Məhkəmə qərarları › İş №3(060)-2905/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2905/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2905/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi 1ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Dəvəçi rayonu, Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, X4 qəsəbəsi, X9 Massivi, ev 6, mənzil 22 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhər, 8-ci mikrorayon ərazisində Şəxs PPXT-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nin İİ bölük polis nəfəri, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli raport əsasında araşdırılma aparılmış, nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhər, 8-ci mikrorayon ərazisində Şəxs PPXT-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki, qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək məhkəmə iclasında izahatında göstərdi ki, o qardaşı ilə birlikdə piyada xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisindən keçərkən polis əməkdaşları onlara yaxınlaşaraq hara getdiyini soruşmuşlar. Sonra onu saxlayaraq polis bölməsinə aparmaq istəmişlər. O da psixiatriya xəstəsi olduğunu, müalicə aldığını, onu niyə polis bölməsinə apardıqlarını soruşmuşdur. Qardaşı ilə polis əməkdaşları arasında səbəbsiz polis bölməsinə aparıldıqları üçün söz mübahisəsi yaranmış, o qardaşını sakitləşdirməyə çalışsa da, əməkdaşlar onları polis bölməsinə aparmışlar, orada üzərinə baxış keçirilmişdir. Üzərində balaca suvenir üçün nəzərdə tutulmuş bıçaq olmuşdur, lakin o, buna görə saxlanılmamışdır. Polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir, heç bir sözlə hədələməmişdir. Buna görə də barəsində inzibati icraat qaydasında aparılan icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid Sumqayıt ŞPİ-nin PPXT-nin İİ bölük polis nəfəri, polis serjantı X3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:50 radələrində xidməti zərurətlə 1-ci Polis Bölməsinə yaxınlaşdıqları zaman 8-ci mikrorayon daxilində 2 nəfər şəxsin onları görərək özlərini şübhəli apararaq olduqları yerdən dərhal uzaqlaşmağa başlamışlar. Onlar da həmin şəxsləri saxlamışlar. Saxlayan zaman adı sonradan ona bəlli olan Elsevər adlı şəxsin bel kəmərində bərkidilmiş vəziyyətdə açılıb-bağlanan bıçaq olduğunu görmüşlər. Onlar Elsevərdən bıçağı istədikdə qardaşı müdaxilə etmişdir. Bu zaman mübahisə yaranmış, Elsevərin qardaşı onlara qarşı kobudluq etmişdir. Həmin vaxt Elsevər qardaşının sakit olmasını tələb etmişdir. Daha sonra vəziyyəti aydınlaşdırmaq, Elsevərin qardaşı tabesizlik göstərdiyi üçün onları polis bölməsinə aparmışlar. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materillarında olan 03 noyabr 2022-ci il tarixli “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə xx.xx.2022-ci il tarixdə saat 16:15-də inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 16:00-da isə azad edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı Şəxs və dindirilmiş şahidin izahatda onun xx.xx.2022-ci il tarixdə polis qanuni tələbinə tabe olmaması müəyyən edilmir və sübuta yetirilmir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, Şəxs hazırki material üzrə törədilməsi istinad olunan inzibati xətanın doğruluğunu təsdiq etmir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Şəxs polisin qanuni tələbinə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar