inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şəxs yığılmış borcunun ödənilməsinin vacibliyi izah edidikdən dərhal sonra o, borcundan daha 200 manatını tələbkara ödəmiş, eyni zamanda qalıq borcun hissə-hissə ödənilməsi barədə tələbkarla razılığa gəlmişdir. Bu barədə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim etmiş, eyni zamanda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona hüquqi yardım göstərilməsindən imtina etmişdir. İmtina etməsinin səbəbi maddi vəziyyəti ilə əlaqədar deyildir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2894/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2894/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver