Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-29/2022 02.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X4, Zərərçəkmiş şəxs – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Zəngilan rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Vətəndaş Şəxs barəsində 03.12.2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, Şəxs 11.11.2021 ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, “Ən ucuz” marketin yaxınlığında “Azərbaycan Beynəlxalq Bankı”-na məxsus ünvan 2 ünvanında yaşayan X3 aldadaraq 250 manat məbləğində pul çıxartmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs – X7 məhkəmə iclasında bildirdi ki, vətəndaş Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Şahin Abbsov tərəfindən qəbul edilmiş 21 noyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün onlara göndərilmişdir. Aparılan araşdırma zamanı Şəxs oğurluq törətdiyi müəyyən edilmiş və əməldə Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi olduğundan, sonuncu barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qərar 1-ci PB-nə göndərilmişdir. Buna görə də həmin fakt əsasında Şəxs barəsində 03 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Şəxs 11.11.2021-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, “Ən ucuz” marketin yaxınlığında “Azərbaycan Beynəlxalq Bankı”-na məxsus ünvan 2 ünvanında yaşayan X3 aldadaraq 250 manat məbləğində pul çıxartmışdır. Odur ki, inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 11.11.2021-ci il tarixində ümumiyyətlə qeyd olunan ərazidə olmamış və kartdan pul çıxarmamışdır. Qeyd etdiklərini nəzərə alaraq barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, 11.11.2021-ci il tarixdə, saat 10:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Ən ucuz” marketin yaxnında olan “Azərbaycan Beynəlxalq Bankı”-na məxsus bankomatından həyat yoldaşı X6 oğluna məxsus təqaüd kartından pul çıxarmaq istəmişdir. Özü bunu edə bilmədiyi üçün təqaüd kartını pul çıxarmaq üçün orada olan tanımadığı bir şəxsə pul çıxarmasına ona köməklik göstərməsi üçün vermişdir. Bu zaman həmin şəxs onunla razılaşmış və köməklik gösstərəcəyini deyib kartı götürmüşdür. Lakin hesabda pul olmadığını və bu səbəbdən pulun çıxarılmasının mümkün olmadığını bildirmişdir. Daha sonra zərərşəkmişə məlum olmuşdur ki, həmin şəxs təqaüd kartından pulu çıxarmış və özünə götürmüşdür. Pulu çıxaran şəxsin görünüşünü papaq və tibbi maska taxdığı üçün tam xatırlamadığını, polis bölməsində Şəxs görəndə alın nahiyyəsindən ona bənzətdiyini bildirmişdir. Məhkəmədən qanunla nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs həmin əməli törətməməsini nəzərə alaraq onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Sumqayıt şəhər Məhkəməsinə ünvanlanmış 10.12.2021-ci il tarixli, 3(060)-3774/2021 saylı məktubundan görünür ki, təqdim edilən məlumatlar üzrə qərarda qeyd edilmiş Muradova (Tumasova) Mənzurə Nəcəf qızının adına təqaüd kartı aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş ”Azərbaycan Beynəlxalq Bankı” tərəfindən 27.01.2022-ci il tarixdə məhkəməyə daxil olmuş 1 ədəd CD diskinə baxış zamanı videogörüntüdə olan şəxsin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müəyyən etmək mümkün olmamışdır. İnzibati xətaya dair iş materiallarından görünür ki, vətəndaş Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Şahin Abbasov tərəfindən qəbul edilmiş 21 noyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin sahə rəisi X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün protokolu məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 6-ci maddəsində qeyd olunmuşdur ki: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədiyi subuta yetirilmədiyi üçün barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xətanı törədən şəxsin müəyyən edilməsi üçün iş materialları Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə müvafiq araşdırma aparılması üçün geri qaytarılmalı və zərər dəymiş bank kartının sahibi zərərçəkmiş şəxs qismində cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. İnzibati xətanı törədən şəxsin müəyyən edilməsi üçün iş materialları Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə göndərilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-29/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-29/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver