Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2896/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərəçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə, Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Zabrat qəsəbəsində yaşayan (Fin: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 364/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və nəticədə 7750 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, icra sənədi idarəyə daxil olduğu vaxtdan etibarən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə elektron icra sistemi vasitəsilə bildiriş göndərilmiş, eyni zamanda dəfələrlə onunla telefon vasitəsilə əlaqə saxlanılmışdır. Şəxs idarəyə gəlmədiyi üçün barəsində axtarış qərarı çıxarılmış və qərar Ağdam Rayon Polis İdarəsinə göndərilmişdir. Bu gün Şəxs özü idarəyə gəlmişdir. İdarədə tərəflər arasında razılıq əldə edilmədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin, tərəflər arasında məhkəmədə razılıq əldə edilmişdir. Qeyd edilənlərə əsasən icra məmuru tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə həvalə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirmişdir ki, borcun ödənilməsi ilə bağlı “102” xidmətinə dəfələrlə müraciət etmişdir. Şəxs ikinci həyat yoldaşı alimentin ödənilməsinə mane olmuş, müəyyən müddət keçdikdən sonra Şəxs 50 manat, 100 manat ödəniş etməyə başlamışdır. Həmin vaxtadək uşaqların bütün xərclərini özü ödəmiş, uşaqlarını xəstə olduqda həkimə apara bilməmişdir. Uşaqların sənədləri qaydasında olmadığına görə övladı məktəbə bir il gec başlamışdır. Şəxsla hazırda ödənişlə bağlı razılığa gəldikləri üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hal-hazırda məhkəmədə zərərçəkmiş şəxsə 500 manat ödəniş etmişdir. Bundan sonra zərərçəkmiş şəxsə hər ay ödəməli olduğu 400 manat sabit pul məbləğində alimentə 100 manat əlavə edərək ödənişlərini vaxtında yerinə yetirəcəkdir. Aliment borcunun ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılıq əldə edildiyindən barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X9 izahatında barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs X8 arasında razılıq əldə edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal Rayon Məhkəməsinin 2(004)-364/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 200 manat,cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tələbkar X4 xeyrinə tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2023-ci il tarixli bildirişin surətindən görünür ki, 2(004)-364/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Şəxs həmin bildirişi xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə borclu Şəxs barəsində axtarış elan edilmiş və xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün qeydiyyatda olduğu Ağdam rayon Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra sənədi üzrə zərərçəkmiş şəxs X8 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında razılıq olmuş və icra sənədi üzrə zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizəsini təqdim edərək ayda 500 manat olmaqla hissə-hissə ödəniş edilməsinə razı olduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə məhkəmə iclasında təqdim edilmiş ərizələri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs bir müddət işləmədiyindən ödənişlər edə bilməmişdir, hazırda zərərçəkmiş şəxslə razılığa gəlmiş, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs maddi imkanı olmadığından icra sənədi üzrə aliment borcunu tam ödəyə bilməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmamış, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən boyun qaçırmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yradım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2896/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2896/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver