Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2906/2021 25.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs Mais qızının, Zərərçəkmiş şəxs-X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Mais qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs Mais qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib ounmuşdur ki, Şəxs Mais qızı 14.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, Betonzavod ərazisi fərdi evdə X2 döyərək bədən xəsarəti yetrimişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs Mais qızının barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X7 bildirdi ki, Şəxs Mais qızı 14.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, Betonzavod ərazisi fərdi evdə X2 döyərək bədən xəsarəti yetrimişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Səyyad Hacəhmədov tərəfindən 24.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxs Mais qızının əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Mais qızı göstərdi ki, 07.04.2019-cu il tarixdə X6 ilə rəsmi qaydada nikaha daxil olaraq ailə həyatı qurmuş, X8 onunla ailə qurduğu vaxtdan əvvəl X3 ilə ailəli olmuş, 2017-ci ilin aprel ayında ondan rəsmi qaydada boşanmışdır. Həmin vaxtdan etibarən bir müddət Etibarın övladları Allahverdi və Şəfiqə anasının qohumlarının evində qalmışdır Etibarla ailə qurduqdan sonra Allahverdi onlarla yaşamağa başlamışdır, Etibarın qızı Şəfiqə də son bir ay ərzində onlarla yaşamağa başladığından və yaşadıqları ev kiçik olduğu üçün Allahverdiyə ya onun, ya da bacısı Şəfiqənin həmin ünvanda qalmasını bildirmiş, Allahverdi gedəcəyini bildirmişdir. Allahverdi ondan təqaüd kartını istəmiş, Etibara zəng edərək oğlu Allahverdinin getmək istəməsini demiş, o da Allahverdinin kartını verməyini demişdir, onun kartını vermiş, Allahverdi evdən çıxmış, babasına zəng edərək məlumat vermiş, babası da onu gəlib götürmüşdür. X2 çubuqla vurmamışdır, yalnız o təxminən bir həftə əvvəl bacısı Şəfiqə ilə mübahisə edən zaman taxta qaşıqla onun qolundan sakitləşdirmək məqsədilə vurmuşdur, məhkəmədən bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 göstərdi ki, təxminən 1 həftə əvvəl Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən həmin ünvanda olduğu zaman bacısı ilə mübahisə etmiş, buna görə də analığı Şəxs əlində olan çubuq ilə onun qollarına zərbə endirmiş, bundan sonra o xalasına zəng etmiş, bir neçə saat sonra da babası da gələrək onu yaşadığı ünvana aparmışdır. Şəxs Mais qızı ilə barışmaq istəmir, onun tənbeh edilməsini xahiş edir. İşdə olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Səyyad Hacəhmədov tərəfindən qəbul edilmiş 24 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 və Şəxs Mais qızının müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Mais qızı barəsində AR İXMnin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti 4-cü PB-nə təqdim edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 685 saylı, 14.06.2021-ci il tarixli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü X1 bədəni üzərində aşağıdakı xəsarələr vardır: sağ saidin, sağ budun sıyrıqları. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs Mais qızı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs Mais qızı həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Şəxs Mais qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Mais qızına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Mais qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2906/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2906/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver