Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2898/2025 24.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30078074 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30078074 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin rəsmi işçisidir. "xxxx" MMC-nin rəsmi işçisi olmaqla həmin şirkətə məxsus nəqliyyat vasitəsi ilə şirkətin yüklərini daşıyır. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə saat 09:17:15 radələrində idarə etdiyi «X5” yük markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şabran rayonu, Mollakamallı kəndi ərazisində Bakı şəhəri istiqamətində yolun 129-cu kilometrliyində hərəkət edərkən İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi əsas göstərilməklə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəqliyyat vasitəsinin çəkisi barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə ötürülmüş, onun iştirakı olmadan real vaxt rejimində, elektron sənəd şəklində xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30078074 saylı inzibati tənbeh vermə haqqında elektror qərar çıxarılmış və mən Azərbaycan Respublikasının İXM-nin 353.5-ci maddəsi ilə (İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (nəqliyyat vasitəsinin icazə verilən çək və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumikütlə və у oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomob. yollarında idarə edilməsi) il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi) təqsirli bilinmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında qərarın qəbul edildiyi xx.xx.2025-ci il il tarixdə "xxxx" MMC-nin rəsmi işçisi olmaqla həmin şirkətə məxsus idarə etdiyi «X5” yük markalı, **-JT-*** dövlət nəqliyyat vasitəsində daşıdığı yükün miqdarı qanunvericilikdə nəzərdə tutulmuş həddi (40.000 (qırx min) kiloqram) aşmamışdır. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli yük barədə çekdən göründüyü kimi xx.xx.2025-ci il tarixdə «X5” yük markalı, **-JT-*** dövlət nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 39190 kiloqram olmuşdur. Nəqliyyat vasitəsində qeyd olunan sənəddə göstərilən yükdən əlavə yük olmamışdır. Buna baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin Abduləlizadə idarə etdiyi nəqliyyat vasitəsində inzibati xətanın baş verdiyi tarixdə daşınmış yükün çəkisi barədə sənədləri tələb etmədən və heç bir araşdırma aparmadan onun guya həmin tarixdə inzibati xəta törətməyinin təsdiq edildiyi qeyd etmiş, lakin onun yol-hərəkəti qaydalarını pozduğunu təsdiq edən hər hansı bir sübutu ona təqdim etməmiş və ya qəbul edilmiş qərara əlavə etməmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən onun Azərbaycan Respublikasının İXMnin 353.5-ci maddəsi ilə təqsirli olmağı barədə gəlinmiş qənaət yanlışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən heç bir araşdırma aparılmamış və heç bir əsaslı səbəb olmadan onu təqsirli bilmişdir. Göründüyü kimi, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmağı öz təsdiqini tapmamışdır. Onun tərəfindən yolhərəkət qaydaları pozulmadığı halda, barəsində inzibati tənbeh tətbiq etmə barədə qəbul edilmiş qərar işin faktiki hallarından göründüyü kimi və qanunvericiliyin normaları nəzərə alınmaqla əsassız və qanunsuz olaraq qəbul edildiyindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30078074 saylı inzibati xəta haqqında qərar ləğv edilməli və onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməyimə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 53 və 105-ci maddələrini rəhbər tutaraq şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30078074 saylı inzibati xəta haqqında qərar ləğv edilməyini, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməyinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməyini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, apardığı yükün faktiki çəkisi 39200 kq olmasına baxmayaraq, 42580 kq yük çəkisi qeyd ediblər. Lakin həmin yükün çəkisinin 39200 kq olmasını təsdiq edən sübutlar və möhürlü sənədlər var. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə 20 avqust tarixində təxminən saat 9-10 arası baş verib. “Sms Radar” tətbiqindən cərimə bildirişi gələn kimi geri qayıdıb və karyerdən tərəzi qəbzi əldə edib. O, həmin tarixdə şebel adlı yükü karyerdən götürüb “X7” adlanan yerə aparırdı. Yola düşməzdən əvvəl yük maşını tərəzidə çəkilmiş və çəkisi 39200 kq olmuşdur. Qeyd edir ki, çəkisinin 40 ton olması mümkün deyil, o qədər çəkidə yük avtomobilə yüklənmir. Onun yükünü apardığı şirkət və karyer eyni müəssisə deyil, fərqlidirlər. Bundan əvvəl də yük avtomobilinin tərəzidə çəkisinin artıq olmasına görə cərimə tətbiq olunmuşdur. Həmin vaxt avtomobilin yüklə birlikdə çəkisi 39500 kq olmuşdur. Lakin avtomobilin təkərinin qalxması səbəbi ilə oxlar düzgün hesablanmamışdır. Həmçinin, həmin vaxt indiki avtomobil barəsində elektron qərar qəbul edilsə də, avtomobili idarə edən o yox, onun verdiyi etibarnamə əsasında başqa şəxs olub. Hal-hazırda elektron qərara əsasən hesablanmış 1200 manat cərimənin üzərinə dəbbə pulu gələrək 1700 manat olmuşdur və o, həmin cərimə məbləğini ödəyə bilmir. Məhkəmədən cərimə növündə inzibati tənbeh tədbiri ilə razılaşmadığının nəzərə alınmasını və silinməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30078074 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30078074 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X5 yük” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 09:17:15-də M-1 129 km Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində hərəkətdə olarkən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildiyinə görə sürücü X2 Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan, ona əlavə edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərdən və fotoşəkillərin üzərində olan qeydlərdən, həmçinin görünür ki, inzibati xəta hadisəsi hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə aşkar edilmişdir. Çəki limiti 40.000 kq (40 ton) olsa da, avtomobilin faktiki çəkisi 42.580 kq olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 49385 nömrəli tərəzi qəbzindən görünür ki, "xxxx" MMC-ə məxsus “Mercedes” markalı avtomobilin çəkisi 39190 kq olmuşdur. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X5 yük” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 09:17:15-də M-1 129 km Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində hərəkətdə olarkən icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşması xüsusi texniki vasitə ilə aşkar edilmiş, X2 barəsində elektron inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ30078074 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. X3 tərəfindən təqdim edilən tərəzi qəbzi isə mötəbər sübut olaraq elektron qərarın ləğv edilməsi əsası kimi qiymətləndirilə bilməz. İş materiallarına əlavə edilmiş tərəzi qəbzinin qeydə alınma tarixi və saatı, nəqliyyat vasitəsinin marka və dövlət qeydiyyat nişanı elektron qərar ilə uyğunluq təşkil etsə də, həmin qəbzin kimin tərəfindən və harada tərtib olunması qeyd olunmamışdır. Qəbzdə sadəcə operator Administrator olması, şirkətin möhürü mövcuddur. Bundan başqa, ölçmə həyata keçirildikdən sonra nəqliyyat vasitəsinə əlavə yükün yüklənməsi faktı təsdiqini tapmasa da, istisna da edilmir. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakı kimi göstərilmişdir. 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-in Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30078074 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30078074 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2898/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2898/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver