Məhkəmə qərarları › İş №3(060)-2900/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2900/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2900/2024 06.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, X1, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Qida X3-X11 İnzibati işlər və Təsərrüfat sektorunun məsləhətçisi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası Qida X3-X11 18 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X6 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida X3-X11 18 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində şərti cərimə edilmişdir. Həmin qərardan narazı qalan X10 şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətlə birlikdə, X10 qeyd olunan qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müaciət etmişdir. X2 buraxılmış prosessual müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Qida X3-X11 rəisi xx.xx.2024-cü il tarixli MN N ******* saylı “cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar” qəbul etmiş və həmin Qərarın xx.xx.2024-cü il tarixdə qüvvəyə minməsi barədə xx.xx.2024-cü il tarixdə ona məlumat verilmişdir. Azərbaycan Respublikasının Qida X3-X11 əməkdaşları 2024-cü il avqust ayında onun işlətdiyi “Dostluq” ailəvi istirahət mərkəzində olmuş, aşkarlanan neqativ hallarla əlaqədar məhdudlaşdırıcı tədbirlər görülmüşdür. Eyni zamanda barələrində xx.xx.2024-cü il tarixli MN N ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar” qəbul edilmişdir. Həmin qərarla onlara 30 gün vaxt verilmiş, Agentlik tərəfindən göstərişlərin yerinə yetiriləcəyi halda cərimənin tətbiq edilməyəcəyi, qərarın qüvvədən düşəcəyi izah edilmişdir. Həmin gündən etibarən kafenin fəaliyyəti tam dayandırılmış, intensiv təmir işlərinə başlanılmışdır. Mətbəxin fəaliyyətinin dayandırılması fürsətindən istifadə edərək əsaslı təmir işlərinə başlanılmış, mətbəxin orta divarı sökülərək genişləndirilmişdir. Nöqsanlar tərəflərindən aradan qaldırılmışdır. Bunu Agentliyin əməkdaşları yerində müşahidə etmişlər. Həmin vaxtı dolabın, şampun qablarının alınıb mətbəxə yerləşdirilməsi kimi xırda nöqsanların həll edilməmiş qalmışdır. Nöqsanlar tərəfindən aradan qaldırılsa da, xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə X8 X4 rəis vəzifəsini müvəqqəti icra edən Ruslan Əsgərov tərəfindən onlara ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-44-212-D-148/24 saylı məktub almış və məktubda göstrilmişdir ki, “törədilmiş hüquqpozmanı aradan qaldırılması üçün müəyyən edilmiş 30 gün müddət ərzində nöqsanların tərəfinizdən aradan qaldırılmadığı və ya müəyyən olunmuş müddət ərzində nöqsanların aradan qaldırılması ilə bağlı tərəfinizdən Agentliyin X7nə hər hansı bir rəsmi müraciət məktubunun daxil olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq barənizdə qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında Qərar xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir”. xx.xx.2024-cü il tarixdə (şənbə günü) poçt vasitəsi ilə məlumatı aldıqdan sonra, ilk iş günü Qida X3-X11 yeni rəhbərliyinə nöqsanların aradan qaldırılması barədə ərizə ilə müraciət etmişdir. Lakin, Agentliyin rəhbərliyi artıq Qərarın qüvvəyə minməsini bildirdiyindən, xx.xx.2024-cü ildə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət vermə müddətini ötürdüyü üçün şikayət və şikayətə əlavə etdiyim sənədlər ona geri qaytarılmışdır. İnzibati cərimə şərti tətbiq edildiyindən və göstərilən nöqsanlar aradan qaldırılması üçün 30 gün vaxt verildiyindən xx.xx.2024-cü il tarixli qərardan şikayət vermək lazım olmadığını düşünmüşdür. Qərarı qəbul etmiş agentliyin nümayəndələri vaxtaşırı restoranda olduqlarından nöqsanların aradan qaldırılmasını əyani olaraq müşayiət etdiklərindən, nöqsanların aradan qaldırıldığını bildirən ərizə ilə Agentliyə əlavə məlumat vermək lazım olduğunu bilməmişdir. xx.xx.2024cü il tarixli qərarın xx.xx.2024-cü il tarixdə qüvvəyə minməsi barədə məlumatı xx.xx.2024cü il tarixdə (şənbə günü) poçt vasitəsi ilə almışdır. xx.xx.2024-cü il tarixli qərarın surətinin alınmasına imza etsə də, qərarı almamışdır. İmzasə olduğundan həmin qərarın ona verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən Qida X3-X14 rəisinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli “cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar”ından şikayət vermə müddətinin ötürülməsinin üzürlü hesab edilərək bərpa edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 vəsatətinin məzmununa uyğun çıxış edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisələndirilən qərarın arxa hissəsində olan qərarın alınmasına dair xx.xx.2024-cü il tarixli qeyd və imza ona məxsus olsa da, bu formal xarakter daşımışdır, o qərarı faktiki olaraq almamışdır. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Qida X3-X11 İnzibati işlər və Təsərrüfat sektorunun məsləhətçisi Nümayəndə1 vəsatətlə razılaşmayaraq bildirmişdir ki, Qida X3-X11 18 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı elə həmin tarixdə də X9 rəsmi qaydada təqdim edilmişdir. Bunu şəxs öz imzası ilə tarixi qeyd etməkə təsdiq etmişdir. Belə ki, bu barədə qərarın onlarda qalan nüsxəsinin arxasında qeydlər aparılmışdır. Həmçinin bildirmişdir ki, qərar rəsmi qaydada təqdim edildikdən 30 gün müddət keçdikdə yoxlama aparılan obyektə video çəkiliş aparılmaqla təkrar baxış keçirilmiş və nöqsanların aradan qaldırılmadığı müəyyən edilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir, eyni zamanda nöqsanlara aradan qaldırılmadığı üçün şərti tətbiq edilmiş cərimə icraya yönəldilmişdir. Göstərilən halları nəzərə alaraq şikayət vermə müddətinin bərpası barədə vəsatətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatətin dəlillərini, eləcə də iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərarın rəsmi qaydada təqdim edilməsini sübut etmə vəzifəsi qərarı qəbul etmiş orqanın üzərinə düşür. İndiki halda qərar qəbul etmiş orqanın nümayəndəsinin təqdim etdiyi sənəddə həmin qərarın barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə 18 sentyabr 2024-cü il tarixdə rəsmi qaydada təqdim edilməsi barədə qeyd vardır. Belə ki, qərarın 2-ci səhifəsinin arxa hissəsində “Qərarın surətini təhvil aldım”, “X13”, “xx.xx.2024” və “imza” qeydləri vardır. Şikayətçi özü də həmin qeydlərin ona məxsus olmasnı etiraf etmişdir. Göründüyü kimi səlahiyyətli orqan üzərinə düşən vəzifəni yerinə yetirərək qəbul edilmiş qərarın 18 sentyabr 2024-cü il tarixdə şikayətçiyə rəsmi qaydada təqdim edilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Lakin, şikayətçi qərarın alınmasına dair qeydlərin ona məxsus olmasını bildirsə də, qeydləri və imzanı formal etdiyini, faktiki olaraq qərarı almadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, bu halda, yəni qeydin formal olaraq aparılması, qərarın faktiki olaraq təqdim edilməməsi barədə iddiaları sübut etmə yükü şikayətçinin üzərinə düşür. Lakin, şikayətçi həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən qərar 18 sentyabr 2024-cü il tarixdə şikayətçiyə rəsmi qaydada verilmiş hesab edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qərarın rəsmi qaydada təqdim edildiyi 18 sentyabr 2024-cü il tarixdən sonra 10 gün müddətində qərardan şikayət verilməməsinin üzrlü səbəbləri barədə şikayətçi məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Şikayətçi buraxılmış prosessual müddətin bərpası barədə vəsatətini inzibati tənbeh tətbiq etmə barədə qərarı almaması, həmçinin Agentlik tərəfindən verilmiş göstərişlər yerinə yetirildiyi halda cərmənin tətbiq edilməycəyi, qərarın bir ay sonra qüvvədən düşəcəyi barədə ona izah verilməsi ilə əsaslandırmışdır. Məhkəmə şikayətçinin birinci dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən qərarın 18 sentyabr 2024-cü il tarixdə şikayətçiyə rəsmi qaydada verilməsi öz təsdiqini tapmışdır. Məhkəmə şikayətçinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, qəbul edilmiş qərarda onun rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilə biləcəyi izah edilmişdir. Qərardan bu müddət ərzində şikayət verilməsi həm də qanunveriliyin tələbidir. Məhkəmə şikayətçinin dəlillərinə münasibətdə eyni zamanda qeyd edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərarda Agentlik tərəfindən verilmiş göstərişlər yerinə yetirildiyi halda cərmənin tətbiq edilməycəyi, qərarın bir ay sonra qüvvədən düşəcəyi barədə hər hansı qeydlər yoxdur. Qərarda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət təyin edilmiş, bu müddət ərzində hüquqpozma aradan qaldırıldığı halda şərti tətbiq edilmiş inzibati cərimənin ödənilməyəcəyi, əks halda isə şərti tətbiq edilmiş inzibati cərimənin ödənilməli olması qeyd edilmişdir. Qeyd edilən hallar isə qərarın bir ay sonra qüvvəyə minməsi, yaxud hüquqpozma aradan qaldırılarsa qüvvəyə minməməsi anlamına gəlmir. Qərar hər bir halda rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün sonra qüvvəyə minir. Sadəcə törədilmiş hüquqpozma qərarda müəyyən edildiyi vaxta aradan qaldırıldığı halda şərti tətbiq edilmiş cərimə ödənilmir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərardan şikayət vermə müddətinin ötürülməsi və şikayət vermə müddətinin bərpası üçün əsasların olmaması, şikayətçinin şərti inzibati tənbeh tətbiq etmə barədə qərarda göstərilmiş şərtləri vaxtında yerinə yetirdiyi halda qərarın inzibati cərimənin icraya yönəldilməsinə dair hissəsini inzibati xəta haqqında iş üzrə qərarın icrası qaydasında icraat qaydalarına uyğun mübahisələndirməsini istisna etmir. Azərbaycan Respublikasının İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida X3- X11 18 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarını X10 18 sentyabr 2024-cü il tarixdə rəsmi qaydada qəbul etdiyi və buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən bu barədə vəsatət rədd edilərək müddət bərpa edilməməli, həmin qərarda X10 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida X3-X11 18 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X6 vəsatəti rədd edilsin və buraxılmış prosessual müddət bərpa edilməsin. Azərbaycan Respublikası Qida X3-X11 18 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından X10 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar