Məhkəmə qərarları › İş №3(060)-2906/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2906/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2906/2025 12.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin xx.xx.2025-ci il tarixli EQ30733578 və 17.9.2025-ci il tarixli, EQ 30750997 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarından verdiyi şikayətə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, AR DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən barəsində qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 30733578 saylı və xx.xx.2025-ci il tarixli, EQ 30750997 saylı İnzibati tənbeh vermə haqqında electron qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, şikayət ərizəsinin qoşmasında inzibati tənbeh tətbiq etmə barədə qərarların surəti şikayətə əlavə edilməmişdir. Bununla da inzibati tənbeh tətbiq etmə barədə qərarların olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, şikayətin baxılmağa hazırlanma mərhələsində işin icraata qəbul edilib-edilməməsi məsələsi araşdırılaraq həll edilir. İndiki halda bu mərhələdə qərarın olub-olmamasını müəyyən etmədən işin icraata qəbul edilməsi mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Beləliklə, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq etmə barədə qərarların mövcud olub-olmaması müəyyən edilmədiyi üçün şikayət geri qaytarılmalı, həmin tənbeh tətbiq etmə barədə qərarları əlavə etməklə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilməldir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin xx.xx.2025-ci il tarixli EQ30733578 və 17.9.2025-ci il tarixli, EQ 30750997 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarından verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarı əlavə etməklə şikayət etmək hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar